Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-632/2020 23.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin (KOD 30107038 JN: 0062 saylı Dövlət Aktının, KOD 30107038 JN: 093A saylı Şəhadətnamənin) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi nümayəndəsi Nümayəndə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin (KOD 30107038 JN: 0062 saylı Dövlət Aktının, KOD 30107038 JN: 093A saylı Şəhadətnamənin) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Aşur oğluna, X3 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1999-cu il tarixdə nikahı rəsmi qeyd etdirərək Dövlətxanov Valeh Zülfüqar oğlu ilə ailə qurmuş, nikah bağlandıqdan sonra Dövlətxanova soyadını qəbul etmişdir. Qusar rayon X12 xx xxxxxxx 1997-ci il tarixli 15/1 nömrəli qərarı ilə onun, X14 və X2 müıliyyətlərinə 1.60 hektar kənd təsərrüfatı təyinatlı və 0.18 hektar həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. Həmin Dövlət Aktında və X16 Komissiyası tərəfindən bir sıra səhvlərə yol verilmişdir. Belə ki, Şəhadətnamədə və Dövlət Aktında X14 atasının adı səhvən “Haşur”, X2 adı Şəhadətnamədə səhvən “Rəşməxasnım”, Dövlət Aktında isə “Rəşidəxanım” yazılmışdır. Atası X19 xx xxxxx 2014cü il tarixdə, anası X6 isə xx xxxx 2018-ci il tarixdə vəfat etmişlər. JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış səhvlərin düzəldilməsi üçün o, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X12 xx xxxxxxx 1997-ci il tarixli 15/1 saylı qərarı ilə X14, Novruzova Rəşidəxanımın və X7 mülkiyyətlərinə Qusar rayonu Gündüzqala kəndi ərazisindən 1.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X12 xx xxxxxxx 1997-ci il tarixli 15/1 saylı qərarı ilə X14, X1 və X7 mülkiyyətlərinə ünvan 2i ərazisindən 0.18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 tərəfindən Nümayəndə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli **********34 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 tərəfindən Nümayəndə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********86 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 986 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X9 əvəzinə X6 oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1093 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X10 Haşur oğlu əvəzinə X19, X5 əvəzinə X6 oxunmalıdır. İşdə olan АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə xx xxxx 1970-ci il tarixdə anadan olmuşdur. Atası X19, anası X4r. İşdə olan V-ЖГ № 445365 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxxxx 1978-ci il tarixdə anadan olmuşdur. Atası X19, anası X4r. İşdə olan AZ-İ № 651714 nömrəli ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx xxxxx 2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 2014-cü il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ № 896646 nömrəli ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxx 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İşdə olan Vİ- ЖГ № 450347 nömrəli nikahın bağlanması haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Dövlətxanov Valeh Zülfüqar oğlu ilə X11 arasında xx xxxx 1999-cu il tarixdə Qusar rayon Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 3 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlanandan sonra qadına Dövlətxanova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1978-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Gündüzqala kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Aşur oğluna, X3 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN:00xx xxx 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN: 093A KOD 30107038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Aşur oğluna, X3 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-632/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-632/2020
23.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver