Məhkəmə qərarları › İş №2(029)-599/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-599/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-599/2025 01.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Evladova (Əlimuradova) Yasəmən Camal qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Evladova (Əlimuradova) Yasəmən Camal qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ona yəni, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Evladova (Əlimuradova) Yasəmən Camal qızına məxsus olması faktı müəyyən dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə Qusar rayonu Əniğ kəndində yaşayır. Qusar rayon Agrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/4 nömrəli qərarı ilə onun və ailəsinin mülkiyyətinə Qusar rayonu Əniğ ərazisindən 2.39 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X5 394 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır. KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edəndə Agrar İslahat Komissiyası tərəfindən səhvlərə yol verilmişdir. Belə ki, onun adı Elçin əvəzinə səhvən “Edik”, bacısının ata adı isə Camal əvəzinə səhvən “Cami” yazılmışdır. Agrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Qusar rayon Əniq kənd İnzibati Ərazi Dairəsi üzə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli saylı arayışla və digər sənədlərlə də təsdiqlənir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Komitəşnin şöbələrinin ləğv edildiyi üçün Dövlət Aktında buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinin xx.xx.2025- ci il tarixli 3-21-3-34/2-4911/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-4612/2025 saylı məktublarla KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərin adlarında yaranış uyğunsuzluğu aradan qaldırılması və düzəlişin həyata keçirilməsi idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd olunduğu kimi KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ona yəni, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Evladova (Əlimuradova) Yasəmən Camal qızına məxsus olması faktının müəyyən edilməsi 2.39 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Evladova (Əlimuradova) Yasəmən Camal qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30105018 JN-394 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/4 saylı qərarı ilə Qusar rayonu Əniğ kəndində yerləşən 2.39 ha torpaq sahəsi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X1 və Maraqlı şəxs4 Cami qızının xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan İ-TH 800440 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Maraqlı şəxs4 nikahları 09 aprel 2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Əlimuradova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30105018 JN-394 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və onun ilə üzvləri Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Evladova (Əlimuradova) Yasəmən Camal qızıdır. Lakin X5ında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Evladova (Əlimuradova) Yasəmən Camal qızına məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. KOD 30105018 JN-394 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Evladova (Əlimuradova) Yasəmən Camal qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar