Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-560/2022 22.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızının maraqlı şəxs Qusar rayonu Qusar bələdiyyəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızı maraqlı şəxs Qusar rayonu Qusar bələdiyyəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar Bələdiyyəsinin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarının ona yəni- Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızı ərizəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Bədişqala kəndində yaşayır. O, X20 ilə ailə həyatı qurmuş, sonradan xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 yanvar 2001-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Aralarında olan nikah pozulduqdan sonra o, Şirinbalayeva soyadını qəbul etmişdir. Qusar Bələdiyyəsinin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarı ilə ona Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Yeni Yaşayış massivində, şərti 3-cü parallel küçəsində 400.0 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsini almaqdan ötrü o, bələdiyyənin xəzinəsinə 2003-cü ilin oktyabr ayında 400000 (dörd yüz min) AZM pul vəsaiti köçürmüşdür. Həmin torpaq sahəsinin ona məxsus olması Qusar şəhərinin baş planından çıxarışda da qeyd edilmişdir. Qusar Bələdiyyəsinin sədri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məktub göndərərək Qusar Bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılmış torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədlərin (çıxarışın) verilməsinə etiraz etmədiyini bildirmişdir. Ona satılmış torpaq sahəsinə dair bütün vergiləri özü ödəyir. Bu yaxınlarda həmin torpaq sahəsinin alqı-satqısına dair akt verməsi üçün Qusar rayonu Qusar bələdiyyəsinə müraciət etmiş, lakin Qusar rayonu Qusar bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4- 14 nömrəli qərarında atasının adı səhvən Keyfəddinovna yazıldığından həmin torpaq sahəsinin alqı-satqısına dair akt verməmiş, ərizənin icrasından imtina etmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Həmin qərarda göstərilən səhvin buraxılması Qusar Bələdiyyəsinin məktubu, arxiv arayışı və digər sənədlərlə də təsdiqlənir. Yuxarıda qeyd olunduğu kimi, Qusar Bələdiyyəsinin 30 oktyabr 20063-cü il tarixli 11/4-14 nömrəli qərarının ona yəni, Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızına məxsus olması faktının müəyyən edilməsi mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması üçün zəruridir. Ərizəçi Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və işin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 22 iyun 2022-ci il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayonu Qusar bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin bələdiyyənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin bələdiyyənin sədri Əlfəddin İbrahimov məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmənin icraatında olan 2(029)- 560/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixə saat 09:30-a təyin olunmuş məhkəmə iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmir, işə məhkəmə iclaslarında onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş və çıxarılacaq qərarı məhkəmənin öz mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli Qusar Bələdiyyəsinin qərarından görünür ki, X7 Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Yeni yaşayış massivində şərti 3-cü paralel küçəsində 400.0 kv.metr torpaq sahəsi satılmışdır. İşdə olan AZ-İ 062994 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X6 nikahları 19 yanvar 2001-ci il tarixdə Qusar rayon VVAOQ şöbəsində 05 saylı akt qeydi ilə pozulmuşdur. Bunda sonra ərizəçi Şirinbalayeva soyadını qəbul etmişdir İşdə olan xx.xx.2022-ci il tarixli X4, X15 və X17 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarı ilə verilmiş fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədində X11 əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan 29 sentyabr 2021-ci il tarixli A-240 saylı Qusar rayonu Qusar bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızı, həqiqətən Qusar şəhərində Yeni Yaşayış massivində, şərti 3-cü paralel küçəsində fərdi evin tikintisi üçün torpaq sahəsini almaqdan ötrü Bələdiyyənin xəzinəsinə 2003-cü ilin oktyabr ayında 400000( dörd yüz min) AZM pul vəsaiti köçürmüşdür. İşdə olan 29 sentyabr 2021-ci il tarixli A-242 saylı Qusar rayonu Qusar bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş məktubdan görünür ki, Şirinbalayeva (Vəlimətova) X18 Bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarı ilə sahəsi 400 kv.metr olan fərdi yaşayış evinin tikintisi məqsədli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) verilməsinə etiraz etmirlər. İşdə olan 23 fevral 2022-ci il tarixli 59 saylı Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon Gedəzeyxur kənd X23 İcraiyyə Komitəsinin 1980-1982-ci illərin Bədişqala kəndi üzrə 8 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 419 olan X2 təsərrüfatında aşağıdakı ailə üzvlərinin olduğu qeyd edilmişdir. 1.X12- ailə başçısı, 2. X8həyat yoldaşı, 3. X13-oğlu, 4. X9-oğlu, 5. X10-oğlu, 6. Ərizəçi-qızı. İşdə olan İX-ЖГ № 337995 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 22 avqust 1968-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. X1, anası X3r. İşdə olan Qusar rayonu Qusar bələdiyyəsi tərəfindən Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızına ünvanlanmış 24 fevral 2022-ci il tarixli M-42 saylı məktubdan görünür ki, 30 oktyabr 2003-cü il tarixdə Qusar Bələdiyyəsinin 11/4-14 nömrəli qərarı ilə torpaq sahəsi ayrılmış qərarda ata adı “Qeysəddin” əvəzinə səhvən “Keyfeddinovna” yazıldığından həmin torpaq sahəsinin alqı-satqısına dair aktın verilməsi mümkün deyildir. Ona görə də, sənədlərdəki uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi Ərizəçi (Vəlimətovaya) tövsiyyə olunmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X14 adlı şəxs mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Qusar Bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarını əldə etmiş, sərəncam hüququnun dövlət qeydiyyatına alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar Bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarında hüquq sahibi kimi qeyd olunmuş şəxs məhz ərizəçi Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızıdır, lakin həmin sənəddə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin sənədin Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızına məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. “X14”nın adına verilmiş, Qusar Bələdiyyəsinin 30 oktyabr 2003-cü il tarixli 11/4-14 nömrəli qərarının Şirinbalayeva (Vəlimətova) Minayə Qeysəddin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-560/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-560/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver