Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-629/2020 17.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs3 nümayəndəsi və Maraqlı şəxs1 Maraqlı şəxslər Maraqlı şəxs2, X1 və Maraqlı şəxs5 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2 Bəybala qızı”nın, “Maraqlı şəxs3”nun, “Maraqlı şəxs4”nın, “Maraqlı şəxs5”nın və “X8”nın adlarına verilmiş JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X6 xx xxxxxxx 1998-ci il tarixli 17/3 saylı qərarına əsasən onlara, yəni Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X1 və Maraqlı şəxs5 mülkiyyətlərinə Qusar rayonu, Hil kəndi ərazisindən 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. Həmin Şəhadətnamədə onun adı səhvən “Sevda”, atasının adı isə səhvən “Emma” kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə onun adı “Seda”, atasının adı isə “Elmar” kimi qeyd edilmişdir. Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı və ata adı şəxsiyyətini təsdiq edən ənədə uyğun qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Şəhadətnamədəki səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs3 nümayəndəsi və Maraqlı şəxs1 və maraqlı şəxslər Maraqlı şəxs2, X3 və Maraqlı şəxs5 Ərizəçi izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb ərizəçi X4, Həsənova (Ağakişiyeva) Xanum Yaqub qızının və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X6 xx xxxxxxx 1998ci il tarixli 17/3 nömrəli qərarı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2 Bəybala qızının, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X7 mülkiyyətinə Qusar rayonu Hil kəndi ərazisindən 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********98 nömrəli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 nömrəli, xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, ünvan 3ində yerləşən həyətyanı torpaq sahəsinə verilmiş JN-1182F nömrəli torpaın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yazılmış hüquqi şəxsin adı və atasının adı Sevda Emma qızı səhvən yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 2001-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Hil-Oba kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1936-cı il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Hil kəndi ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 məxsusdur. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxx 1986-cı il təvəllüdlü Maraqlı şəxs5 məxsusdur. İşdə olan Seriya AZE № 13430074 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1975-ci il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Hil kəndi ünvanında qeydiyyatda olan X2 məxsusdur. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxx 1947-ci il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Hil kəndi ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 məxsusdur. Məhkəmə Ərizəçi, Maraqlı şəxs3 nümayəndəsi və Maraqlı şəxs1, Maraqlı şəxslər Maraqlı şəxs2, X1 və Maraqlı şəxs5 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2 Bəybala qızı”nın, “Maraqlı şəxs3”nun, “Maraqlı şəxs4”nın, “Maraqlı şəxs5”nın və “X8”nın adlarına verilmiş JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2 Bəybala qızı”nın, “Maraqlı şəxs3”nun, “Maraqlı şəxs4”nın, “Maraqlı şəxs5”nın və “X8”nın adlarına verilmiş JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-629/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-629/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver