Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-546/2024 10.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il təvəllüdlü qızı X7, ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, İİ dərəcəli əlildir, daim kənar şəxsin köməyinə ehtiyacı var. Qızı üzvi sayıqlama, şizofreniyabənzər xəstəliyindən əziyyət çəkir (Xəstəlikdən əziyyət çəkməsi ilə bağlı TSEK-in sonuncu müayinəsinə dair sənədləri də ərizəyə əlavə edir). Bu xəstəlik səbəbindən qızı hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də, qızını nəzarətsiz qoymaq mümkün deyildir. Sənəddən də göründüyü kimi, qızı X7 ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlildir. Özünü idarə edə bilməyən övladına o, baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini o, özü çəkir. Qızı əqli qüsurlu olduğu üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda övladı X4 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və izahatında göstərmişdir ki, qızı hal-hazırda xəstəxanadadır, orada müalicə alır. 15 yaşdan sonra xəstə olmuşdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 442001 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2000-ci ildə anadan olmuş, anası ərizəçi X1r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, X5 ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1988 saylı rəyindən görünür ki, X2 “ÜZVİ ŞİZOFRENİYAYABƏNZƏR POZUNTU” (F06.2) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasında “Üzvi sayıqlama şizofreniyayabənzər pozuntu” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi şizofreniyayabənzər pozuntu” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün paroloji və autık olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. 01 yanvar 2000ci il təvəllüdlü X2 Üzvi şizofreniyayabənzər pozuntu müəyyən edilir. X3 təqdim edilmiş tibbi sənədlərə əsasən 2017-ci il tarixdən şizofreniyayabənzər pozuntu xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi qeyd edilmişdir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. X6 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 01 yanvar 2000-ci il təvəllüdlü, Qusar rayonu İmamqulukənd kəndində yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 yanvar 2000-ci il təvəllüdlü, Qusar rayonu İmamqulukənd kəndində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-546/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-546/2024
10.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver