Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-550/2021 17.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri X11 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 26 noyabr 1963-cü il təvəllüdlü, Qusar rayonu Yuxarı Ləgər kəndində qeydiyyatda olan bacısı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun bacısı 26 noyabr 1963-cü il təvəllüdlü X3 rayonu Yuxarı Ləgər kəndində qeydiyyatdadır. O, ruhi xəstə olmaqla uzun müddət “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə müalicə olunmuşdur. Hazırda isə X21 onunla birlikdə Qusar rayonu Yuxarı Ləgər kəndində yaşayır. X21 əziyyət çəkdiyi xəstəlik səbəbindən hal-hazırda öz hərəkətlərinin mənasını anlamır, özünü lazımı səviyyədə idarə edə bilmir və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Bundan başqa o, özünə məxsus əmlakları da idarə edə bilmir və həmin əmlakların barəsində sərəncam vermək iqtidarında deyildir. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qəyyumluq və himayəçilik orqanı tərəfindən üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənı müdafiə etmiş və izahatında göstərmişdir ki, X21 həyat yoldaşından ayrıldıqdan sonra onunla birlikdə Qusar rayonu Yuxarı Ləgər kəndində yaşayır. Mayisə Xanbutayevanın 1 oğlu, 1 qızı var, uşaqlarının hər ikisi ailə həyatı qurmuşlar və ayrı yaşayırlar. X21 15 ildən çoxdur ki, əziyyət çəkdiyi ruhi xəstəlikdən müalicə olunur, həmin xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını anlamır, özünü lazımi səviyyədə idarə edə bilmir və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Ona görə də X21 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona qəyyum təyin edilməsi üçün lazımdır. Məhkəmə tərəfindən bacısı Mayisənin barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və bacısının həqiqətən də, psixi xəstə olması, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması barədə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəy verilmişdir. Ərizəçi qeyd olunanlara əsasən ərizənin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri X18 izahatında göstərmişdir ki, məhkəmə tərəfindən Mayisə Xanbutayevanın barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasına əsasən həmin şəxsin həqiqətən də, psixi xəstə olması, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması barədə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş müvafiq rəylə razıdır. Rəylə bağlı heç bir etirazı yoxdur. Odur ki, ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin öz mülahizəsinə buraxdığını göstərmiş və iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, ərizəçinin və maraqlı şəxsin sədrinin izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 151243 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26.11.1963-cü ildə anadan olmuş, atası X17, anası X2r. İşdə olan İX-ЖГ 470553 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuş, atası X17, anası X2r. İşdə olan V- ЖГ 331300 və AZ 066880 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 12.06.1999-cu ildə, X17 28.02.2001-ci ildə ölmüşlər. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.12.2020-ci il tarixli çıxarışdan görünür ki, X5 ilə X20 arasında 18.12.1987-ci ildə Qusar rayonu Xuray İƏN-də rəsmi nikah bağlanmış, Mayisə Zahirova “Xanbutayeva” soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 23.10.2020-ci il tarixli 7357 saylı məktubundan görünür ki, X14 11.12.2009-cu il tarixdən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbu olunub. Hal-hazırda müalicəsi davam edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 17.12.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Yuxarı Ləgər kəndində yerləşən **********07 reyestr nömrəli 0.2751 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi, X10, X1, X19, X7 və X6 ümumi birgə mülkiyyələrindədir. İşdə olan AA 580233 saylı 17.12.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayonu Yuxarı Ləgər kəndində yerləşən reyestr nömrəsi **********07 olan 0.2751 ha torpaq sahəsinin hüquq sahibləri Ərizəçi, X17, X4, X24, X14 və X8r. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 07.10.2021-ci il tarixli 2320 saylı rəyindən görünür ki, X9 “ŞİZOFRENİYA PARANOİD FORMA, PSİXİ QÜSUR ƏLAMLƏTLƏRİ İLƏ” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində “Şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, bələdliyinin zamana və məkana görə zəifləməsi, kontakta formal daxil olması, verilən suallara əlaqəsiz cavablar verməsi, təfəkkürünün paralogik olması, autizm əlamətlərinin qeyd olunması, eşitmə hallyusinasiyaları barədə məlumat verməsi, maraq dairəsinin məhdud olması, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinmişdir ki, X9 şizofreniya paranoid forma, psixi qüsur halı əlamətləri ilə xroniki psixi xəstəliyi müəyyən edilir. X9 şizofreniya paranoid forma kəskinləşmə vəziyyətindədir. X14 öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X14 öz psixi vəziyyətinə görə müstəqil olaraq özünə, eləcə də ailəsinin digər üzvlərinə qulluq etməyə qadir deyil. X14 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 26 noyabr 1963-cü il təvəllüdlü, Qusar rayonu Yuxarı Ləgər kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26 noyabr 1963-cü il təvəllüdlü, Qusar rayonu Yuxarı Ləgər kəndində qeydiyyatda olan X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-550/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-550/2021
17.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver