Məhkəmə qərarları › İş №2(029)-617/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-617/2023

12.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-617/2023 12.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X4, onun etibarnamə üzrə nümayəndəsi X2 və iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi X2 Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi X2 Cavabdeh, qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində kompensasiya verilməklə onun və X5 ona məxsus Qusar rayonu Gican palasa kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh və X5 həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf məhkəmənin kompensasiyanın məbləğinin artırılması təklif məsələsinə müsbət yanaşaraq kompensasiyanın məbləğini artıraraq 3500 manat məbləğində təklif etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Gican kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin 2/3 hissəsi xüsusi mülkiyyət hüququ üzrə onun, 1/3 hissəsi isə oğlu X7 adına, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Təxminən 19 il bundan əvvəl Cavabdeh ilə resmi-rəsmi nikaha daxil olmuş, aralarında rəsmi nikah bağlanmamışdır. Cavabdeh onun xx.xx.2005-ci il təvəllüdlü Tamazan və xx.xx.2006-cı il təvəllüdlü Elmira adlı iki övladı anadan olmuşdur. Cavabdeh onun ikinci dəfə evləndiyi şəxsdir, onun əvvəllər başqa qadınla nikahı olmuş, həmin nikahdan onun Boris adlı bir övladı da vardır. Yuxarıda qeyd etdiyi torpaq sahəsinin 1/3 hissəsi də məhz həmin oğlunun mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi fərdi yaşayış evi onun ata yurdudur, əvvəllər mərhum atası X8 məxsus olmuş, atası Tamazan Tamazanov xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bundan sonra ona məxsus fərdi yaşayış evi və torpaq sahəsi vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Artıq uzun müddətdir ki, Cavabdeh onunla yola getmir, səbəbsiz yerə mübahisələr edir, qızı Elmira ilə birləşərək onu döyürlər, evdə yaşamağına imkan vermirlər. Dəfələrlə onu öz mülkiyyətində olan evdən qovmaqla hədələyirlər. Cavabdeh onun atası və anası ilə də yola getməmiş, mütəmadi olaraq onları da incitmiş, həmin şəxslərin vəfat etməsinin əsas səbəbi də məhz Təranə olmuşdur. Hələ 2006-cı ildə Cavabdeh onun valideynlərində yola getmədiyinə görə atası Tamazan Tamazanov tərəfindən Cavabdeh və onu uşaqları ilə birlikdə evdən çıxarmış, bələdiyyədən Təranənin adına 0.12 ha torpaq sahəsi almış və orada ev tikərək onları oraya köçürmüşdür. Lakin, sonradan atası öz nəvələri başqa evdə yaşamasınlar deyə, Cavabdeh uşaqları ilə birlikdə yenidən özünün evinə qaytarmışdır. Hazırda Cavabdeh Qusar rayonu Gican palasa kəndində ayrıca təsərrüfatı olmaqla torpaq sahəsi və fərdi evi vardır. Lakin, həmin evdə deyil, onun ata yurdunda yaşayır, həmin evə sahiblənmək, onu isə evdən çıxarmaq istəyir. Bundan başqa, Cavabdeh onun heç bir qardaşını və bacısını, o cümlədən digər qoyumlarını, əvvəlki nikahdan olan Boris adlı oğlunu həmin evə gəlməməyə qoymur, gələndə mübahisələr yaradır. Hətta, oğlu Tamazan da, öz anasının bu hərəkətlərinə dözməyərək evdən çıxıb getmiş, hazırda Bakıda yaşayır, anasına görə evə qayıtmaq istəmir. Bununla da, Cavabdeh qızı Elmira ilə birlikdə onun mülkiyyətçi hüquqlarını kobud şəkildə pozurlar, birgəyaşayış qaydalarına əməl etmirlər. Bu səbəbdən də, o, özünün mülkiyyətində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun müdafiə olunması, cavabdeh, o cümlədən qızı Elmira tərəfindən mülkiyyətinə edilən qəsdə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ilə onların aralarında yuxarıda göstərilən evdən istifadə hüququna və həmin hüquqa xitam verilməsinə dair hər hansı razılaşma yoxdur, həmin şəxslə nikahı yoxdur, onunla aralarında hər hansı ailə münasibətləri də yoxdur, həmin şəxs onun ailə üzvü deyil. Cavabdeh ona məxsus Qusar rayonu Gican palasa kəndində qeydiyyatda olsa da, onun özünün adına ayrıca təsərrüfat, təsərrüfatın tərkibində həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Bununla belə o, həmin şəxsin ona məxsus evdən çıxarılması üçün ona kompensasiya verilməsinə razıdır, çünki Cavabdeh, onun iki övladının anasıdır. Bu səbəbdən də ona müvafiq kompensasiya verilməsi yolu ilə onun istifadə hüququna xitam verilməli, həmin şəxs ona məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli arayışa əsasən Qusar rayonu Gican palasa kəndində yerləşməklə mülkiyyətində olan evin real bazar dəyəri 22000 manat təşkil edir, həmin ev köhnə tikili olmaqla şəraiti aşağı səviyyədədir. Yaşadığı kəndin aid olduğu Qusar rayonu Quxuroba lədiyyəsi tərəfindən verilmiş arayışa əsasın Gican palasa kəndində ona məxsus evə oxşar bir evin aylıq kirayə haqqı 60-70 manat təşkil edir. Yəni, cavabdeh ayda 70 manat ödəməklə onun evinə oxşar bir evdə qızı Elmira ilə birlikdə normal şəkildə yaşaya bilər. Bundan başqa, onun kirayədə yaşamasına ehtiyac yoxdur, çünki öz evi var. O, mülkiyyətçi kimi Cavabdeh evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması üçün onun qızıElmira Tamazanova ilə birlikdə kirayədə yaşayacağı evin 3 ildən artıq müddətə kirayə haqqını, yəni 3000 manat məbləğində kompensasiya verilməsinə razıdır. Məhkəmə eyni zamanda cavabdehin özünün ayrıca fərdi yaşayış evinin olduğunu da nəzərə almalıdır. Məhkəmə iclasında iddiaçı X10 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, o, cavabdeh ilə 2006-ci ildə ailə həyatı qurmuş, ailə qurduqdan bir iki aydan sonra cavabdeh ona qarşı nalayiq hərəkətlər etməyə başlamışdır. Sonradan ailə münasibətləri pozulduğu üçün ayrılmışdır.Gec ayrılmağının da səbəbi valideynləri olub, valideynləri ailənin dağılmasını istəmirdilər. 3-4 ildir ki, o, evin birinci mərtəbəsində, cavabdeh qızı ilə evin ikinci mərtəbəsinə yaşayır. Həminev əvvəllər atasına məxsus olub. Hal-hazırda ev onun mülkiyyətindədir. Ev iki mərtəbəlidir, dörd otaqdır, orta təmirlidir. Cavabdehin pay torpağı var, atası əvvəllər onlara ayrı ev tikib vermişdir, onlar həmin evə çıxartmışdır ki, bəlkə ayrı evdə yola gedərlər. Orada da cavabdeh onunla yola getməmişdir. Cavabdeh onu nalayiq ifadələrlə təhqir edir.Ev hazırda cavabdehin istifadəsindədir. Onların kəndində kənardan gəlib 50-60 manata kirayə qalanlar var. Məhkəmə iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları və iddiaçının izahatını təsdiqləyərək izahatında göstərmişdir ki, cavabdeh qardaşını, iddiaçının oğlunu və onları ata evindən məhrum edib, onları həmin evə getməyə qoymur. Məhkəmə iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsivə vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2- cimaddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyatakeçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Cavabdehin qızı da iddiaçı ilə yola getmir. Ailə münaqişəli ailədir. Yuxarıda qeyd olunanlrı nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olanxx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Gican palasakənd ünvanında yerləşən 0.25 ha torpaq sahəsi 1/3 hissədə X7, 2/3 hissədə Tamazanov İlyasın həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 80 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam hissədə Tamazanov İlyasa məxsusdur. İşdə olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/21712 saylı arayışdan görünür ki, X6 məxsus Qusar rayonu Gicanpalasakəndi ünvanında yerləşən ümumi sahəsi 80 kv/metr olan fərdi yaşayış evinin bazar dəyəri 22000 (iyirmi iki min) manat təşkil edir. İşdə olan Qusar rayonu Quxuroba Bələdiyyəsindən verilmiş xx.xx.2023-cü il tarixli 29 saylı arayışdan görünür ki, Gicanoba kənd ərazisində olan evlərin aylıq kirayə qiymətləri təxmini olaraq 60-70 manatdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2006-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası X14oviç, anası Cavabdeh Molababa qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-cimaddəsinəəsasənmülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dizpozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehlərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. İş materiallarından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçı İlyas Tamazanovaməxsusdur.Cavabdeh iddiaçının ailə üzvü deyil, onunla nikahı yoxdur və bununla da, aralarında ailə hüquq münasibətləri mövcud deyil. Odur ki, həmin şəxsin iddiaçıya məxsus fərdi yaşayış evinə dair ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ yoxdur. O cümlədən həmin şəxslə iddiaçı arasında evə dair istifadə hüququ ilə bağlı hər hansı notarial razılaşma da mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinə dair istifadə hüququ yoxdur. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı İlyas Tamazanovun və Cavabdeh ümumi uşaqları olan Elmira Tamazanovanın həmin evə dair istifadə hüququ vardır. Belə ki, həmin şəxs iddiaçının qızı olmaqla onun ailə üzvüdür və həmin şəxsin ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ mövcuddur. Həmin şəxs yetkinlik yaşına çatmayan şəxsdir və iddiaçı Təranə Mollabayeva ilə birlikdə həmin şəxsin də evdən çıxarılmasını tələb edir. həmçinin, iddiaçı qızı Elmira Tamazanovanın mənafeyi nəzərə alınmaqla cavabdehə kompensasiya verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 49.3, 49.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur; On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan Hüquqlarının vəƏsas X3 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, Qusar rayonu Gicanpalasa kəndində yerləşən fərdi yaşayış evixx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə iddiaçı İlyas Tamazanovunadına qeydiyyata alınmışdır. Cavabdeh Təranə Mollabayevanın qızı, yetkinlik yaşına çatmayan Elmira Tamazanovanınhəmin evə dair istifadə hüququ vardır. İddiaçı mülkiyyətində olan evdə cavabdehlə və qızı Elmira Tamazanova ilə birlikdə yaşamasının mümkünsüz olduğunu bildirmişdir. Odur ki, iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və iddianın hüquqi əsası ilə işin faktiki halları uzlaşmaqdadır. Məhkəmə İlyas Tamazanovun özünə məxsus Qusar rayonu Gicanpalasa kəndində yerləşən fərdi yaşayış evinədair cavabdehin və Elmira Tamazanovanın istifadə hüquqlarına 3500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin şəxslərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan ev köhnə tikili olmaqla dəyəri təxminən 22000 manat təşkil edir, Qusar rayonu Gicanpalasa kəndində həmin ölçüdə və şəraitdə olan evlərin kirayə haqları 60-70 manat təşkil edir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdehvə X5 X6 məxsus Qusar rayonu Gican palasa kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, həmin şəxslər iddiaçıya məxsus evdən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdeh və X5 X6 məxsus Qusar rayonu Gican palasa kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin, Cavabdeh və X1 İlyas Tamazan oğluna məxsus həmin evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar