Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-547/2022 19.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Qusar rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Qusar rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X17 tərəfindən Abdurəhmanov Əli Abdurahman oğluna bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-ci il tarixli 17\6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hil rayon (indiki Qusar rayonu) Xalq Məhkəməsinin hakimi tərəfindən təsdiq edilmiş 17 oktyabr 1933-cü il tarixli alqı-satqı aktı ilə Qusar şəhəri, Lenin küçəsi (hazırki F.Musayev) küçəsində yerləşən ev Mirtağı İbrahimov, Xasultan Xocayeva və Əli Abdurahmanov tərəfindən satın alınmışdır. Mirtağı İbrahimov və Xasultan Xocayeva ər-arvad, Əli Abdurahmanov isə Xasultan Xocayevanın əvvəlki nikahdan övladıdır. X2 İbrahimov və Xasultan Xocayevanın oğludur. Abdurahmanov Nizami Əli oğlu X3, İddiaçı isə X13 övladıdırlar. X6 rayon Dövlət Notariat Kontoruna 18 dekabr 1973-cü il tarixdə ərizə verərək, 30 dekabr 1958-ci il tarixdə atası X7 09 iyul 1961-ci il tarixdə anası X10 vəfat etdiyini bildirmiş və Qusar şəhəri, Lenin küçəsindəki 35 nömrəli ünvanda yerləşən evin adına rəsmiləşdirilməsini xahiş etmişdir. 21 dekabr 1973-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 30 dekabr 1958-ci il tarixdə vəfat etmiş X4 irs qalmış əmlaka onun oğlu X17 vərəsə kimi tanınmışdır. Vərəsəlik üzrə əmlak Qusar şəhərinin Lenin adına küçəsindəki 35 nömrəli, 424 kv.m torpaq sahəsində yerləşmiş 3 otaqlı yaşayış sahəsi 57 kv.m olan evdir. Notarial qaydada təsdiq olunmuş ev bağışlamaq haqqında 29 dekabr 1973-cü il tarixli müqavilə ilə X6 şəhəri, Lenin adına küçəsi, 35 saylı ünvanda yerləşən evi X8 bağışlamışdır. X11 07 mart 1982-ci il tarixdə, X17 16 fevral 1988-ci il tarixdə ölmüşlər. ünvan 4 ünvanda yerləşən 0,0424 ha torpaq sahəsi və fərdi yaşayış ev üzərində X13 xüsusi mülkiyyət hüququ 16 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 19 dekabr 2018-ci il tarixli şəhadətnamə ilə 16 fevral 1988-ci il tarixdə ölmüş X13 vərəsəsi İddiaçı tanınmış və miras əmlak kimi ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0.0424 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi göstərilmişdir. Cavabdeh2 ona və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, keçmiş Lenin küçəsi, 35 nömrəli yaşayış evinə dair miras qoyan Əmirtağı İbrahimovdan qanuni vərəsə X13 adına Qusar rayon Notariat Kontorunun 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X13 adına verilmiş qeydiyyat tarixi 16 iyul 2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)-94/2021 nömrəli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) iddia tələbi təmin edilmiş, Qusar rayon Notariat Kontoru tərəfindəm X13 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr, nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X13 adına verilmiş qeydiyyat tarixi 16 iyul 2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)- 94/2021 nömrəl qətnaməsi qismən - Qusar rayon Notariat Kontoru tərəfindən X14 adma verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək, həmin hissələrdə iddia təmin olunmamış, qalan hissədə, yəni Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X13 adına yerilmiş qeydiyyat tarixi 16 iyul 2018- ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən, onun kassasiya şikayəti təmin edilmədən saxlanmışdır. Bu işə Qusar rayon məhkəməsində baxılarkən N.Abdulrəhimov məhkəməyə Qusar rayon Notariusu tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli “Bağışlama”müqaviləsini təqdim etmişdir. Həmin müqaviləyə əsasən guya onun atası X17 mübahisəli evi qardaşı X8 bağışlamışdır. 1-ci instansiyada baxış zamanı o, bu müqavilədəki imzanın atasına məxsus olmamasını əsas gətirərək bunu qəbul etməmiş və atasının imzasının həqiqiliyini yoxlamaq üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə bu tələbini təmin etməyərək göstərmişdir ki, məhkəmənin buna səlahiyyəti yoxdur. İndi ona məlum olmuşdur ki, o, həmin müqaviləni qəbul etmədiyi halda, həmin müqaviləni mübahisələndirməli və “əqdin etibarsızlığı barədə" qarşılıqlı iddia verməli idi. Məhkəmələr yalnız təqdim edilmiş iddia və sübutlar əsasında işə baxdıqları üçün həmin müqavilənin həqiqiliyi araşdırmamışdır. Bu müqavilənin mövcudluğu və mübahisələndirilməməsi ona qarşı olan iddianın təmin edilməsinə səbəb olmuşdur. Ona görə də o, indi bu əqdi mübahisələndirir. Mübahisələndirilən əqddəki imza onun atasına məxsus deyildir. Çünki həm atası evin qardaşına bağışlanmasını heç vaxt onlara deməmiş, əksinə vərəsəlik haqda şəhadətnamə həmişə onlarda olmuşdur. Bundan əlavə, o, atasının imzasını yaxşı tanıyır və müqaviləyə baxan kimi imzanın onun atasına məxsus olmamasını dərhal bilmişdir. Ona görə də bu əqdi etibarsız hesab edir. Müqavilə tərtib edilərkən qüvvədə olmuş AR MM-nin (1964-cü il redaksiyasında) 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Bu müqavilədə saxtadır və atasının evi bağışlamaq niyyəti olmamış və bu əqdi imzalamamışdır. Belə olan təqdirdə həmin əqd etibarsız hesab edilməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 İddiaçı cavabdehlər Qusar Rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ünvan 1 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X17 tərəfindən Abdurəhmanov Əli Abdurahman oğluna bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixli, 17/6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, həmin iddia ərizəsi tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, 17 oktyabr 1933-cü il tarixli alqı-satqı aktına əsasən Qusar şəhəri, Lenin küçəsi 27 saylı ev 3 nəfər - Mirtağı İbrahimov, Xasultan Xocayeva və Əli Abdurəhmanov tərəfindən alınmışdır və nəticədə Qusar şəhəri, Lenin küçəsi 27 saylı ev üzərində Mirtağı İbrahimovun 1/3, Xasultan Xocayevanın 1/3 və Əli Abdurahmanovun 1/3 payı mövcud olmuşdur. Digər payçılar Mirtağı İbrahimov ilə Xasultan Xocayevanın birgə nikahından Paşa İbrahimov doğulmuşdur. 1955-ci ildə Mirtağı İbrahimovun ölmüşdür. O, öləndən sonra onun vərəsələri - həyat yoldaşı Xasultan Xocayeva və oğlu Paşa İbrahimov qalmışdır. Belə olanda Mirtağı İbrahimovun 1/3 payı Xasultan Xocayeva və Paşa İbrahimov arasında bölünmüşdür. Nəticədə Qusar şəhəri, Lenin küçəsi 27 saylı ev üzərində paylar aşağıdakı qaydada olmuşdur: Əli Abdurəhmanov -1/3; Xasultan Xocayeva - 1/3 + Mirtağı İbrahimovdan qalan paydan 9/12; Paşa İbrahimov - Mirtağı İbrahimovdan qalan paydan 3/12. 1958-d ildə Xasultan Xocayeva ölmüşdür və onun 2 vərəsəsi oğlanları Əli Abdufəhmarıov və Paşa İbrahimov qalmışdır. Nəticədə onların payı Qusar şəhəri, Lenin küçəsi 27 saylı ev üzərində analarına məxsus pay görə aşağıdakı qaydada olmuşdur: Əfi Abdurəhmanov -14/20; Paşa İbrahimov -16/20. Yekun olaraq 27 dekabr 1973-cü ilədək Əli Abdurəhmanovun və X28 şəhəri, Lenin küçəsi 27 saylı ev üzərində pay hüquqları aşağıdakı qaydada olmuşdur: Əfi Abdurəhmanov -19/30; Paşa İbrahimov - 11/30. 27 dekabr 1973-cü il tarixdə Paşa İbrahimov özünə məxsus payı Əli Abdurəhmanova bağışlamış və nəticə də X29 şəhəri, Lenin küçəsi 27 saylı ev üzərində tam paya sahib olmuşdur. Lakin X29 şəhəri, Lenin küçəsi 27 saylı evlə bağlı hər hansı bir mübahisə olmadığından ev üzərində tam paya sahib olmasını rəsmiləşdirməmişdir. Əli Abdurəhmanov 1982-ci ildə ölmüşdür. Onun ölümündən sonra Qusar şəhəri, Lenin küçəsi 27 saylı evdə oğlu Cavabdeh2 (hazırkı işdə cavabdeh) yaşamışdır. O da Qusar şəhəri, Lenin küçəsi 27 saylı evlə bağlı hər hansı bir mübahisə olmadığından atasının ölümündən sonra ev üzərində tam paya sahib olmasını rəsmiləşdirməmişdir. Paşa İbrahimov isə 1988-ci ildə ölmüşdür. X19 İbrahimov atasının ölümündən sonra, Qusar şəhəri, Lenin küçəsi 27 saylı evin tam hüquqlu payı Əli Abdurəhmanova məxsus olmasına baxmayaraq 2018-ci ildə Qusar şəhəri, Lenin küçəsi 27 saylı evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra Cavabdeh2 Əii oğlu cavabdeh İddiaçı qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qusar Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 16 iyul 2018-ci ii tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 09 iyul 2018- ci il tarixli, 2089 inventar nömrəli, **********60-10301 reyestr nömrəli texniki pasportun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci ü tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş üzrə cavabdeh İddiaçı Qusar Rayon Məhkəməsinin 2(029)- 94/2021 saylı, 27 yanvar 2021-ci H tarixli qətnaməsindən apellyasiya şikayəti verərək göstərmişdir ki, sözügedən məhkəmə qətnaməsi əsassızdır və ləğv olunmalı, iddia tələbi isə rədd edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci ii tarixli, 2(105)-1469/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi qismən - Qusar Rayon Notariat Kontoru tərəfindən X13 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqımla şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmamış, qalan hissədə - Qusar şəhəri, F.Musayev küçəsi, 35 ünvanındakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X13 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız sayılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçı Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 11 iyun 2021-d il tarixli, 2(105)-1469/2021 saylı qətnaməsindən kassasıya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə “apellyasiya şikayəti qismən təmin edilsin” hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edüməssıi xahiş etmişdir. Eyni zamanda iş üzrə cavabdeh İddiaçı da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)- 1469/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarı ilə hər iki kassasıya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh Qusar Rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X17 tərəfindən Abdurəhmanov Əli Abdurahman oğluna bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixli, 17/6367 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsassız sayılıb rədd edilməsi üçün başlıca əsas - iddia müddətinin ötürülməsidir. Belə ki, iddiaçının iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsızlığı ilə bağlıdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir ä ərzində əqdi mübahisə edə bilər Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hazırkı iddia ərizəsində iddiaçı qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsindən hələ, 2020-ci ildə Qusar Rayon Məhkəməsində başqa işə baxılarkən məlumatlı olmuş və hətta sözügedən barışıq müqaviləsini mübahisələndirməmiş və müqavilədə olan imzanın atası Paşa İbrahimova məxsus olmamasını bildirmişdir. Hazırda baxılan iddia ərizəsi isə Qusar Rayon Məhkəməsinin icraatına 18 may 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddiaçı mübahisəiəndirdiyi bağışlama müqaviləsindən 2020-ci ildə xəbərdar olsa da, hazırkı iddia tələbini 1 il 8 aydan sonra irəli sürmüşdür və bununla da iddiaçı tərəfindən MM- in 354-cü maddəsində nəzərdə tutulan iddia müddəti ötürülməklə hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. İddiaçı iddia müddətini ötürdüyünü bildiyi halda bu əməlinə hüquqi don geyindirməyə çalışmış və iddia ərizəsində göstərmişdir ki, “...indi mənə məlum olmuşdur ki, mən həmin müqaviləni qəbul etmədiyim halda, həmin müqaviləni mübahisaləndirməii və “əqdin etibarsızlığı barədə” qarşılıqlı iddia verməli idim”. Lakin iddiaçının bu təəsüfü onun tərəfindən ötürülmüş iddia müddətinin bərpası üçün əsas ola bilməz. Eyni zamanda iddiaçı iddia tələbinin hüquqi əsası kimi formal olaraq 1964-cü il tarixli Mülki Məcəllənin 44-cü maddəsinə istinad etmişdir. Hətta belə olan halda da iddiaçı 1964-cü il tarixli Mülki Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan ümumi iddia müddətini də ötürmüşdür. Bundan başqa iddiaçı iddia tələbinin əsası kimi yalnız formal olaraq bir arqument irəli sürür - mübahisələndirilən bağışlama müqaviləsində Paşa İbrahimov tərəfindən çəkilən imza Paşa İbrahimova məxsus deyil. Qeyd etmişdir ki, iddiaçının bu arqumenti sadəcə əsassız və heç bir sübuta əsaslanmır. Baxmayaraq ki, iddiaçı iddia tələbinin əsası kimi sübutu iddia ərizəsinə əlavə etməli idi. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, bu barədə hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən irəli sürülən formal və heç bir sübuta əsaslanmayan arqument - mübahisələndirilən bağışlama müqaviləsində Paşa İbrahimov tərəfindən çəkilən imza Paşa İbrahimova məxsus olmaması sadəcə sözdür və bu sözü iddiaçının özünün etiraf etdiyi kimi hələ 2020-ci ildə Qusar Rayon Məhkəməsində başqa işə baxılarkən dediyi adi bir sözdür. Hesab edir ki, iddiaçının yeganə arqumenti ilə bağlı hər hansı bir sübut olmadığı üçün iddia tələbi məhz əsassız sayılmalı və rədd edilməlidir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallan sübut edə bilməmişdir. Belə olan halda məhkəmə iddiaçının tələbinin əsası kimi yalnız iddiaçı tərəfin təqdim edilən sənədlərlə (sübutlarla) kifayətlənməli və onları araşdırmalıdır. Lakin iddiaçı tərəfindən tələbin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin əsassız olması barədə hüquqi nəticəyə gəlməsi zəruridir. Odur ki, İddiaçı cavabdeh Qusar Rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş ürzə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1973-cü il tarixli 17/6387 reyestr nömrəli “ev bağışlamaq haqqında” müqavilədəki imza onun mərhum atası Paşa İbrahimova məxsus deyil. O, atasının imzasının dəqiq necə olduğunu bilir. Cavabdeh Nizamın qardaşı Ramiz həmin mübahisəli evdə ailəsi ilə birlikdə yaşamışdır. Nizam isə Bakı şəhərində yaşamışdır. Cavabdeh onun babasının ikinci arvadının uşağı olmuşdur. Atası sağ olanda Nizaminin qardaşı Ramiz onun atasına həmin evi ona bağışlanmasını bildirmiş, lakin, atası buna razı olmamış, evi oğullarından birinə bağışlayacağını demişdir. Həmin evə dair onda heç bir sənəd olmamış, arxiv sənədləri çıxardaraq sonradan atasının adına çıxarış almışdır. Onlar ailədə 3 oğlan, 1 qız olmuşlar. xx.xx.1988-ci ildə atası Paşa vəfat etmişdir. Atası vəfat etdikdən sonra, vəfat etmiş şəxsin qanuni vərəsələri yəni, o, və onun bacı-qardaşları qalmışdır. Vərəsələr arasında həmin evə dair heç bir mübahisə olmamışdır. Digər vərəsələr özlərinə düşən paydan onun xeyrinə imtina etmişdir. Həmin evi atası kiməsə vəsiyyət etməsi barədə sənəd olmamış və onun atası həmin evi heç kimə vəsiyyət etməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil3 iddianı müdafiə edərək, iddiaçının dediklərini təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək hal-hazırda keçirilən və sonra gələcəkdə keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 2(029)-94/2021 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Qusar rayon Notariat Kontoru tərəfindən X13 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə; ünvan 6 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X13 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60- 10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasport etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2(102)-6274-2021 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından görünür ki, Cavabdeh2 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Seriya RX № ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən **********60-10301 reyestr nömrəli 0.0424 ha yaşayış məntəqəli torpaq sahəsində yerləşən ümumi sahəsi 97.1 kv-m olan xüsusi mülkiyyət hüququ üzrə X13 adına qeydiyyata alınmışdır. İşdə olan Seriya xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən **********60-10301 reyestr nömrəli 0.0424 ha yaşayış məntəqəli torpaq sahəsində yerləşən ümumi sasəsi 97.1 kv-m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.1973-ci il tarixli 17\6387 reyestr nönmrəli “Ev bağışlamaq haqqında” Müqavilənin surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X17 tərəfindən Abdurəhmanov Əli Abdurahman oğluna bağışlanmışdır. İşdə olan AZ-T 092934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1949-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası X5r. İşdə olan İİ- ЖГ № 338527 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdurəhmanov Əli Abdurəhman oğlu 07 mart 1982-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ 066837 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 dekabr 2001-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı müki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş) 39-cu maddəsinə əsasən Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Qanunun tələblərinə müvafiq olmayan əqd e`tibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin e`tibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin e`tibarsızlığına səbəb olur. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. Vətəndaşın dövlət kooperativ və ya sair ictimai təşkilata bağışladığı əmlak bu əmlakdan ictimai məqsədlər üçün istifadə olunması ilə qəbul edilə bilər. Minimum əmək haqqının on mislindən yuxarı məbləğdə bağışlama müqaviləsi və minimum əmək haqqının bir mislindən yuxarı məbləğdə valyuta sərvətlərini bağışlama müqaviləsi notariatda təsdiq edilməlidir. Vətəndaş tərəfindən dövlət, kooperativ və ya sair ictimai təşkilata əmlak bağışlama müqaviləsi məbləğindən asılı olmayaraq sadə yazılı formada bağlana bilər. Yaşayış evini və tikinti materiallarını bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230-1-ci maddələrində müəyyən edilən formada bağlanmalıdır (10, 15, 16, 22). Həmin Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın bağışlama müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X17 ilə Abdurəhmanov Əli Abdurahman oğlu arasında bağlanmış xx.xx.1973-cü il tarixli 17/6387 reyestr nömrəli bağışlama müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni Paşa İbrahimovun həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da, qeyd olunan bağışlama müqaviləsi bağlanarkən qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, həmin mülki məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, bağışlama müqaviləsi qanuni şəkildə bağlanmış, etibarsız hesab olunmasın üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bundan başqa, hazırkı mülki mübahisə üzrə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin normalarından görünür ki, ümumi iddia müddəti 3 il müəyyən edilmişdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş) 77-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilməlidir və həmin məcəllənin 82-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddia tələbi üzrə tərəflər arasında hüquq münasibətlərinin 1973-cü ildə yaranmasına baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə iddiaçı öz hüquqlarının pozulmasının məhz iddia ərizəsi verilən vaxt və ya iddia ərizəsinin verildiyi vaxtdan əvvəlki son 3 il ərzində ona məlum olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmalı və həm də həmin əsasa görə iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən, həmçinin iddia tələbi ilə bağlı iddiaçı öz tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Qusar rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X17 tərəfindən Abdurəhmanov Əli Abdurahman oğluna bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-ci il tarixli 17\6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-547/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-547/2022
19.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver