Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-594/2020 28.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının Cavabdeh1 iştirakları ilə, İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Xürel kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin mirasdan ona çatası payın ayrılaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı iddianı müdafiə edərək izahatında göstərdi ki,Qusar rayonu, Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X16 Adıgözəl oğluna məxsus olmuşdur. X14 xx xxxxxx 1980-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin ev anası X3 adına keçmiş və sonuncunun adına müvafiq texniki pasport tərtib edilmişdir. xx xxxxxxx 2011-ci il tarixdə anası Nəqiyat Əskərova vəfat etmişdir və valideynlərinin vərəsələri olaraq, o özü, Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qalmışlar. Valideynləri vəfat etdikdən sonra onların mirasını heç bir vərəsə qəbul etməmişdir. O, bu yaxınlarda Qusar rayon Notariat Ofisinə müraciət edərək mirasa dair adına müvafiq şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisindən isə ona mirasın qəbul edilməsi müddətini ötürdüyü, həmçinin digər vərəsələrin mirasa dair münasibət bildirməmələri və ona görə də mirasla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu barədə Notariat Ofisi tərəfindən ona xx xxxxxx 2020-ci il tarixli X- 56 saylı məktub verilmişdir. Hazırda mərhum valideynlərinin digər vərəsələri olan cavabdehlər mirasın onun adına rəsmiləşdirilməsinə razı deyillər. Həmin şəxslər vərəsə kimi bu barədə öz razılıqlarını bildirməsələr də, mirası indiyədək qəbul etməmişlər, bu barədə notariat ofisinə müraciət etməmişlər. Bununla da, artıq mərhum valideynlərinin vərəsələri arasında mübahisə vardır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda mərhum anasının adına olan sözügedən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən özünə düşən payın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Buna səbəb vərəsələr arasında olan ixtilaflar və onun uzun müddətdir ki, xəstə olması olmuşdur. Odur ki, həmin müddət uzadılmalı, həmçinin həmin mirasdan ona düşən pay ayrılıb ona verilməlidir. Vərəsəlik payı almaq istədiyi evdə uzun müddət yaşamamasına baxmayaraq, həmin ev onun vəsaiti hesabına təmir edilmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə predmeti olan Qusar rayonu, Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X16 Adıgözəl oğluna məxsus olmuşdur. Həmin evi mərhum X14 özü tikmişdir. X14 xx xxxxxx 1980-ci il tarixdə vəfat etmişdir. Həmin evə və torpaq sahəsinə dair hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Anası X8 isə xx xxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin vərəsələri olaraq o özü, bacıları Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı, X9, Cavabdeh3 və qardaşı Cavabdeh4 qalmışlar. Valideynlərinin vəfatından sonra sözügedən mias əmlakı ö özü faktiki olaraq qəbul etmiş, həmin əmlaklara sahiblik edərək əmlakları idarə etmişdir. İddiaçıdan başqa digər vərəsələr həmin əmlakdan heç bir pay istəmirlər. Bütün vərəsələr ayrılaraq getmiş və hərəsinin öz yaşayış yerləri vardır. O və ailəsi isə sözügedən fərdi yaşayış evinə qeydiyyatdadırlar. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı 1975-ci ildə ərə getmiş, həmin evdən qeydiyyatdan çıxmış, həmin evə yalnız arabir qonaq kimi gəlib-getmişdir. Həmin evdə iddiaçıya məxsus heç bir əmlak yoxdur. İddiaçının özünün Bakı şəhərində, həmçinin Qusar rayonunun Avaran Palasa kəndində də fərdi yaşayış evi vardır. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının iddiası tamamilə əsassızdır. Belə ki, 45 ildir ki, iddiaçı həmin evdən çıxmışdır. Həmçinin mübahisə predmeti olan mərhum valideynlərindən miras qalmış Qusar rayonu, Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini o, miras əmlakı kimi faktiki olaraq qəbul etmiş, həmin evdə öz ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. Atasının tikmiş olduğu həmin fərdi yaşayış evini o özü 1987-ci ildə yenidən təmir etmişdir. İddiaçının həmin evin təmirində heç bir iştirakı olmamışdır. Digər bacı vəqardaşları da atasının və anasının ölümündən sonra miras əmlakı qəbul etməmişlər və onlar iddiaçıya həmin əmlakdan pay verilməsinə razı deyillər. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisi məhkəməyə xx xxxxxx 2020-ci il tarixli X- 649 nömrəli məktub göndərərək mülki iş ilə bağlı keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədikləri üçün içə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmiş, həmçinin iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Cavabdehlər X9, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır. Belə ki, işdə olan AZ-İ № 372970 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Əskərov Seyfulla Adıgözəl oğlu X2 doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İV № 354218 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. X16 Adıgözəl oğlu, anası X5r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Əskərov Seyfulla Adıgözəl oğlu xx xxxxxx 1980-ci il tarixdə Qusar rayonunun Xürel kəndində ölmüşdür. Bu barədə xx xxxxxx 1980-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X8 xx xxxxxxx 2011-ci il tarixdə Qusar rayonunun Xürel kəndində ölmüşdür. Bu barədə xx xxxxxxx 2011-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 381 nömrəli Arayışdan görünür ki, xx xxxxxxx 2011-ci il tarixdə vəfat etmiş X3 vərəsələri olaraq 1956-cı il təvəllüdlü Cavabdeh1, 1958-ci il təvəllüdlü X4, 1961-cı il təvəllüdlü X9, 1965-ci il təvəllüdlü Cavabdeh3 və 1970-ci il təvəllüdlü Cavabdeh4 qalmışlar. İşdə olan Azərbaycan Respublikasının Milli X17 rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Məh.24, ev 2, mənzil 38 sakini İddiaçı verilmiş xx xxxxxx 2020-ci il tarixli 70 nömrəli Arxiv Arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Avaran kənd X11 İcraiyyə Komitəsinin 1974-1976-cı iləərin Xürəl kəndi üzrə 12 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 465 olan Əskərov Seyfullah Adıgözəl oğlunun təsərrüfatın şəxsi mülkiyyətində 1959-cu ildə tikilmiş yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində xx xxxx 1974-cü ildən 1976-cı ilin iyunun 1-nə kimi cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli x-56nömrəli cavab məktubundan görünür ki, mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün olmamışdır. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Qusar rayonu Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mərhum Əskərov Seyfulla Adıgözəl oğluna məxsus olmuş, Seyfulla Əskərov xx xxxxxx 1980-ci il tarixdə vəfat etdikdən sonra sözgedən əmlak mərhumun arvadı X3 adına keçmişdir. Nəqiyat Əskərova xx xxxxxxx 2011-ci il tarixdə vəfat etmiş və vərəsələri olaraq Cavabdeh1, Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı, X9, Cavabdeh3 və Cavabdeh4 qalmışlar. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı mərhum X8 vəfat etdiyi vaxtdan, yəni xx xxxxxxx 2011-ci il tarixdən ondan qalmış mirasın qəbul edilməsi ilə bağlı heç bir iradə ifadəsini bildirməmiş, bu barədə Notariar Ofisinə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmiş, həmçinin mirasın faktiki qəbul edilməsi istiqamətində heç bir hərəkətlər etməmişdir. Bundan əlavə iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı tərəfindən mərhum X8 vəfat etdiyi vaxtdan, yəni xx xxxxxxx 2011-ci il tarixdən indiyədək mirası hansı səbəblərdən qəbul etməməsi, qanunla müəyyən olunmuş müddəti ötürməsi əsaslandırılmamış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Ona görə də, məhkəmə hazırkı iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-594/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-594/2020
28.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver