Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-556/2023 08.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ dəymiş ziyanın bərpasına dair qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ dəymiş ziyanın bərpasına dair qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X1 X4 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli qərarının (tələbnaməsinin) ləğv edilməsinə və ona 12960 kub.metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,2 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində dəymiş ziyanın bərpasıa dair qərarın ləğv edilməsi və əsassız hesablanmış pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.Hazırda Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun Gədəzeyxur kəndində yerləşən ona məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh AZƏRİQAZ X1 X4 İdarəsinin Qusar Xidmət Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə etmişdir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlıvaxtında ödəmişdir. 06 mart 2023-cü il tarixdə qeyri-sabit hava şəraitində, güclü külək nəticəsində həyətindəki talvarın damı aşaraq onun evinə aid, evindən aralı küçədə yerləşən qaz sayğacının və evə çəkilmiş qaz xəttinin üstünə düşərək qaz sayğacını və qaz xəttini sıradan çıxartmışdır. O, baş vermiş hadisə barəsində dərhal AZƏRİQAZ X1 X4 İdarəsinə və Qusar Xidmət Sahəsinə məlumat vermişdir. Xaçmaz X4 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş, hadisənin həqiqətən də güclü külək səbəbindən baş verilməsini və qaz sayğacının zədələnməsində onun təqsirinin olmadığını aşkar etmişlər. Xaçmaz X4 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları zədələnmiş qaz sayğacını təzə sayğacla əvəz etmiş, evinə gələn qaz xəttini bərpa edib getmişlər. Bundan bir müddət keçdikdən sonra, 31 mart 2023-cü il Xaçmaz X4 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları guya onun tərəfindən qaz sayğacına müdaxilə edilməsi barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı tərtib emişlər. Həmin aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki zavod plomblarının üzərində əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Həmin akta əsasən Xaçmaz X4 İdarəsi tərəfindən ona “dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli qərara (tələbnaməyə) əsasən 12960- kub.metr təbii qazdan qanunsuz istifadəyə görə 1555,2 manat borc hesablanmışdır. O, həmin məsələ ilə əlaqədar Xaçmaz X4 İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək qaz sayğacı üzərindəki zədələrin 06 mart 2023-cü il tarixdə qeyri-sabit hava şəraitində, güclü külək nəticəsində həyətindəki talvarın damının aşaraq evindən aralı küçədə yerləşən qaz sayğacının üstünə düşərək baş verdiyini, qaz sayğacının onun təqsiri üzündən zədələnmədiyini bildirmiş və ona əsassız olaraq hesablanmış 1555,2 manat borcun silinməsini xahiş etmişdir. Lakin Xaçmaz X4 İdarəsi onun şikayətini təmin etməmiş, ona əsassız hesablanmış 1555,2 manat borcu silməmişdir. Aşağıda göstərilən hallara görə AZƏRİQAZ X1 X4 İdarəsinin “dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli qərarı (tələbnaməsi) ləğv edilməli və ona əsassız hesablanmış 1555,2 manat borc silinməlidir. Onun evinə aid, evindən aralı küçədə yerləşən qaz sayğacı 06 mart 2023-cü il tarixdə qeyri-sabit hava şəraitində, güclü külək nəticəsində həyətindəki talvarın damının aşaraq həmin qaz sayğacının üzərinə düşməsi nəticəsində sıradan çıxmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o iddianı müdafiə edir, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar hazırlıq və baxış iclaslarına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı ünvan 1i ünvanında olan evinə quraşdırılmış Zenner tipli G4T markalı **********5 nömrəli, üzərində 10576269 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində GCZQS tipli 00002082 nömrəli, üzərində 10576269 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2ində yerləşən ona məxsus yaşayış evində quraşdırılmış G-4 tipli **********65 nömrəli sayğaca baxış keçirilmiş, hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində əzik-cızıq izləri var. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan 15 may 2023-cü il tarixli Yüzbəyov Rafif oğlu, X3, X2 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Gədəzeyxur kənd sakini İddiaçı məxsus kod **********03010 olan qaz sayğacı və qaz xəttlərini 06 mart 2023-cü i tarixdə güclü külək nəticəsində talvarın damı aşaraq sıradan çıxarmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısıdayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X4 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 2i ünvanında yerləşən evi üçün quraşdırılmış **********5 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki zavod plomblarının üzərində əzik-cızıq izlərinin olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki zavod plomblarının üzərində əzik-cızıq izlərinin olması, İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki zavod plomblarının üzərində əzik-cızıq izlərinin olması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “X8 İstismar İdarəsi” tərəfindən tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamənin ləğv edilməsini tələb etmədiyini göstərərək yalnız həmin qərar əsasında hesablanmış 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində göstərilən tələb üzrə İddiaçı 12960 kub.metr təbii qazdan istifadəyə görə hesablanmış 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X8 İstismar İdarəsi tərəfindən İddiaçı hesablanmış 12960 kub.metr təbii qazdan istifadəyə görə hesablanmış 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-556/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-556/2023
08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver