Məhkəmə qərarları › İş №2(029)-584/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-584/2021

17.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-584/2021 17.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi Nümayəndə və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri X5 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 31 may 1971-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş X4nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası 31 may 1971-ci il təvəllüdlü X3 rayonu Piral kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. O, anadangəlmə ruhi xəstə olmaqla uzun müddətdir ki, “Şizofreniya paranoid fasiləsiz gediş” diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. O, həmin diaqnozla Bakı şəhərində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, Quba rayonunda yerləşən ruhi əsəb xəstəxanasında və Qusar MRX-nın psixiatrik kabinetində dispanser qeydiyyatında olmaqla həmin xəstəxanalarda müalicə olunmuşdur və hal-hazırda həmin xəstəxanalarda qeydiyyatdadır. Bundan başqa ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 05 yanvar 2001-ci il tarixli müayinə aktına əsasən ömürlük 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. X4 əziyyət çəkdiyi xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını anlamır, özünü lazımi səviyyədə idarə edə bilmir və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Bundan başqa o, özünə məxsus əmlakları da idarə edə bilmir və həmin əmlaklar barəsində sərəncam vermək iqtidarında deyildir. Ona görə də X4nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qəyyumluq və himayəçilik orqanı tərəfindən üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etmiş və izahatında göstərmişdir ki, o, Surxay Orucov ilə ailəli olmuş, sonradan isə ayrılmışlar. Surxay Orucov ruhi xəstədir. O, əziyyət çəkdiyi ruhi xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını anlamır, özünü lazımı səviyyədə idarə edə bilmir, ətrafdakılar üçün təhlükə yaradır və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Surxay Orucov əziyyət çəkdiyi ruhi xəstəlikdən mütəmadi olaraq müalicə olunmuş, ona ömürlük 2-ci dərəcəli əlillik təyin edilmişdir. Ona görə də X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə tərəfindən Surxayın barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və onun həqiqətən də, psixi xəstə olması, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması barədə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəy verilmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri X8 izahatında göstərmişdir ki, məhkəmə tərəfindən Surxay Orucovun barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasına əsasən həmin şəxsin həqiqətən də, psixi xəstə olması, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması barədə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş müvafiq rəylə razıdır. Rəylə bağlı heç bir etirazı yoxdur. Odur ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin öz mülahizəsinə buraxdığını göstərmiş və iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, ərizəçinin və maraqlı şəxsin sədrinin izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 07568099 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 31.05.1971-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan İ-AZ 170415 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2000-ci ildə anadan olmuşdur. X4, anası Nümayəndədır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 02.06.2021-ci il tarixli 4669 saylı məktubundan görünür ki, 31.05.1971-ci il təvəllüdlü, Qusar rayonu Piral kəndində qeydiyyatda olan X9 arxiv məlumatına görə 24.09.1991-16.12.1991-ci il, 08.06.2007-26.02.2008-ci il, 17.04.2010-19.05.2010-cu il, 17.09.2014-22.12.2014-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 01 may 2021ci il tarixli 907 saylı məktubundan görünür ki, Qusar rayonu Piral kənd sakini 31.05.1971-ci il təvəllüdlü X9 01.07.1991-ci il tarixdən Quba rayon PNRM-nın müşahidəsindədir. Xəstə 01.07.1991-ci il tarixdən 06.08.1991-ci il tarixədək, 27.12.2004-cü il tarixdən 04.02.2005-ci il tarixədək, 09.02.2006-cı il tarixdən 20.02.2006-cı il tarixədək, 21.05.2009-cu il tarixdən 27.06.2009-cu il tarixədək Quba rayon PNRM-də stasionar müalicədə olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2021-ci il tarixli **********5 saylı arayışdan görünür ki, Qusar rayonu Piral kəndində qeydiyyatda olan X9 həqiqətən 05.01.2001-ci il tarixdən ömürlük İİ qrup əlil kimi 259.78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat pensiya alır. İşdə olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş Arayışdan görünür ki, Qusar rayonu Piral kənd sakini X9 həqiqətən Qusar MRX psixiatr kabinetində dispanser qeydiyyatındadır. Diaqnoz: Şizofreniya paranoid fasiləsiz gediş. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 11.10.2021-ci il tarixli 2356 saylı rəyindən görünür ki, X7 “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar-uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, Quba rayon X2, SN Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar müalicədə olması, Qusar rayon Mərkəzi Xəstəxanasının psixiatrik kabinetində “Şizofreniya paranoid forma fasiləsiz gedişli” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinmişdir ki, X7 “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi qeyd olunur. X7 hal-hazırda eşitmə hallisünasiyaları və ayrı-ayrı sayıqlama fikirləri aşkar olunduğundan belə qənaətə gəlmək olar ki, onda qeyd olunan “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi kəskinləşmə mərhələsindədir. X9 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X9 müstəqil olaraq özünə, eləcə də ailəsinin digər üzvlərinə qulluq etməyə qadir deyil. X7 qeyd olunan xəstəlik onu məişət xarakterli hərəkətlər etmək imkanına mane olur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 31 may 1971-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 31 may 1971-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar