Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-628/2020 03.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Tərcüməçi X9 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Qusar şəhərində Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı ünvanda yerləşən 0.04 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X1 ¼ hissə payının onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, ünvan 3 saylı ünvanda yerləşən 0.04 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X1 ¼ hissə payına onun vərəsəlik hüququ tanınmaqla miras payının ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 3 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun qaynatası, yəni əri X1 atası X17 məxsus olmuşdur. Həmin şəxsin mülkiyyət hüququ xx xxxxxx 2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. O, xx xxxxxxxx 1989-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə X11 ilə evlənmiş və həmin vaxtdan ünvan 3 saylı ünvanda yaşamışdır. Zeydulla Yaraliyevlə nikahlarından 4 uşaqları anadan olmuş, uşaqlar hamısı yetkinlik yaşlarına çatmışlar. Qaynatası X22 xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Qaynatası vəfat etdikdən sonra miras kütləsinə daxil olan ünvan 3 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhumun birinci dərəcəli vərəsələri olaraq arvadı və uşaqları, o cümlədən onun əri X1 aralarında bölüşdürülmüş və hər birinin miras payı ¼ hissə müəyyən edilmişdir. Bu barədə Qusar rayon Notariat Kontoru tərəfindən xx xxx 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X44 öz atasında qalmış mirasdan özünə çatası payı qəbul etdikdən sonra xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum əru Zeydulla Yaraliyev vəfat etdikdən sonra qaynanası Cavabdeh Əizağa qızı onunla yola getməmiş, mübahisə etməyə başlamış və o, məcburən həmin evdən çıxmalı olmuşdur. Hazırda o, başqa ünvanda yaşayır, lakin bununla belə mütəmadi olaraq həmin evə gedib-gəlir və orada qeydiyyatdadır. Hal-hazırda qaynanası Cavabdeh mərhum ərinin miras payından ona düşən payı vermək istəmir. 2020-ci ilin may ayında o, mərhum ərinin həmin evə və torpaq sahəsinə dair olan ¼ hissə payını miras kimi qəbul etmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin ona orada bildirmişdilər ki, X1 mirasını faktiki qəbul etmiş digər varis öz payına münasibətini bildirmədiyindən pay bölgüsünün aparılması mümkün olmamışdır. Mərhum əri ilə birgə nikahlarından anadan olmuş uşaqları mərhum X44dən miras qalmış payı qəbul etməmişlər və bu barədə uşaqları ilə aralarında heç bir mübahisə yoxdur. Bu səbəbdən də, pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Onun tərəfindən mirasın qəbul edilməsi müddəti ona görə ötürülmüşdür ki, qaynanası mirasla bağlı mübahisə yaratmış və mirasın bölüşdürülməsinə mane olmuşdur. O, bir müddət mərhum X44 ilə həmin evdə yaşamış, hal-hazırda həmin evdə yaşamasa da, həmin evə gedib-gəlir və mərhum ərinə düşən payın idarə edilməsində iştirak edir. Ona görə də, hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin səbəbləri üzürlü sayılaraq həmin müddət uzadılmalıdır. Həmçinin, X1 həmin evə və torpaq sahsinə dair ¼ hissə müəyyən edilmiş payına dair vərəsəlik hüququ tanınmalı və həmin mirasdan payı ayrılıb ona verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun oğlu X1 həyat yoldaşıdır. X40 xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı onun oğlu Zeydulla Yarəliyev ilə evləndikdən sonra cəmi 1 il hazırda ona məxsus olan Qusar şəhəri, H.Aslanov küçəsi, 8 saylı ünvandakı fərdi evdə yaşamışlar. Daha sonra isə iddiaçı əri ilə birlikdə onlardan ayrılmış və başqa yerdə yaşamağa başlamışdır. İddiaçının uşaqları da ona məxsus olan evdə doğulmamışlar. Sözügedən Qusar şəhəri, H.Aslanov küçəsi, 8 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun mərhum əri X12 xüsusi mülkiyyətində olmuşdur. X48 xx xxx 2010-cu il tarixdə vəfat etmiş və miras kütləsinə daxil olan Qusar şəhəri, H.Aslanov küçəsi, 8 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi birinci dərəcəli vərəsələr olaraq onun, mərhum oğlu iddiaçının əri X1, X3 və X2 mülkiyyətlərinə keçmişdir. İddiaçı həmin evdə qeydiyyatda qalsa da, həmin evdə yaşamır, onun özünün 7 uşağı var və torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi öz uşaqlarının arasında bölüşdürlməlidir. Bundan da əlavə İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisi məhkəməyə xx xxxxxx 2020-ci il tarixli X- 682 nömrəli məktub göndərərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədikləri üçün işə nümayəndəsiin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə üçüncü şəxs Qusar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan АЗ № 240848 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxx 1962-ci il tarixdə anadan olmuşdur. Atası X23, anası X4r. İşdə olan V-ЖГ № 312431 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X36 arasında xx xxxxxxxx 1989-cu il tarixdə 47 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Yarəliyeva soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 3995 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 3 saylı evdə qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1970-ci il tarixdə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş İddiaçı hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İ № 450430 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxxxxxxx 2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2011-ci il tarixdə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2008-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, Həzi Aslanov küçəsində X12 mülkiyyətində olan 0.04 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 30.6 kv.metr yaşayış, 81.1 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrindən 3 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AN-İ № ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxx 2011-ci il tarixli, 2V/01-18 reyestr nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş MH 0015195, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********90-10301 olan Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1965-ci ildə tikilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 111.7 kv.metr, yaşayış sahəsi 30.6 kv.metr, yardımçı sahəsi 81.1 kv.metr olan fərdi yaşayış evi Cavabdeh ¼ hissə, X10 ¼ hissə, X5 ¼ hissə, X6 ¼ hissədən ibarətdir. İşdə olan 2/857 nömrəli, xx xxxxx 2011-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surtindən görünür ki, Qusar şəhəri, Həzi Aslanov küçəsi, 8 ünvanında yerləşən **********90-10301 reyestr nömrəli 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh ¼ hissə, X7 ¼ hissə, X10 ¼ hissə və X5 ¼ hissə məxsusdur. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli, 2705 nömrəli Arayışın surətindən görünür ki, xx xxx 2010cu il tarixdə vəfat etmiş mərhum X22 vəfat etdiyi günədək Qusar şəhəri H.Aslanov küçəsi 8 saylı evdə yaşamışdır və vəfatından sonra vərəsələri olaraq həyat yoldaşı Cavabdeh, 1962-ci il təvəllüdlü X13, 1964-cü il təvəllüdlü X14, 1968-ci il təvəllüdlü X18 və 1970-ci il təvəllüdlü X24 qalmışlar. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 850 nömrəli Arayışdan görünür ki, X22 vəfat etdiyi günədək Qusar şəhəri H.Aslanov küçəsi 8 saylı evdə yaşamışdır və vəfatından sonra vərəsələri olaraq həyat yoldaşı Cavabdeh, 1958-ci il təvəllüdlü X15, xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmiş X16,1960-cı il təvəllüdlü X19, 1964-cü il təvəllüdlü X14, 1968ci il təvəllüdlü X20, 1970-ci il təvəllüdlü X25, 1976-cı il təvəllüdlü X21 qalmışlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar raayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli X-394 nömrəli cavab məktubundan görünür ki, X8 mirasını faktiki qəbul etmiş digər varisin öz payına dair münasibətini bildirmədiyi üçün pay bölgüsünün aparılması mümkün olmamışdır. Bu səbəbdən pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X17 məxsus olmuşdur. X22 xx xxx 2010-cu il tarixdə ölmüş və həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx xxx 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən hər birinin payı ¼ hissə olmaqla mərhumun birinci dərəcəli vərəsələri arvadı Cavabdeh, X1, X3 və X2 mülkiyyətinə keçmiş və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx xxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Mülkiyyətçilərdən İddiaçı əri X11 xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum əri X1 miras kütləsinə daxil olan payın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Bununla belə İddiaçı mərhum əri ilə bir müddət həmin evdə yaşamış və həmin evdə qeydiyyatdadır, lakin özünün iradəsindən asılı olmayan səbəblərə görə, yəni Cavabdeh maneçiliklərinə görə həmin evdə yaşaya bilməmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötrürülməsinin səbəblərini üzürlü sayaraq uzadılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və iddiaçının həmin mirasa dair vərəsəlik hüququ tanınmaqla miras payı ayrılaraq ona verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirə bilmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Mərhum X1 miras kütləsinə daxil olan ünvan 7 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsinin və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evinin ¼ hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququ tanınmaqla miras payı ayrılaraq iddiaçıya verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-628/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-628/2020
03.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver