Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-566/2021 26.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə ona məxsus ünvan 4 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlunun əvvəlki həyat yoldaşıdır. X4 Cavabdeh ilə 2008-ci ilin avqust ayının sonunda nikahı rəsmi qeyd etdirmədən evlənmiş, sonradan isə 30 iyul 2009-cu il tarixdə nikahı rəsmiləşdirmişlər. Cavabdeh onun X4 ilə evlənən zaman 2008-ci ilin avqust ayının sonunda onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əmlaklarını həmin ünvana gətirmişdir. Həmin evdə yaşadıqları vaxt 30 iyun 2009-cu il tarixdə cavabdehin X5 adlı bir uşağı anadan olmuşdur. Cavabdeh onun X4 ilə 2010-cu ilin fevral-mart aylarına kimi onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. 2010-cu ilin fevral-mart aylarında cavabdeh azyaşlı uşağı Kamilla ilə birlikdə Qusar şəhəri Zərifə Əliyeva küçəsi ev 252 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.08.2020-ci il, reyestrdə İS-2295 nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Oğlunun digər uşaqları 10 mart 2011-ci il təvəllüdlü X10 və 22 iyun 2016-cı il təvəllüdlü X8 ünvan 2 ünvanda yerləşən evinə köçüb yaşadıqları vaxt dünyaya gəlmişlər. 2020-ci ilin yanvar ayına kimi oğlu Faik Əhmədov Cavabdeh ilə yaşamış, aralarında yaranmış mübahisə ilə bağlı cavabdeh azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmış, Qusar rayon məhkəməsinin qərarı ilə onların aralarındakı nikah pozulmuşdur. Cavabdeh ona və oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(029)-711/2020 saylı qərarı ilə həmin iddia təmin olunmuş, Qusar rayon məhkəməsi Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X5, 10 mart 2011-ci il təvəllüdlü X10 və 22 iyun 2016-cı il təvəllüdlü X8 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və cavabdehin azyaşlı uşaqları ilə birlikdə onun evinə köçürülməsi qət edilmişdir. Onlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Qusar rayon məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ünvan 3 ünvana köçürülsə belə yenə tez-tez mübahisələr baş verər və mübahisələrin sonu cinayətlə bitə bilər. Yaxşı olardı ki, ilkin mərhələdə bunun qarşısı alınsın. Bundan əlavə Cavabdeh ünvan 5 ünvanda yerləşən evi də mövcuddur. Həmçinin ünvan 6susdur və həmin evdə qeydiyyatdadır. Ona görə də cavabdehə kompensasiya ödəməklə onun yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması qərarına gəlmişdir. O, bu məqsədlə cavabdehə 5000 (beş min) manat məbləğində kompensasiya təklif edir. Hesab edir ki, cavabdehə belə məbləğdə kompensasiyanın ödənilməsi, onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə onların evində onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar şəhəri Zərifə Əliyeva küçəsi ev 252 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh həmin evdən istifadə hüququna xitam verilməsini tələb edir. Əgər cavabdeh həmin ünvanda yaşasa aralarında daima davadalaş olacaq, axırı isə cinayət hadisəsi ilə nəticələnə bilər. Həmin ünvanda altı nəfər qeydiyyatdadır, faktiki olaraq isə doqquz nəfərdən ibarət dörd ailə yaşayır. Cavabdehin həmin evə köçürülməsinə dair Qusar Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş, həmin şikayət təmin olunmamışdır. Cavabdeh ünvan 7 ünvanda yerləşən, atasına məxsus fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdehin atası Rusiya Federasiyasının vətəndaşıdır. Bundan başqa, cavabdehin ünvan 8 ünvanda yerləşən və babasına məxsus olmuş evi vardır. Lakin, həmin evin cavabdehə məxsus olması barədə onda heç bir sənəd yoxdur. Cavabdeh həmin evdə də yaşaya bilər. Onun təklif etdiyi 5000 manat məbləğində pul müqabilində cavabdeh müəyyən müddət ərzində kirayədə yaşaya bilər. Hazırda ona məxsus evin qiyməti 50000-60000 manat civarındadır. Əvvəllər də pul verib həmin evdən çıxması barədə cavabdehə dəfələrlə təkliflər etmişdir. Bundan başqa, o, cavabdehə ona məxsus başqa evdə yaşamasını da təklif etmişdir. Cavabdehin yaxın qohumları ilə əlaqə saxlayıb mübahisəni öz aralarında həll etmək istəmiş lakin, cavabdeh razı olmamış, “mən sizə böhtan atıb sizi o evdən çıxardacam, evə gəlib qırğın salacam” demişdir. Əgər cavabdeh özünə kirayə ev tutsa üç ilin kirayə pulunu o, ödəyəcəkdir. Sonra isə imkanı olanda cavabdehə bir ev alıb verecəkdir. Cavabdehin dediyinə görə həmin evin dəyəri 200 min manatdır, cavabdeh ondan da iki yüz min manat pul istəyir. Həmin evi o, özü tikmiş, cavabdeh isə əvvəlcə onların yaşadıqları ünvan 9 ünvana gəlin köçmüş, uşaqları da həmin evdə doğulmuşdur. Cavabdeh mübahisəli evə sonradan köçmüşdür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh Abdulrıəhim qızı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, iddiaçıya məxsus ünvan 4 evdə 2009-cu ildən yaşayır, uşaqları da həmin evdə doğulmuşdur. Həmin evdə o, 11 ildən çox yaşamışdır. Evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamələr var, lakin indiyə kimi həmin evə köçürülməmişdir. Onun həmin evə istifadə hüququ tanınmışdır. O, heç bir məbləğlə razı deyil, onun uşaqları da həmin evi istəyir. Qızının 12 yaşı var, həmin evdə yaşamaq istəyir. Uşaqlar atasını, anasını istəyir, bir yerdə yaşamalarını istəyirlər. O, iddiaçının sözlərinə inanmır, iddiaçı əvvəllər də ona ev alacağı barədə dəfələrlə söz vermiş, lakin almamış, onu aldatmışdır. O, başqa ev almasına da razı deyil. Həmin evin dəyəri iki yüz mindir, iki mərtəbəli, iki böyük zalı var. O, heç bir məbləğlə razı deyil, uşaqlarla həmin evdə yaşamaq istəyir. Onun başqa yaşaması üçün heç bir yeri yoxdur, onun adında heç bir mülk yoxdur. Hazırda müvəqqəti atasının evində yaşayır. Mübahisəli evdə hazırda keçmiş yoldaşı tək yaşayır, iddiaçı həmin evə hərdən gəlib-gedir. Həmin evi tikəndə onun öz atası da kömək etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək, atasının hazırda koronavirus xəstəsi olduğunu və məhkəmə iclasına gələ bilməyəcəyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, 10.08.2020-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhəri Zərifə Əliyeva küçəsi ev 252 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, X5 30.06.2009-cu ildə, X10 10.03.2011-ci ildə və X8 22.06.2016cı ildə anadan olmuşlar, ataları İddiaçı, anaları Cavabdehdır. İşdə olan Qusar rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(029)- 448/2020 saylı qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X5, 10 mart 2011-ci il təvəllüdlü X10 və 22 iyun 2016-cı il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, X6 Cavabdeh xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X1, 10 mart 2011-ci il təvəllüdlü X7 və 22 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulmuşdur. İşdə olan Qusar rayon məhkəməsinin 19.10.2020-ci il tarixli 2(029)-711/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X5, 10 mart 2011-ci il təvəllüdlü X10 və 22 iyun 2016-cı il təvəllüdlü X8 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-765/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 19.10.2020-ci il tarixli 2(029)-711/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AZ-İ N 366984 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasındakı nikah Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 02 dekabr 2020-ci il tarixli 128 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli 1179 nömrəli arayışdan görünür ki, Qusar şəhəri daxilində evin yerləşdiyi ərazisindən və fərdi yaşayış evinin texniki vəziyyətindən asılı olaraq evlərin kirayə haqqı 50-300 manat civarında təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə İddiaçı özünə məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh istifadə hüququna 5000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması barədə dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh həmin məbləğdə pul müqabilində istifadə hüququna xitam verilməsi onun və azyaşlı uşaqlarının mənafeyinə uyğun olmamaqla onların davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayət deyildir, cavabdehin həmin hüququna həmin qaydada xitam verilməsi ədalətli olmamaqla onun və azyaşlı uşaqlarının məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, Qusar rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsinə əsasən iddiaçının X4 ilə Cavabdeh arasında 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X5, 10 mart 2011-ci il təvəllüdlü X10 və 22 iyun 2016-cı il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh qeyd olunan yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi müzakirə olunarkən həmin uşaqların maraqları da mütləq şəkildə nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hazırkı halda, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya ödənilməklə ona məxsus ünvan 4 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-566/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-566/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver