Məhkəmə qərarları › İş №2(029)-648/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-648/2021

01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-648/2021 01.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X19”nun, “X11”nın adlarına verilmiş JN:0932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum atası “X21”na və mərhum anası “X15”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon DNK-nun 15.04.2004-cü il tarixli 4ə- 2-178 nömrəli alqı-satqı müqaviləsinə əsasən X10na və anası X12 Qusar rayon Yasab kəndi ərazisində 0.65 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. X10 20 mart 2006-cı ildə “Qaraciyər koması” xəstəliyindən, anası X15 isə 23 fevral 2003-cü ildə vəfat etmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X31 mərhum X10nun adı səhvən “Eminbala”, mərhum anası X7 atasının adı səhvən “Əliməhəmməd” kimi qeyd olunmuşdur. Ölümünü təsdiq edən sənədlərdə mərhum X10nun adı “Əmibala”, mərhum anası X7 atasının adı “Mirzəhməd” kimi qeyd edilmişdir. X28 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onların soyadları, adları və ata adları ölümü təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, X31 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. X33 və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum X10nun adı səhvən “Eminbala”, mərhum anası X5 ata adı səhvən “Əliməhəmməd” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının həmin şəxslərə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, JN:0932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun atasının adı səhvən “Eminbala” göstərilmişdir. Lakin, atasının adı əslində “Əmibala” olmuşdur. Bundan başqa, X31 onun anasının ata adı səhvən “Əliməhəmməd” kimi göstərilmişdir. Halbuki, anasının ata adı “Mirzəhməd” olmuşdur. Əliməhəmmədlə Mirzəhməd qardaş olmuşlar. Həmin dövlət aktının verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi onlarda yoxdur. Həmin müqavilə səhvlərlə bağlı mübahisələndirilməmişdir. Ümumiyyətlə, məhkəməyə təqdim edilmiş sənədlərdən başqa, digər sənədləri yoxdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:932 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu DNK-nun 15 aprel 2004-cü il tarixli 4ə- 2-178 nömrəli alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Yasab kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X13 və X3 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli 465 saylı arayışdan görünür ki, Qusar rayonu Yasab kənd sakinləri 23.02.2003-cü ildə vəfat etmiş X7 və 20 mart 2006-cı ildə vəfat etmiş X16 adına verilmiş JN:0932 KOD 30126018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən X19 və X1 yazılmışdır. X4, X15 yazılmalı və oxunmalıdır. İşdə olan AZ-İ 020947 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 20 mart 2006-cı il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli 649 saylı arayışın surətindən görünür ki, X14 23.02.2003-cü il tarixdə Qusar rayonu Yasab kəndində ölmüşdür. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1967-ci il tarixdə Qusar rayonu Yasab kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə anadan olmuşdur. X10, anası X8r. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli **********70 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN:932 KOD 30126018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Qusar rsyon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 15.04.2004-cü il tarixli 4ə-2-178 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Qusar rayonu Yasab kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X13 və X3 adlarına qeydiyyata alınmış və KOD 30126018 JN:932 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsində Eminbala Əzizovun adının, Qızxanım Əzizovanın isə ata adının səhv göstərilməsi isə ərizəçi tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, 15 aprel 2004-cü il tarixli 4ə-2-178 reyestr nömrəli alqı-satqı müqaviləsi dəyişdirilməmiş, hazırda qüvvədədir, həmçinin sübut kimi tədqiq olunması üçün məhkəməyə də, təqdim olunmamışdır. Həmin müqavilə əsasında verilmiş KOD 30126018 JN:932 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da mübahisələndirilməmiş, hazırda qüvvədədir. Ərizəçinin istinad etdiyi Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli 465 saylı arayışı isə məhkəmə sübut kimi qəbul etmir. Belə ki, həmin arayışda JN:932 nömrəli X32 rayonu Yasab kənd sakinləri X16 adının səhvən “Eminbala”, X6 ata adının isə səhvən “Əliməhəmməd” yazılması göstərilsə də, həmin arayış ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübut deyildir. Məlum torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçi şəxslərə aid səhvlərin olması, həmin şəxslərin X4 və X14 olması qeyd edilən arayışla aradan qaldırılan hal deyildir. KOD 30126018 JN:932 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin X34 Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 15 aprel 2004-cü il tarixli 4ə- 2-178 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Başqa sözlə, Dövlət Aktının verilməsinə əsas olmuş alqı-satqı müqaviləsində hər hansı dəyişiklik olunmadan, X27 Əzizovun adının, Qızxanım Əzizovanın isə ata adının səhv yazılmasını, həmin şəxslərin əslində mərhumlar X21 və X14 olmalarını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, KOD 30126018 JN:932 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X2 və X9 məxsus olması faktına dair ərizəçi tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçinin maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar