Məhkəmə qərarları › İş №2(029)-603/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-603/2020

24.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-603/2020 24.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun və “Ərizəçi Ağasəf oğlu”nun adına verilmiş JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi və X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X7 xx xxxxxxx 1997-ci il tarixli 15/2 saylı qərarına əsasən onlara ünvan 2i ərazisindən 2.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunur. X5 xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun atasının adı səhvən “Ağasəf”, X2 ata adı isə səhvən “Heybət oğlu” kimi qeyd edilmişdir. Əslində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş həmin Dövlət Aktında onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi və X1 qeyd edilməlidir. Bu yaxınlarda o, həmin Dövlət Aktındakı səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X7 xx xxxxxxx 1997-ci il tarixli 15/2 saylı qərarı ilə “X4”nun və “Ərizəçi Ağasəf oğlu”nun mülkiyyətinə Qusar rayonu Qullar kəndi ərazisindən 2.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********57 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 278 nömrəli, xx xxx 2020-ci il tarixli Arayışdan görünür ki, Qusar rayon X7 1997-ci il 29 oktyabr tarixli 15/2 nömrəli qərarı ilə Ərizəçi verilmiş JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun və ailə üzvlərinin adları səhvən X4 və Ərizəçi Ağasəf oğlu yazılmışdır. Əslində isə X5 və Ərizəçi yazılmalıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X5 xx xxxx 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşdə olan Seriya AZE N 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1954-cü il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Qullar kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun və “Ərizəçi Ağasəf oğlu”nun adına verilmiş JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və X3 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun və “Ərizəçi Ağasəf oğlu”nun adına verilmiş JN: 00xx xxx 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar