Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-597/2020 04.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Muradxanova (Pirimova) Lida Şafiddin qızının, Ərizəçi3 və Ərizəçi4 Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçilər Muradxanova (Pirimova) Lida Şafiddin qızının, Salahova (Pirimova) Nurvirə Şafiddin qızının, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Muradxanova (Pirimova) Lida Şafiddin qızı, Salahova (Pirimova) Nurvirə Şafiddin qızı, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2”nın, “X5”nın, “X8”nın, “Ərizəçi3 Şəfiddin oğlu”nun və “X11”nın adlarına verilmiş JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Salahova (Pirimova) Nurvirə Şafiddin qızına, Ərizəçi4, Ərizəçi3 və Muradxanova (Pirimova) Lida Şafiddin qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Muradxanova (Pirimova) Lida Şafiddin qızı ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X9 xx xxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən onlara yəni, Maraqlı şəxs1, Maraqlı şəxs2, Salahova (Pirimova) Nurvirə Şafiddin qızına, Ərizəçi4, Ərizəçi3 və Muradxanova (Pirimova) Lida Şafiddin qızına ünvan 2i ərazisindən 6.78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunur. Həmin Dövlət Aktında onun atasının adı səhvən “Şəfiddin”, ərizəçi Salahova (Pirimova) Nurvirə Şafiddin qızının atasının adı səhvən “Şəfiddin”, Ərizəçi4 adı səhvən “Bəsidə”, atasının adı səhvən “Şəfiddin”, Ərizəçi3 atasının adı səhvən “Şəfiddin” kimi qeyd edilmişdir. Əslində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq Muradxanova (Pirimova) Lida Şafiddin qızı, Salahova (Pirimova) Nurvirə Şafiddin qızı, Ərizəçi4 və Ərizəçi3 kimi qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Dövlət Aktındakı səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə edib ərizəçi Muradxanova (Pirimova) Lida Şafiddin qızının izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizəçilər Muradxanova (Pirimova) Lida Şafiddin qızının, Ərizəçi3 və Ərizəçi4 izahatlarına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə ərizəçi Salahova (Pirimova) Nurvirə Şafiddin qızı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2 və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb ərizəçi Salahova (Pirimova) Nurvirə Şafiddin qızının, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X9 xx xxxx 1997-ci il tarixli 09 nömrəli qərarı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, X1, X3, Ərizəçi3 Şəfiddin oğlunun və X6 mülkiyyətinə Qusar rayonu Cibir kəndi ərazisindən 6.78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X21 tərəfindən Ərizəçi3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********9 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 222 nömrəli Arayışdan görünür ki, JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən atasının adı X5 qeyd edilmişdir, əslində şəxsiyyət vəsiqəsində olduğu Ərizəçi2 kimi, səhvən adı və atasının adı X8 qeyd edilmişdir, əslində şəxsiyyət vəsiqəsində olduğu Ərizəçi4 kimi, səhvən atasının adı Ərizəçi3 Şəfiddin oğlu qeyd edilmişdir əslində şəxsiyyət vəsiqəsində olduğu Ərizəçi3 kimi, səhvən atasının adı X11 qeyd edilmişdir əslində şəxsiyyət vəsiqəsində olduğu X2 yazılmalıdır. İşdə olan Vİİ-ЖГ № 392123 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X7 arasında xx xxx 2000-ci il tarixdə Suraxanı rayon VVAQ şöbəsində 176 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Salahova soyadı verilmişdir. İşdə olan AZ-İ № 261916 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X12 arasında xx xxxxxxxx 2006-cı il tarixdə Qusar rayon İHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyində 32 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Muradxanova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1982-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Cibir kəndi ünvanında qeydiyyatda olan Ərizəçi4 məxsusdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1983-cü il təvəllüdlü Ərizəçi3 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1985-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Piral kəndi ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. Məhkəmə ərizəçilər Muradxanova (Pirimova) Lida Şafiddin qızının, Ərizəçi3, Ərizəçi4 və Maraqlı şəxs1 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2”nın, “X5”nın, “X8”nın, “Ərizəçi3 Şəfiddin oğlu”nun və “X11”nın adlarına verilmiş JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Salahova (Pirimova) Nurvirə Şafiddin qızına, Ərizəçi4, Ərizəçi3 və Muradxanova (Pirimova) Lida Şafiddin qızına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2”nın, “X5”nın, “X8”nın, “Ərizəçi3 Şəfiddin oğlu”nun və “X11”nın adlarına verilmiş JN: 1xx xxx 30119028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Salahova (Pirimova) Nurvirə Şafiddin qızına, Ərizəçi4, Ərizəçi3 və Muradxanova (Pirimova) Lida Şafiddin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-597/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-597/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver