Məhkəmə qərarları › İş №2(029)-562/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-562/2020

17.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-562/2020 17.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akta əsasən qəbul edilmiş dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsinə və əsassız hesablanmış 302.40 manat məbləğində borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıcavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X3 X5 X6 İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı xx xxxxxx 2019-cu il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən qəbul edilmiş “dəymiş ziyanın hesablanmasına dair” xx xxxxxx 2019-cu il tarixli komissiya qərarının ləğv edilməsinə və əsassız hesablanmış 324 (üç yüz iyirmi dörd) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində borc məbləğini mexaniki səhv olaraq 324 (üç yüz iyirmi dörd) manat göstərmişdir ki, əslində ona hesablanmış borc 302.40 (üç yüz iki manat qırx qəpik) manat olmalıdır. Buna görə də 302.40 (üç yüz iki manat qırx qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun Qusar rayonunun Balaqusar kəndində xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Fərdi istehlakçı kimi o, cavabdeh «Cavabdeh» X3 X5 X6 İstismarı Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. Heç vaxt istehlak olunan qaza borcu olmamışdır. xx xxxx 2019-cu il tarixdə X7 Sahəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacını çıxarmaqla yerində başqa cihaz quraşdırmış və bu barədə həmin tarixdə ******* nömrəli akt tərtib etmişlər. xx xxxxxx 2019-cu il tarixdə X7 Sahəsinin əməkdaşları yenidən onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş və guya cuhazın qapağının yan tərəfində və daxili qulaqcıqlarında cızıq izlərinin olmasını bildirmişlər. O, isə həmin şəxslərə sayğaca əl vurmadığını, bundan əlavə sayğacın çöldə olduğunun, üstünün örtülmədiyini və qutuda yerləşdirilmədiyini bildirmişdir. Buna baxmayaraq X7 Sahəsinin əməkdaşları həmin gün ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər və orada cihazın qapağının yan tərəfində və daxili qulaqcıqlarında cızıq izlərinin olduğunu qeyd etmişlər. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki bundan onun heç bir məlumatı olmamış, sayğacın tamlığının pozulmasında və ya hər hansı şəkildə sayğaca müdaxilə olunmasında onun heç bir təqsiri yoxdur. Bundan sonra isə xx xxxxxx 2019-cu il tarixdə ona 3024 kub metr, yəni 302.40 (üç yüz iki manat qırx qəpik) manat məbləğində itirilmiş qazın əvəzi olaraq cərimə hesablanmışdır. Hal-hazırda isə «Cavabdeh» X3 X5 X6 İstismarı Sahəsinin əməkdaşları borcunu ödəməyəcəyi halda evinə gedən qaz təchizatını dayandıracaqları ilə hədələyirlər.X7 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda onun evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizmi qeyd edilmiş, lakin həmin vaxt sayğaca məhz onun tərəfindən müdaxilə olunması müəyyən olunmamışdır. Həmçninin, qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində onun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmuş və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Odur ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı kimi onun üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan əlavə ona 302.40 (üç yüz iki manat qırx qəpik) manat məbləğində borcun hesablanması da məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin onun istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən qəbul edilmiş dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilməklə əsassız hesablanmış 302.40 (üç yüz iki manat qırx qəpik) manat məbləğində borc silinməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, «Cavabdeh» X3 X5 X6 İstismarı Sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tam qanunidir. Belə ki, həqiqətən də araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən məlum qaz sayğacına müdaxilələr olmuş və nəticədə xeyli miqdarda qaz israf olunmuşdur. Bu səbəbdən də, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2019-cu il tarixli qərar ilə iddiaçıya haqlı olaraq 302.40 (üç yüz iki manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. Həmin borc mövcud qaydalar əsasında hesablanmış və borc hesablanarkən qanunvericiliyin, eləcə də iddiaçının heç bir hüquqları pozulmamışdır. Əksinə, iddiaçı qazdan istifadə qaydalarını pozmuş və nəticədə xeyli miqdarda, yəni 3024 kub.met qazı israf etmişdir. Odur ki, iddia tam qanunsuz və əsassızdır, bu səbəbdən də rədd edilməlidir. Qeyd olunanlara əsasən iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 1503 nömrəli Müqavilənin surətindən görünür ki, İddiaçı özünə məxsus ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evində «Cavabdeh» İstehsalat Birliyi ilə bağladığı bu müqavilə əsasında müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazdan istifadə edir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyinin xx xxxx 2019-cu il tarixli ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, İddiaçı məxsus ünvan 3i ünvanında yerləşən evin qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 3i ünvanında quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, sayğacın plasmas qapağının yan tərəfində iz var və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan ««Cavabdeh» X3 X5 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, İddiaçı na itirilmiş qazın bərpası üzrə 3024 kub metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin19-cu maddəsinə əsasəndövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh X3 X5 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirdikdən sonra sayğacın plastmas qapağının yan tərəfində və qulaqcıqlarda əzik, cızıq izləri olduğu üçün xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X3 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 3024 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, «Cavabdeh» X3 X5 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və həmin qərar əsasında İddiaçı hesablanmış 302.40 (üç yüz iki manat qırx qəpik) manat borc silinməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» X3 X5 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilsin, həmin qərar əsasında İddiaçı hesablanmış 302.40 (üç yüz iki manat qırx qəpik) manat borc silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar