Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-570/2020 22.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi1 hüquqi varisi X24 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X21”nun, “X34”nın, “X25”nın və “X35”nın adlarına verilmiş JN-078A KOD 30120018, JN-078B KOD 30120018, JN/078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və “X36”nun, “Ərizəçi1”nın, “X26”nın və “X30”nın adlarına verilmiş JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni X8, Ərizəçi1, X19 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 hüquqi varısı X37 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi1 onun anasıdır. Anası Ərizəçi1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X41 xx xxx 2000-ci il tarixli, 6/9 saylı qərarına əsasən atası X6, anası Ərizəçi1 və bacıları X14 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızının mülkiyyətlərinə Qusar rayonunun Sudur kəndi ərazisindən 0.02 hektar, 0.13 hektar, 0.10 hektar fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı və 6.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahəsinə onun ailə üzvlərinin mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-078A KOD 30120018, JN-078B KOD 30120018, JN/078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr və JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Mülkiyyətçilərdən həmçinin atası X15 xx xxxxxx 2013-cü il tarixdə, bacısı X25 isə xx xxxx 2019-cu il tarixdə vəfat etmişlər. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə atasının adı səhvən “X21”, anası Ərizəçi1 adı və soyadı düzgün yazılsa da ata adı səhvən “Əbədulla”, ərizəçi Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızının adı səhvən “Nəibə”, ata adı isə səhvən “Şahmərdan” kimi, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında isə atası mərhum X6 adı səhvən “Şahmərdan”, ata adı isə səhvən “Şahum”, mərhum X14 adı səhvən “Həlimat”, ərizəçi Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızının ata adı isə səhvən “Şahmərdan” kimi qeyd edilmişdir. Əslində isə mülkiyyətmilərin adları, soyadları və ata adları həmin Şəhadətnamələrdə və Dövlət Aktında onların şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq X15, Ərizəçi1, X25 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızı kimi qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Şəhadətnamələrdəki və Dövlət Aktındakı torpaq sahələrinə dair hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin Şəhadətnamələrdə və Dövlət Aktındakı məlum səhvələrə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmiş və məhkəməyə müraciət edilməsini bildirmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızı xx xxxxxxx 2020ci il tarixdə məhkəməyə ərizə göndərərək, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxsl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin və ərizəçi Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-078A KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X41 xx xxx 2000-ci il tarixli, 6/9 saylı qərarına əsasən X12, X22, X14 və X23 mülkiyyətlərinə Qusar rayonunun Sudur kəndi ərazisindən 0.10 hektar fərdi yaşayış evinin tikinti üçün nəzərədə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-078B KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X41 xx xxx 2000-ci il tarixli, 6/9 saylı qərarına əsasən X12, X22, X14 və X23 mülkiyyətlərinə Qusar rayonunun Sudur kəndi ərazisindən 0.13 hektar fərdi yaşayış evinin tikinti üçün nəzərədə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X41 xx xxx 2000-ci il tarixli, 6/9 saylı qərarına əsasən X12, X22, X14 və X23 mülkiyyətlərinə Qusar rayonunun Sudur kəndi ərazisindən 0.02 hektar fərdi yaşayış evinin tikinti üçün nəzərədə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X41 xx xxx 2000ci il tarixli, 6/9 saylı qərarına əsasən X27, Ərizəçi1, X16 və X20 mülkiyyətlərinə Qusar rayonunun Sudur kəndi ərazisindən 6.68 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X54 tərəfindən Ərizəçi1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********81 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN-078A KOD 30120018, JN-078B KOD 30120018, JN/078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X53 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon Sudur bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2020ci il tarixli Arayışdan görünür ki, JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 adı səhvən X36, X17 adı isə səhvən X9 qeyd edilmişdir. JN-078B KOD 30120018 və JN/078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adı səhvən X18, Ərizəçi1 adı səhvən X10, X17 adı səhvən X13 qeyd edilmişdir. X4, Ərizəçi1, X7 oxunmalıdır. İşdə olan AZ-İ № 622857 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxxxx 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ № 012607 nömrəli ölüm haqqında akt şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X25 xx xxxx 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ № 082725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 217 nömrə ilə qeyd edilmişdir. İşdə olan 73 ******* nömrəli X33 təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxx 1966-cı il tarixdə anadan olmuşdur. İşdə olan nikahın bağlanması haqqında 86 nömrəli Arayışın təsdiq olunmuş surətindən görünür ki, Dağıstan Respublikası “Doqquzpara rayonu” BV inzibatlığının VVAQ şöbəsinin arxivində X29 və X28 arasında Dağıstan Respublikasının “Doqquzpara rayonu” inzibatlığının VVAQ şöbəsi üzrə “05” oktyabr 2000-ci il tarixli 20 nömrəli nikah haqqında akt qeydi mövcuddur. Nikah bağlandıqdan sonra qadına Vəzirxanova soyadı verilmişdir. İşdə olan İ-ЖГ № 369801 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X37 xx xxx 1959-cu il tarixdə anadan olmuşdur. X5, anası Ərizəçi1 Əbəydulla qızıdır. Məhkəmə Ərizəçi1 hüquqi varisi X24 izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X21”nun, “X34”nın, “X25”nın və “X35”nın adlarına verilmiş JN-078A KOD 30120018, JN-078B KOD 30120018, JN- 078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və “X36”nun, “Ərizəçi1”nın, “X26”nın və “X30”nın adlarına verilmiş JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X3, Ərizəçi1, X19 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X21”nun, “X34”nın, “X25”nın və “X35”nın adlarına verilmiş JN-078A KOD 30120018, JN-078B KOD 30120018, JN-078C KOD 30120018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və “X36”nun, “Ərizəçi1”nın, “X26”nın və “X30”nın adlarına verilmiş JN: 1xx xxx 30120018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X3, Ərizəçi1, X19 və Vəzirxanova (Əlirzayeva) Nəcibə Şahumərdan qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-570/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-570/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver