Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-598/2020 15.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x3rşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyənedilməsibarədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçimaraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x3rşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “x4”nun adına verilmiş JN:158 KOD 30106048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ona-yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçiərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən x1 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarına əsasən ona Qusar rayonu Köhnə Xudat Qazmalar kəndi ərazisindən 0,56 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ JN:158 KOD 30106048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiq edilmişdir. Həmin dövlət aktında soyadı səhvən “Xəmmədov” qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən sənəddə soyadı “Xamətov” kimi qeyd edilmişdir. Torpaq sahəsinə dair dövlət aktında da onun soyadı şəxsiyyətini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin dövlət aktında olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x6 müraciət etmiş, lakin JN:158 KOD 30106048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında soyadı səhvən “Xəmmədov” kimi qeyd edildiyi üçün həmin idarə ona həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:158 KOD 30106048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x5 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30106048 JN:158 saylı 10 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Qusar rayon x1 12 avqust 1999-cu il tarixli 10/4 nömrəli qərarı ilə Qusar rayonu Köhnə Xudat Qazmalar kəndində yerləşən 0.56 ha torpaq sahəsi x2 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2019-cu il tarixli 927 saylı arayışdan görünür ki, Qusar rayonu Köhnə Xudat Qazmalar kəndində yerləşən torpaq sahəsinə dair olan JN:158 KOD 30106048 saylı dövlət aktında qeyd olunmuş “x4” yazılışında bəzi hərf səhvləri mövcuddur. Həmin vətəndaşın adı, soyadı və atasının adı AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı “Mail”, soyadı “Xamətov”, ata adı “İkram oğlu”dur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçitərəfindən təqdim edilmiş Qusar rayonu Köhnə XudatQazmalar kəndində yerləşən 0.56 ha torpaq sahəsinə dair verilmiş KOD 30106048 JN:158 saylı 10 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o,qanunla müəyyən edilmiş qaydada sərəncamhüququnu həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Köhnə Xudat Qazmalar kəndində yerləşən 0.56 ha torpaq sahəsinə dair verilmiş dövlət aktında hüquq sahibi kimi göstərilmiş şəxs məhz Ərizəçidur.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Köhnə Xudat Qazmalar kəndində yerləşən 0.56 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30106048 JN:158 saylı 10 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-598/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-598/2020
15.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver