Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-612/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X3 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsinə və ona əsassız hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borcun silinməsinə və həmin borcun 100 (bir yüz) manatadək azaldılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh «Cavabdeh» X3 X5 X6 İstismarı Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. xx xxxxxx 2018-ci il tarixdə X7 Sahəsinin əməkdaşları ona məxsus həmin fərdi yaşayış evinə gəlib evə gedən qaz xəttinə qanunsuz müdaxilələr edilməsi, rezin boru ilə qazın oğurlanması barədə yerində xx xxxxxx 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. X7 Sahsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ******* saylı akta əsasən cavabdeh «Cavabdeh» X3 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2018-ci il tarixli komissiya qərarı qəbul edilmişdir. Həmin qərara əsasən onlar tərəfindən guya qazın oğurlanması nəticəsində cavabdeh tərəf 9720 kubmetr qaz itirmiş və cavabdehə 972 (doqquz yüz yetmiş iki) manat ziyan dəymişdir. Onlar evdə isti suya görə əlavə olaraq rezin boru ilə xətt çəkərək cəmi 2 gün təbii qazdan qanunsuz istifadə etmişlər və buna görə də 100 (bir yüz) manat məbləğində cərimə olunmuşlar. Lakin cavabdeh tərəfindən 972 (doqquz yüz yetmiş iki) manat borc məbləği ona əsassız olaraq hesablanmışdır. Həmin məbləğ guya onun tərəfindən 6 ay müddətinə oğurlanmış 9720 kubmetr qazın dəyəri olaraq hesablanmışdır. Onların ailəsi evdə yay aylarında hər ay 3-4 manatlıq, qış aylarında isə 30-40 manatlıq təbii qazdan istifadə edir. Ona görə də cavabdeh tərəfindən hesablanmış dəymiş ziyanın məbləği yüksəkdir və əsassızdır. Cavabdeh «Cavabdeh» X3 X5 İdarəsi tərəfindən itirlmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2018-ci il tarixli komissiya qərarı ləğv edilməli və ona əsassız hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borc silinərək həmin borc 100 (bir yüz) manatadək azaldılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, «Cavabdeh» X3 X5 X6 İstismarı Sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tam qanunidir. Belə ki, həqiqətən də araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 saylı ünvanda yaşayan İddiaçı istifadəsində olan qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və bu barədə xx xxxxxx 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən istifadəsində olan qaz cihazlarının sayına görə hesabat aparılmış və iddiaçıya itirlmiş qazın həcmi 9720 kubmetr müəyyən edilmiş və 972 (doqquz yüz yetmiş iki) manat borc hesablanmışdır. Həmin borc mövcud qaydalar əsasında hesablanmış və borc hesablanarkən qanunvericiliyin, eləcə də iddiaçının heç bir hüquqları pozulmamışdır. Əksinə, iddiaçı qazdan istifadə qaydalarını pozmuş və nəticədə xeyli miqdarda, yəni 9720 kub.metr qazı israf etmişdir. Odur ki, iddia tam qanunsuz və əsassızdır, bu səbəbdən də rədd edilməlidir. Qeyd olunanlara əsasən iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 2 saylı evdə yaşayır. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, sayğacdan kənar rezin boru ilə qazdan istifadə olunduğu aşkar olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan «Cavabdeh» X3 X5 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 9720 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli 1815 nömrəli Arayışdan görünür ki, Qusar şəhəri, N.Həbibov küçəsi 71 saylı evdə hal-hazırda heç kim yaşamır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı öz yaşadığı evdə sayğacdan kənar rezin boru ilə əlavə qaz xətti çəkərə təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdeh tərəfə 972 (doqquz yüz yetmiş iki) manat məbləğində ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-612/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-612/2020
13.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver