Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-646/2025 02.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 dekabr 1999-cu il tarixli, JN:0215 nömrəli (KOD ********) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Agrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli, 154/03 nömrəli qərarı ilə ona və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qusar rayonu, Gedəzeyxur kəndi ərazisində yerləşən 2.33 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınan xx.xx.2025-ci il tarixli,3-21 -3-34/2-3529/2025 cavab məktubunda qeyd olunur ki, şəxsiyyəti təsdiq edən sənədlərdə hüquq sahiblərinin adları “Ərizəçi2, Ərizəçi1 göstərildiyi halda JN-0215 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nda isə hüquq sahiblərinin adları “X9, X11” kimi göstərilmişdir və bu səbəbdən də çıxarışın verilməsi mümkün olmadığını bildirmişdir. Hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmçinin AR Qusar RİH-nin Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən 07 fevral 2025-ci il tarixli,5-63-22/2-R-125-8-122/2025 saylı arayışda JN-0215 nömrəli (KƏD-********) seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən olaraq; “X9, X11” kimi göstərilmişdir. Əslində isə hüquq sahiblərinin adları “Ərizəçi2 və Ərizəçi1 kimi yazılmalı və oxunmalı olduğunu qeyd etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçilər məhkəmə iclasına gəlməmiş, Ərizəçi1 məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30107018 JN-0215 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.33 ha torpaq sahəsi X1, X2, X3, X5, X4 və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 17 fevral 2025-ci il tarixli 5-63-22/2-R-125-8-122/2025 saylı arayışdan görünür ki, KOD 30107018 JN-0215 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X8, X11, Ərizəçi2, X12 qeyd olunmuşdur. Həqiqətən onların adlarının doğru yazılış aşağıdakılar kimidir. Tağıyeva (X7, Ərizəçi1, Ərizəçi2, Əzizova (İskəndərova) Bəsti Şayda qızı. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30107018 JN-0215 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz ərizəçilər Ərizəçi1 və Ərizəçi2dur, lakin həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, 25 dekabr 1999-cu il tarixli, JN:0215 nömrəli (KOD ********) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 25 dekabr 1999-cu il tarixli, JN:0215 nömrəli (KOD ********) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-646/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-646/2025
02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver