Məhkəmə qərarları › İş №2(029)-586/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-586/2020

13.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-586/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli akta əsasən Cavabdeh Xaçmaz X6 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasənda hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X9 X5 XS-nin əməkdaşları tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh Xaçmaz X6 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun Gündüzqala kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. xx xxxx 2017-ci il tarixdə X9 X5 Xidmət Sahəsinin əməkdaşları heç bir tutarlı səbəb olmadan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib, ona məxsus həmin evə aid olan, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacını çıxararaq növbədən kənar Dövlət yoxlamasına göndərmiş və bu barədə müvafiq akt tərtib etmişlər. O, sözügedən fərdi yaşayış evində daimi yaşamır. Fərdi istehlakçı kimi o, Cavabdeh X9 X5 XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcunu ödəmişdir. Heç vaxt qazla bağlı problemi olmamışdır. Sayğaca müdaxilə olunduğunu aşkar edən kimi o, dərhal sahə müvəkkilinə məlumat vermiş və lazımı tədbirlərin görülməsini xahiş etmişdir. Bundan əlavə xx xxxx 2017-ci il tarixdə Cavabdeh X9 X5 rayon üzrə rəis müavini Vüsal Seyidovun adına ərizə ilə müraciət etmişdir. Bir müddət keçdikdən sonra ona bildirmişdilər ki, guya o, sayğaca müdaxilə etmiş, nəticədə sayğacın plastmas qapağı gövdədən aralanmışdır. Cavabdeh tərəfindən bu barədə xx xxxxxx 2017-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən ona bildirilmişdir ki, sayğacın dəyəri ödənildikdən sonra əlavə olaraq 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat məbləğində cərimə ödəməlidir. O, ona əsassız hesablanmış 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat məbləğində borcla qətiyyən razı deyildir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən qaz sayğacı küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Sayğaca kimin müdaxilə etdiyini də bilmir. Ona görə də, Cavabdeh X9 X5 Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında Cavabdeh Xaçmaz X6 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2017-ci il tarixli komissiya qərarı ləğv edilməli və həmin qərar əsasında hesablanmış 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat məbləğində borc əsassız olduğundan onun hesabından silinməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh X9 X5 Qaz İstismarı Sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tam qanunidir. Belə ki, həqiqətən də araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən məlum qaz sayğacına müdaxilələr olmuş və nəticədə xeyli miqdarda qaz israf olunmuşdur. Bu səbəbdən də, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2017-ci il tarixli komissiya qərarı ilə iddiaçıya haqlı olaraq 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır. Həmin borc mövcud qaydalar əsasında hesablanmış və borc hesablanarkən qanunvericiliyin, eləcə də iddiaçının heç bir hüquqları pozulmamışdır. Əksinə, iddiaçı qazdan istifadə qaydalarını pozmuş və nəticədə xeyli miqdarda, yəni 4868 kub.metr qazı israf etmişdir. Odur ki, iddia tam qanunsuz və əsassızdır, bu səbəbdən də rədd edilməlidir. Qeyd olunanlara əsasən iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan Cavabdeh xx xxxx 2017-ci il tarixli ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, sayğacın plasmas qapağı gövdədən aralanıb. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan «Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 4868 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli 1815 nömrəli Arayışdan görünür ki, ünvan 1 saylı evdə hal-hazırda heç kim yaşamır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və üzərində yerləşən 249.8 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti 5 saylı X8 tərəfindən verilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən **********18-10301 reyestr nömrəli fərdi yaşayış evinin hüquq sahibi İddiaçıdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin19-cu maddəsinə əsasəndövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh X3 Regional Qaz X5 Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirdikdən sonra sayğacın plastmas qapağı gövdədən aralandığı üçün xx xxxxxx 2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 4868 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh Xaçmaz X6 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilməli və həmin qərar əsasında İddiaçı hesablanmış 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat borc silinməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X6 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2017-ci il tarixli komissiya qərarı ləğv edilsin, həmin qərar əsasında İddiaçı hesablanmış 973.60 (doqquz yüz yetmiş üç manat altmış qəpik) manat borc silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar