Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-549/2025 10.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı cavabdeh “X6 Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “X6 Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X9 tərəfindən ona məxsus Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən evə dair hesablanmış 3090,62 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Bakı şəhərində yaşayır. Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 2010-cu ildə o almış və o, həmin evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. xx.xx.2011-ci ildə "xxxx" ASC-nin X7 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. 2010-cu ildən hal-hazıra kimi sözü gedən Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayış olmamışdır. Buna görə də onun heç bir komunal borcları yoxdur. "xxxx" ASC-nin əməkdaşları Qusar şəhəri Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı evinə quraşdırılmış su sayğacına baxış keçirmiş, ona mexaniki su sayğacnın təmirə ehtiyacının olmasını bildirərək onun evinə quraşdırılmış su sayğacını laboratoriyaya göndərilmək məqsədi ilə aparmışdır. Lakin evdə heç kim yaşamadığı halda "xxxx" ASC-nin əməkdaşları ona guya 3.090,62 manat borc hesablamışdır. İndi də "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onun evinə verilən su təchizatını kəsəcəkləri ilə hədələyirlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ona əsassız hesablanmış borc silinməlidir. Hesab edir ki, "xxxx" ASCnin X9 tərəfindən hesablanmış borc sayğac göstəricisinə uyğun hesablansa da, o, həmin miqdarda sudan istifadə etməmişdir, X7 əməkdaşlarının səhvinə görə su boşuna sərf olunmuşdur. Bu səbəbdən də, hesablanmış həmin borc silinməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə etdiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir. Odur ki, işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Su Ehtiyyatları Agentliyinin tabeliyində “X6 Xidməti” publik hüquqi şəxs X10 Sistemlərinin İstismar idarərəsinin nümayəndəsi X2 iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh “X6 Xidməti” publik hüquqi şəxsinə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 60225/0390385 saylı ADSEA “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi X8 İdarəsi “X3 Laboratoriyası” tərəfindən verilmiş rəyin surətindən görünür ki, S.c-ın Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyil. S.C təmirə və istismara yararsızdır. İşdə olan 15 aprel 2025-ci il tarixli 5-63-10/2-C-716-42-717/2025 saylı Qusar RİHBnın Qusar şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.2010cu il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, sahəsi 0.06 ha olan, Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən iki mərtəbəli yaşayış evində heç kim yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Su təchizatı və tullantı suları haqqında”Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin qanunun 32-ci maddısinə əsasən istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakılarıvəzifələri vardır:a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq;b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək;c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək;ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər.Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Su ölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Həmin qanunun 33-cü maddəsinə əsasən istehlakçılar aşağıdakı hüquqlara malikdirlər:a) su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;b) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;c) su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq;ç) keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli məqsədlər üçün suyu almaq;d) istehsalat zərurəti ilə əlaqədar sudan təkrar istifadə etmək;e) Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Su Ehtiyyatları Agentliyinin tabeliyində “X6 Xidməti” publik hüquqi şəxs X10 Sistemlərinin İstismar idarərəsinin nümayəndəsi X2 iddianı qəbul etmişdir, iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ailəsilə birlikdə Bakı şəhərində yaşayır. Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin ev 2010-cu ildə İddiaçı almış və o, həmin evə su xətti çəkmiş, həmçinin evə su kranı qoymuşdur. xx.xx.2011- ci ildə "xxxx" ASC-nin X7 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. 2010-cu ildən hal-hazıra kimi sözü gedən Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayış olmamışdır. "xxxx" ASCnin əməkdaşları Qusar şəhəri Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı evinə quraşdırılmış su sayğacına baxış keçirmiş, ona mexaniki su sayğacının təmirə ehtiyacının olmasını bildirərək onun evinə quraşdırılmış su sayğacını laboratoriyaya göndərilmək məqsədi ilə aparmışdır. Lakin evdə heç kim yaşamadığı halda "xxxx" ASC-nin əməkdaşları ona guya 3.090,62 manat borc hesablamışdır. Bu, isə cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə, iddiaçı üçün faktiki olaraq sərf etmədiyi suya görə əlavə borcun hesablanmasına gətirib çıxarmışdır. Həmçinin, yuxarıda göstərilənlərdən başqa, cavabdehin nümayəndəsinin iddianı qəbul etməsi halını da əsas tutaraq, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “X6 Xidməti” publik hüquqi şəxsin tərəfindən İddiaçı məxsus Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən evə dair sudan istifadəyə görə hesablanmış 3090.62 manat məbləğində borc silinməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin: Cavabdeh “X6 Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı məxsus Qusar şəhəri Heydər Əliyev prospekti 83 saylı ünvanda yerləşən evə dair hesablanmış 3090,62 (üç min doxsan manat altmış iki qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-549/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-549/2025
10.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver