Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-580/2021 29.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Təşəkkül oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi X2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarının və həmin torpaq sahəsinə aid 07 sentyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X6 iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarı ilə ona Qusar rayonu Çiləgir kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin ona satılması barədə qərarda və alqı-satqı aktında onun adı səhvən “Sərıxan” qeyd edilmişdir. O, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarında onun adı səhvən “Sərıxan” qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarının və həmin torpaq sahəsinə aid 07 sentyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarının surətindən görünür ki, X3 bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan kənd altı torpaq sahəsindən fərdi ev tikmək məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. İşdə olan torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, X7 03 mart 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə Qusar rayonu Çiləgir bələdiyyəsinə müraciət etmiş və həmin bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsinin satılması barədə 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərar qəbul edilmişdir. Akt 07 sentyabr 2006-cı il tarixdə 871 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 391 saylı arayışdan görünür ki, Qusar rayonu Çiləgir kənd sakini Ərizəçi həyətyanı torpaq sahəsi üçün Çiləgir Bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərdə adı səhvən “Sərıxan” yazılmışdır. Əslində onun adı Ərizəçi yazılmalıdır. İşdə olan Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1988-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 04.06.2021-ci il tarixli **********75 saylı məktubdan görünür ki, mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunan 0.10 ha torpaq sahəsinə dair Qusar rayonu Çiləgir bələdiyyəsinin 07.09.2006-cı il tarixli 20 saylı qərarında X1 nəzərdə tutulmuşdur. Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarında qeyd olunmuş hüquq sahibinin adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi Ərizəçi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Çiləgir kəndində yerləşən 0.10 ha torpaq sahəsinin alqı-satqısına dair Qusar rayonu Çiləgir bələdiyyəsinin 07.09.2006-cı il tarixli 20 saylı qərarı və torpaqların alqı-satqısına dair akt onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında onun qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququnun dövlət qeydiyyatı həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Çiləgir bələdiyyəsinin 07.09.2006-cı il tarixli 20 saylı qərarında və torpaqların alqı-satqısına dair aktda hüquq sahibi kimi göstərilmiş şəxs məhz Ərizəçidur, lakin həmin qərarda və aktda həmin şəxsə münasibətdə yuxarıda qeyd olunan səhvə yol verilmiş, həmin şəxsin adı səhvən “Sərıxan” qeyd edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin qərarın və aktın həmin şəxsə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayon Çiləgir Bələdiyyəsinin 07 sentyabr 2006-cı il tarixli 20 nömrəli qərarının və həmin torpaq sahəsinə aid 07 sentyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: RAHİM HƏSƏNOV
Məhkəmə qərarları › İş №2(029)-580/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-580/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver