Məhkəmə qərarları › İş №2(029)-577/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-577/2021

10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-577/2021 10.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Təşəkkül oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 23 sentyabr 2019-cu il tarixli aktın və itirilmiş təbii qaza görə hesablanmış 270 manat borcun **********06270 nömrəli abonent kodu üzrə hesabdan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 23 sentyabr 2019-cu il tarixli aktın və həmin akt əsasında tərtib edilmiş itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair 23 sentyabr 2019-cu il tarixli komissiya qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında hesablanmış 270 (iki yüz yetmiş) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıiddianı onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. 25 iyun 2020-ci il tarixdə Cavabdeh Xaçmaz X2 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşlarının ******* nömrəli, 25 iyun 2020-ci il tarixli aktına əsasən mövcud sayğac (ziner G-T, Ns **********1) yoxlama üçün çıxarılaraq yeni sayğac ilə əvəz olunmuşdur. Sonradan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında çıxarılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi barədə akt tərtib edilmişdir. Bunun nəticəsi olaraq 23 sentyabr 2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Beləliklə, 23 sentyabr 2019-cu il tarixdə itirilmiş qazın bərpa edilməsi məqsədilə cavabdeh təşkilatın itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən qərar qəbul edilmiş və həmin qərara əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonentin 270 (iki yüz yetmiş) manat məbləğində borcu müəyyən edilmişdir. Cavabdeh təşkilatın təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 23 sentyabr 2019-cu il tarixli aktını qanunsuz və əsassız hesab edir. Belə ki, 25 iyun 2019-cu il tarixdə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş ******* saylı akta əsasən sayğacın çıxarılma səbəbi kimi sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi yox, sayğacın növbəti dəyişməsi qeyd olunmuşdur. Sayğacn quraşdırma səbəbi isə əvəzetmə kimi göstərilmişdir. Bundan başqa sayğac çöldə quraşdırılmışdır. Bu hal özlüyündə ******* nömrəli, 23 sentyabr 2019cu il tarixli aktın tərtib edildiyi andan etibarsız olduğunu sübuta yetirir. Bu da həmin aktın ləğv edilməsi üçün əsasdır. Yaranmış vəziyyətdə yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına onun tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatını düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin, cavabdeh ona məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun onun tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə tam təmin edilməlidir. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 iyun 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı ünvan 1ində yerləşən evinə quraşdırılmış Elster tipli G-T markalı, ******* nömrəli qaz sayğacı çıxarılmış və əvəzində zenner tipli C-4T markalı **********1 nömrəli yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 23 sentyabr 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən evdə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə aşağıdakı qeyd aparılmışdır: Cavabdeh İB qaz sayğacının yoxlanılması barədə Aki 29/1710-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, 23 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2700 kub metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh Xaçmaz X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1ində yerləşən evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin aşkar olunduğu müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın plastmas borusunun İddiaçı tərəfindən deşilməsi və digər hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 sentyabr 2019-cu il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı İddiaçı üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, həmin aktın əsasında 30.09.2020-ci il tarixdə 2700 kub metr ziyanın hesablanmasına dair tərtib edilmiş qərar da qanunsuz və əsassız olmuş, özlüyündə şübhə doğurur və bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Həmçinin, İddiaçı 270 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından suiistifadəyə yol verilməklə, həmçinin iddiaçının istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış həmin borc İddiaçı **********06750 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsinin Qusar Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 sentyabr 2019-cu il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt etibarsız hesab edilsin, həmin akt əsasında qəbul edilmiş dəymiş ziyanın bərpasına dair 30.09.2019-cu il tarixli qərar ləğv edilsin və əsassız hesablanmış 270 (iki yüz yetmiş) manat məbləğində borc İddiaçı **********06750 saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar