Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-61/2021 01.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yolun açılması, hasarın sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yolun açılması, hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmuş xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedib-gəlmək üçün istifadə edilən yolun cavabdeh tərəfindən buraxılması və həmin yolda cavabdeh tərəfindən çəkilmiş hasarın cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar şəhəri ərazisində onun xüsusi mülkiyyətində olan 0.0345 hektar həyətyanı torpaq sahəsi vardır. Mülkiyyət hüququ Seriya RX ******* saylı 17 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi Cavabdeh evi və həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Artıq xeyri müddətdir ki, Cavabdeh ona məxsus torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun eni 10 metr, uzunluğu 41 metr olan hissəsini özbaşına tutmuş, həmin yeri qanunsuz hasarlamış, nəticədə onun öz mülkiyyətində olan torpaq sahəsinə getməyinə və torpaqdan təyinatı üzrə istifadə etməyinə əsassız maneçilik yaranmışdır. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək zəbt etdiyi yolu buraxmasını və özbaşına tikdiyi hasarı sökməsini tələb etsə də, cavabdeh bundan imtina edərək yolu buraxmayacağını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh yaşayış məntəqəsinin tərkibinə daxil olan, ümumi istifadə üçün nəzərdə tutulmuş, ona məxsus torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yolu qeyri-qanuni şəkildə tutmaqla onun həmin yoldan istifadə hüququ, eləcə də özünə məxsus həyətyanı torpaq sahəsinə sərbəst şəkildə gedib-gəlmək hüququ pozulmuşdur. Odur ki, hesab edir ki, onun həmin hüquqları bərpa edilməli, cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmuş yol buraxılmalı və orada olan hasar cavabdehin öz hesabına sökülməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatları müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ona qarşı qaldırmış olduğu hazırkı iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçının tələb etdiyi torpaq sahəsi özünə məxsusdur. AN-İ N ******* nömrəli, 13 oktyabr 2012-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 68.6 kv.metr olan fərdi yaşayış evini 28000 (iyirmi səkkiz min) manat almışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, 26 fevral 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Həmçinin üzərində yerləşən fərdi yaşayış evinə dair onun adına 26 fevral 2014-cü il tarixli, 567 inventar nömrəli fərdi yaşayış evinin Texniki Pasportu da tərtib olunmuşdur. O, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutlmuş yolu tutmamış, həmçinin həmin yolda hasar tikməmişdir. Bu hal iş üzrə keçirilmiş və məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə də təsdiq olunur. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 17.09.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən **********21 reyestr nömrəli 0.0345 ha torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan A № 305636 saylı 14.09.2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Qusar şəhərində yerləşən reyestr nömrəsi **********21 olan 0.0345 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. İşdə olan AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 10.10.2012-ci il tarixdə verilmiş 8/616 nömrəli arayışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini və mərtəbəliyi 1, yaşayış otaqlarının sayı 3, ümumi sahəsi 68.6 kv.m, yaşayış sahəsi 45.0 kv.m yardımçı sahəsi 23.6 kv.m olan fərdi yaşayış evini 28000 (iyirmi səkkiz min) manata Cavabdeh satmışdır. İşdə olan Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 26.02.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən **********91-10301 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 72.6 kv.metr olan fərdi yaşayış evi Cavabdeh məxsusdur. İşdə olan Reyestr nömrəsi **********91-10301, inventar nömrəsi 567 olan Texniki Pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh məxsusdur. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-1384/2017 saylı 03 noyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X2 və Lutfiye Mimişevanın iddiaçı X4 məxsus olan ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilmiş, X6 və Lutfiye X1 məxsus olan ünvan 3 ünvanda yerləşən evdən çıxarılmışlar. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-765/2019 sayl 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Lütfiye Mimişevadan 6000 (altı min) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 31 may 2021-ci il tarixli C-58 saylı mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* nömrəli, 17 sentyabr 2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmamışdır. İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Gediş-gəliş yolu üzərində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 10/2138 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Seriya RX ******* nömrəli, 17 sentyabr 2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmamışdır. İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Gediş-gəliş yolu üzərində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 iyun 2021ci il tarixli **********59 saylı məktubuna əlavə olunmuş smetadan görünür ki, 31 may 2021ci il tarixli C-58 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri cəmi 311.00 (üç yüz on bir) manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli 10/2138 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 31 may 2021-ci il tarixli C-58 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 10/2138 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 17.09.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmamışdır. İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Gediş-gəliş yolu üzərində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. Həmçinin yuxarıda göstərilən məhkəmə qətnamələri ilə də bir daha təsdiq olunur ki, mübahisəli torpaq sahəsi Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ – subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məсəllənin 152.5-сi maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məсəllənin 157.2-сi maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məсəllənin 157.4-сü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedib-gəlmək üçün istifadə edilən yolun cavabdeh tərəfindən buraxılması və həmin yolda cavabdeh tərəfindən çəkilmiş hasarın onun öz hesabına sökülməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə tikinti texniki və torpaqşünaslıq ekspertizası iddiaçı tərəfin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qusar şəhəri ərazidində yerləşən 0.0345 ha həyətyanı torpaq sahəsinə gedib-gəlmək üçün istifadə edilən yolun Cavabdeh Bahəddin oğlu tərəfindən buraxılması və həmin yolda cavabdeh tərəfindən çəkilmiş hasarın onun öz hesabına sökülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-61/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-61/2021
01.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver