Məhkəmə qərarları › İş №2(029)-592/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-592/2020

20.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-592/2020 20.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X2”nın adına verilmiş JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X5 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarına əsasən ona Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindən 0.12 hektar fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. Onun adına verilmiş həmin Şəhadətnamədən soyadı səhvən “Guleliyeva”, atasının adı isə səhvən “Məhəmmədşərif” yazılmışdır. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə onun soyadı “Güləliyeva”, atasının adı isə “Məhəmmədrəşid” qeyd edilmişdir. Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də onun soyadı, adı və atasının adı şəxsiyyətini təsdiq edən sənədə uyğun qeyd edilməlidir. Bu yaxınlarda o, həmin Şəhadətnamədəki səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X5 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə X1 mülkiyyətinə Qusar rayonu Yuxarı Zeyxur kəndi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********46 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 259 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, Ərizəçi JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə X2 yazılışına baxmayaraq, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi kimi oxunuşu düzgündür. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi məxsusdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X2”nın adına verilmiş JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X2”nın adına verilmiş JN: 289F KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar