Məhkəmə qərarları › İş №2(029)-595/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-595/2020

20.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-595/2020 20.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxslərə məxsus olması faktının tanınması haqqında ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxslərə məxsus olması faktının tanınması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda Torpaq İslahatları keçirilərkən Qusar rayon X12 xx xxx 2000-ci il tarixli 6/9 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə Qusar rayonu, Gedəzeyxur kəndi ərazisindən 0.10 hektar fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə onun soyadı səhvən “Hağverdiyev”, adı səhvən “Aqcabəy”, Ərizəçi3 soyadı səhvən “Hağverdiyev”, atasının adı isə səhvən “Dünyaməddi”, Ərizəçi2 soyadı səhvən “Hağverdiyev”, atasının adı səhvən “Ağabəy”, Ərizəçi4 soyadı səhvən “Hağverdiyev”, atasının adı səhvən “Ağabəy” kimi qeyd edilmişdir. Əslində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş həmin JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1, Ərizəçi3, X8 və Ərizəçi4 kimi qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Şəhadətnamədəki səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 ərizəni müdafiə edərək Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X13 xx xxx 2000-ci il tarixli 6/9 saylı qərarı ilə X2, X1, X4 və X5 mülkiyyətlərinə Qusar rayonu, Gedəzeyxur kəndi ərazisindən 0.10 hektar fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X21 tərəfindən Ərizəçi1 ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli **********65 saylı cavab məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X20 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 552 nömrəli xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X3 Koroğlu oğlu əvəzinə Ərizəçi1, X6 əvəzinə Ərizəçi3, X10 əvəzinə Vəlixanova (Haqverdiyeva) Laura Ağcabəy qızı və X9 əvəzinə Ərizəçi4 oxunmalıdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1960-cı il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Gedəzeyxur kəndi ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1964-cü il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Gedəzeyxur kəndi ünvanında qeydiyyatda olan Ərizəçi3 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1989-cu il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Gedəzeyxur kəndi ünvanında qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi4 məxsusdur. İşdə olan AZ-İ № 502258 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 arasında xx xxxxxxxx 2009-cu il tarixdə Qusar rayonu, Gedəzeyxur kənd İƏ üzrə nümayəndəliyində 22 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Vəlixanova soyadı verilmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-092F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar