Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-565/2020 17.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızının, Dadaşova (Abdurəhmanova) Əma Nizam hüseyn qızının, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iştirakları ilə, Ərizəçilər Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızının, Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovnanın, Dadaşova (Abdurəhmanova) Əma Nizamhüseyn qızının, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızı, Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovna, Dadaşova (Abdurəhmanova) Əma Nizamhüseyn qızı, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “Abdurəhmanova Kərəkəməz D qızı”nın, “X23”nın, “X24”nun, “X19”nun, “X28”nın, “X14”nın və “X16”nın adlarına verilmiş JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovnaya, Dadaşova (Abdurəhmanova) Əma Nizam hüseyn qızına, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, X5, X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi5 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X26 xx xxxxxxx 1997-ci il tarixli 15/2 saylı qərarına əsasən onlara ünvan 3i ərazisindən 9.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Torpaq sahəsinin mülkiyyətçilərindən X8 xx xxxxxxx 2014-cü il tarixdə, X6 isə xx xxxxxx 2000-ci il tarixdə vəfat etmişlər. JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızının atasının adı səhvən “Nizam”, ərizəçi Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovnanın atasının adı səhvən “Nizam”, ərizəçi Dadaşova (Abdurəhmanova) Əma Nizam hüseyn qızının adı səhvən “Ema”, atasının adı isə səhvən “Nizam”,Ərizəçi4 soyadı səhvən “Abdurəhmanova”, adı səhvən “Gərəkəməz”, ata adı isə səhvən “D qızı, Ərizəçi5 soyadı səhvən “Abdurəhmanov”, adı səhvən “Nizam”, ata adı isə səhvən “Hüseyn oğlu” və Ərizəçi6 atasının adı səhvən “Nizam” oğlu kimi qeyd edilmişdir. Əslində isə Dövlət Aktında onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Dövlət Aktındakı səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızı, Dadaşova (Abdurəhmanova) Əma Nizam hüseyn qızı, Ərizəçi4, Ərizəçi6 ərizəni müdafiə edib Ərizəçi5 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovna məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb ərizəçi Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovnanın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X26 xx xxxxxxx 1997-ci il tarixli 15/2 saylı qərarı ilə “X18”nun, “Abdurəhmanova Kərəkəməz D qızı”nın, “X23”nın, “X24”nun, “X19”nun, “X28”nın, “X14”nın və “X16”nın mülkiyyətlərinə Qusar rayonu Qullar kəndi ərazisindən 9.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X38 tərəfindən Ərizəçi5 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********54 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X37 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nin Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 130 nömrəli Arayışdan görünür ki, Qusar rayon X27 xx xxxxxxx 1997-ci il tarixli 15/2 saylı qərarı ilə Ərizəçi5 və ailə üzvlərinin adları səhv olaraq X18, Abdurəhmanova Kərəkəməz D qızı, X23, X24, X19, X28, X14 və “X7 yazılmışdır. Əslində isə Ərizəçi5, Ərizəçi4, X9, Ərizəçi6, X8, X12, X3 və X1 yazılmalıdır. İşdə olan AZ-İ № 714213 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxxx 2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışın təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxx 2000-ci il tarixdə ölmüdşür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2000-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 076770 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X13 arasında xx xxxxxx 2016-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 04 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Dadaşova soyadı verilmişdir. İşdə olan AZ-İ № 385269 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X35 ilə X4 arasında xx xxxx 2008-ci il tarixdə Qusar RİHB-nın Şirvanovka kənd İƏD üzrə nümayəndəliyində 09 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Dəmirova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1952-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Məhərrəmkənd rayonunda anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi5 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1982-ci il tarixdə ünvan 3ində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi6 məxsusdur. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1957-ci il tarixdə ünvan 3ində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi4 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1989-cu il tarixdə ünvan 3ində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1986-cı il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Qarat-Oba kəndi ünvanında qeydiyyatda olan Ərizəçi3 məxsusdur. Məhkəmə ərizəçilər Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızının, Dadaşova (Abdurəhmanova) Əma Nizam hüseyn qızının, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “Abdurəhmanova Kərəkəməz D qızı”nın, “X23”nın, “X24”nun, “X19”nun, “X28”nın, “X14”nın və “X16”nın adlarına verilmiş JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi5, Ərizəçi4, Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovnaya, Ərizəçi6, X5, Dadaşova (Abdurəhmanova) Əma Nizamhüseyn qızına, Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızına və X2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “Abdurəhmanova Kərəkəməz D qızı”nın, “X23”nın, “X24”nun, “X19”nun, “X28”nın, “X14”nın və “X16”nın adlarına verilmiş JN-00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi5, Ərizəçi4, Salmanova (Abdurəhmanova) Elza Nizamhüseynovnaya, Ərizəçi6, X5, Dadaşova (Abdurəhmanova) Əma Nizamhüseyn qızına, Dəmirova (Abdurəhmanova) Gülsənəm Nizamhüseyn qızına və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-565/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-565/2020
17.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver