Məhkəmə qərarları › İş №2(029)-571/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-571/2020

04.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-571/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və onun vəkili X22 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X34 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı torpağın alqı satqı müqaviləsinin etibarsız və çıxarışların ləğv olunması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X34 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X37 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018ci il tarixli Seriya RX № ******* saylı Çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon X14 xx xxxxxxx 1997-ci il tarixli 15/1 saylı qərarı ilə ona, yəni İddiaçı və ailə üzvləri X12, X8, X3 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Qusar rayonunun Gündüzqala kəndi ərazisindən 4.04 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1998-ci il tarixli JN-00xx xxx 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Ona və ailəsinə məxsus olan sözügedən torpaq sahəsindən maliyyə cəhətdən imkanları məhdud olduğundan aidiyyatı üzrə istifadə edə bilmirlər. 2006-cı ildə qeyd edilmiş torpaq sahələrinə Çıxarış ala bilmədiyi üçün ona köməklik göstərilməsi ilə əlaqədar həmin dövrdə Gündüzqala bələdiyyəsinin sədri vəzifəsində işləmiş Babayev Mömin Qədir oğluna müraciət etdikdə Mömin Babayev birmənalı olaraq bildirmişdir ki, torpaq sahəsinə dair həmin Dövlət Aktının əslini ona versin qalan işlərdən isə narahat olmasın. Uzun müddət keçməsinə baxmayaraq Mömin Babayev Dövlət Aktını qaytamaq istəməmiş və yaxın gələcəkdə Çıxarış alıb ona verəcəyini bildirmişdir. Həqiqətən də onlar ailənin mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən istifadə edə bilməmişlər. 2019-cu ilin noyabr ayında torpaq sahəsini satmaq məqsədilə Gündüzqala bələdiyyəsinin sədri X19 müraciət edərək torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qaytarılmasını xahiş etdikdə Mömin Babayev torpaq sahəsinin kənar şəxslərə satıldığını bildirmişdir. Dövlət X13 tərəfindən qaytarılmadığı üçün o, Qusar rayon Polis şöbəsinə müraciət etmiş, lakin şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsindən və Çıxarışların verilməsindən xx xxxxxx 2019-cu il tarixdə xəbər tutmuşdur. Pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə vəkil xidmətindən istifadə etmək qərarına gəlmişdir. 09 dekabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X34 edilmiş vəkil sorğusuna cavab olaraq xx xxxxxx 2019-cu il tarixli məktubla bildirilmişdir ki, JN-00xx xxx 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 2.65 hektar hissəsinə dövlət reyestrindən xx xxxxxxxx 2018-ci il tarixli RX № ******* saylı Çıxarış verilmişdir. Həmin tarixdə edilmiş digər vəkil sorğusuna cavab olaraq isə həmçinin bildirilmişdir ki, JN-00xx xxx 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq sahəsinə dair Dövlət reyestrindən Cavabdeh2 adına xx xxxx 2007-ci il tarixdə Seriya MH № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunun xx xxxx 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Bütün sadalanan xüsusatlar göstərir ki, sözgedən alqı-satqı müqaviləsi saxtadır və ona görə də etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş Çıxarışlar isə ləğv edilməlidir. Belə ki, vəkil sorğusu ilə müəyyən edilmişdir ki, Cavabdeh2 adına verilmiş xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı Çıxarışın verilməsinə əsas olmuş JN- 0352 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı Qusar rayon məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verilmişdir. O, bununla bağlı Qusar rayon məhkəməsinə müracit etmiş və məhkəmə xx xxxxxx 2020-ci il tarixli G(029)-440/2020 saylı cavab məktubu ilə Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki işin başqa şəxslər arsında olan mübahisə ilə əlaqədar olması və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs olmaması bildirilmiş, ona görə də xx xxxxx 2006-cı il tarixli 2-158 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin surətinin təqdim edilməsi mümkün olmamışdır. Ona görə ki, o və ailə üzvləri JN-00xx xxx 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən özlərinə məxsus 4.04 hektar torpaq sahəsini Cavabdeh2 və qeyrilərinə heç vaxt satmamışlar. Bundan əlavə iddia ərizəsində xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı və xx xxxxxxxx 2018-ci il tarixli RX № ******* saylı Çıxarışların tarixləri mexaniki olaraq səhvən xx xxxxxx 2019-cu il göstərilmişdir. Odur ki, iddianın təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı Çıxarış və Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli RX № ******* saylı Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisi məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixli, X-732 nömrəli məktub göndərərək, mülki işlə bağlı keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədikəri üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş və iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X37 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan JN-00xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X14 xx xxxxxxx 1997-ci il tarixli 15/1 nömrəli qərarı ilə X4, X10, X5, X2 vı X6 mülkiyyətlərinə Qusar rayonunun Gündüzqla kəndi ərazisindən 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X37 tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X25 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********09 nömrəli cavab məktubundan görünür ki, JN-00xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına dövlət reeystrindən Cavabdeh2 adına **********01 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon notariat kontorunun xx xxxx 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X37 tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X25 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********97 nömrəli cavab məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-00xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti ona göndərilməklə qeyd edilmişdir ki, JN-00xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 2.65 hektar hissəsinə dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* saylı, ********* qeydiyyat nömrəli, xx xxxx 2007-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********01 reyestr nömrəli, 3.134336 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi Cavabdeh2dur. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən xx xxxx 2018-ci il tarixdə 4Ə- 1369 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ № ******* saylı, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ ilə özünə məxsus olan 3.13434 hektar torpaq sahəsini 19720.00 (on doqquz min yeddi yüz iyirmi) manata Cavabdeh1 satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********01 reyestr nömrəli 3.1343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən X11 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 149-22260V-3220 nömrəli cavab məktubundan görünür ki, araşdırmanın nəticəsində X4 ərizəsi mülki xarakterli olduğundan eləcə də, Babayev Mömin Abdulqədir oğlunun əməlində hər hansı cinayət və ya inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən toplanmış material Qusar RPŞ-də işə alınmışdır. Mülki mübahisələrin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 119 nömrəli Arayışdan görünür ki, Vəlixanov X23 rayonunun Gündüzqala kəndində yaşayır və onun həyat yoldaşı X18, 1987-ci il təvəllüdlü X15, 1995-ci il təvəllüdlü X16, nəvələri X17 və X7 ibarət ailə tərkibi vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X25 ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********13 nömrəli cavab məktubundan görünür ki, MH ******* seriyalı, **********1 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh2 adına olmuş Qusar rayonu, Gündüzqala kəndində yerləşən 3.134336 hektar torpaq sahəsini Cavabdeh2 Qusar rayon notariat kontorunun xx xxxx 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. İşdə olan JN-03xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olnmuş surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxxx 2006-cı il tarixli 2-158 saylı Qətnaməsinə əsasən Cavabdeh2 mülkiyyətinə Qusar rayonu Gündüzqala kəndi ərazisindən 68.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon Məhkəməsi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X25 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, G(029)-440/2020 nömrəli cavab məktubundan görünür ki, Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan mübahisə ilə əlaqədardır və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs deyildir. Ona görə də, xx xxxxx 2006-cı il tarixli 2-158 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin surətinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məjəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məсəllənin 146.1-сi maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məсəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə Qusar rayon X14 xx xxxxxxx 1997-ci il tarixli 15/1 saylı qərarı ilə Qusar rayonu, Gündüzqala kəndi ərazisindən 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöəsi tərəfindən verilmiş JN-00xx xxx 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Həmin torpaq sahəsinin 2.65 hektar hissəsinə dair Cavabdeh2 adına xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunda xx xxxx 2018-ci il tarixli, 4Ə-1369 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış və sonuncunun adına Seriya RX № ******* saylı, xx xxxxxxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmçinin, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinə məxsus 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.65 hektar hissəsinə dair Cavabdeh2 adına xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsas olmuş JN-03xx xxx 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı Qusar rayon məhkəməsinin xx xxxxx 2006-cı il tarixli 2-158 saylı qətnaməsinə əsasən verilmişdir. Lakin Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki işin başqa şəxslər arasında olan mübahisə ilə əlaqədar olması və Cavabdeh2 həmin mülki iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya və ailəsinə məxsus torpaq sahəsinin 2.65 hektar hissəsinə Cavabdeh2 adına xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi, Qusar rayon Notariat Kontorunun xx xxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-1369 reeyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satması və Cavabdeh1 adına Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi İddiaçı və ailəsinin özlərinə məxsus 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.65 hektar hissəsi üzərində mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyətlərindən əsassız olaraq məhrum olmalarına səbəb olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla qismən sübuta yetirildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, 3.13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsi 2.65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunmalı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı X37 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX № ******* saylı Çıxarışlar 2.65 hektar torpaq sahəsinə dair hissədə ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 3.13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsi 2.65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunsun, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X37 tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxx 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli Seriya RX № ******* saylı Çıxarışlar 2.65 hektar torpaq sahəsinə dair hissədə ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar