Məhkəmə qərarları › İş №2(029)-663/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-663/2024

31.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-663/2024 31.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı Nəsrəddin qızının və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Nəsrəddin qızının Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəsrəddin qızı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X14 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii X11nın pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı Nəsrəddin qızı məhkəməyə ərizə təqdim edərək, MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin azaldılmasına dair müraciət edərək bildirmişdir ki, Cavabdeh Xaçmaz X12 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* saylı “Təbii X11nın pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış 3525.12 (beş min beş yüz iyirmi beş manat on iki qəpik) manat borcun silinməsinə dair iddia tələbi Cavabdeh Xaçmaz X12 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 3525.12 ( üç min min beş yüz iyirmi beş manat on iki qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Nəsrəddin qızı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 ünvanda yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, Cavabdeh İB-nin Xaçmaz X14 İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. Əvvəllər abonent kodu mərhum ərinin adına idi, onun ölümündən sonra abonent kodu öz adına rəsmləşdirmişdir. 22 may 2023-cü il tarixdə Xaçmaz X14 İdarəsinin Qusar xidmət sahəsinin əməkdaşları qaz xətlərinə baxış keçirilən zaman guya o, sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə etdiyini əsas götürərək ona qarşı 22 may 2023-ci il tarixli, ******* №-li “təbii X11nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 29376 kub metr və yaxud 3525.12 (üç min beş yüz iyirmi, beş manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Aktda qeyd olunan kənar xətt (sasok) köhnədən qalmış, istismara yararsız xətt olub və ondan heç vaxtı istifadə etməmişdir. Mərhum həyat yoldaşı X4 adına əsassız hesablanmış 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat məbləğində dəymiş ziyanla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni Məhkəmə qaydasında həll etmək istəyir. Aşağıda göstərəcəyi hallara görə “Azəriqaz “ İBnin Xaçmaz X14 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii X11nın pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 3525.12 (üç min beş yüz iyirmi beş maqnat on iki qəpik) manat məbləğində borc silinməlidir. Evin sahibi, mərhum həyat yoldaşı X9 27.06. 2017-ci il tarixdə vəfat etmişdir. Lakin buna baxmayaraq Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları heç bir araşdırma aparılmadan mərhum ərinin adına protokol tərtib edilmiş və ona dəymiş ziyan hesablanmışdır. Hansı əsasla və nə vaxtdan vəfat etmiş, dünyanı dəyişmiş insanlara ziyan hesablanmağa başlamışlar və bu nə dərəcədə düzgündür. Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları “Təbii X11nın pozulması haqqında akt tərtib olunarkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edib etməməsi ilə bağlı yerində xəttə baxış keçirməmiş, köhnədən qalmış, istismara yararsız rezin boru əsas götürərək guya o, qazdan qanunsuz istifadə etmiş, baxmayaraq ki, həmin vaxtı sayğac işlək vəziyyətdə olub və sayğac qaz sərfıyyatı qeydə alınıb. Qusar xidmət sahəsinin əməkdaşları tərəfindən heç bir hüquqi və mənəvi əsası olmadan ölənin adına tərtib edilmiş “Təbii X11nın pozulması haqqında” akta əsasən istifadəsində olan qaz cihazların sayına görə itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 29376 m3 müəyyən edilmiş və yaxud 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan həcmini aşağıda göstərilən formada hesablanmışdır; 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, 24 kv-lik kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi cihazların sayını görə 29376 kub metr müəyyən edilmiş və yaxud 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat təşkil edir. Xaçmaz RQİİ-nin hesablamalardan belə çıxır ki, mətbəxdə sutka ərzində 24 saat 360 gün ərzində gecə gündüz PQ-3 tipli qaz plitəsindən istifadə etmişdir. Bundan əlavə 24 kv lik kombidən orta günlük iş rejimi 24 saat olmaqla (gecə-gündüz) 360 gün ərzində (bütün fəsillərdə) kombidən istifadə etmişdir. Onun (abonent kodu: **********00680) qaz sərfıyyat saldosuna əsasən, istifadə etdiyi qazın dəyəri 2023- 02.2024-cü il ərzində cəmi 190 manat təşkil edir. Belə olduğu halda Xaçmaz RQİİ-nin əməkdaşları hansı əsasla ona 3525.12 ( üç min beş yüz iyirmi meş manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında İddiaçı Nəsrəddin qızı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməmiş və bildirmişdir ki, sonuncu dəfə qaz şəbəkəsinə nə vaxt baxış keçirilməsi barədə onun məlumatı yoxdur. Cərimə hesablanarkən mövsüm nəzərə alındığını bildirsə də, necə hesablandığını əsaslandırmamışdır. Cərimə hesablanarkən əvvəlki illərin orta günlük az sərfiyyatı müəyyən edilərək nəzərə alınmamışdır. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin agentliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə agentliyin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən tərtib edilmiş «təbii X11nın pozulması haqqında» 22 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Əzizov Nadirə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində rezin boru ilə qeyri-qanuni qoşulma halı aşkar olunmuşdur. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İddiaçı tərəfindən həmin aktı imzalanmaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, 22 may 2023cü il tarixli ******* saylı akt əsasında Əzizov Nadirə itirilmiş qazın bərpası üzrə cəmi 29376 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan AZ-İ 863069 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə ölmüşdür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X11 ilə tənzimlənir. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X11” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qazpaylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müəyyən olunmuşdur ki, iddidaçı İddiaçı Nəsrəddin qızı tərəfindən təbii X11nın pozulması və qaz xəttinə qanunsuz qoşulması halı olmuşdur. Belə olan halda məhkəmə həmin faktın mövcud olması halı ilə razılaşır,lakin hesab edir ki, müdaxilə nəticəsində dəymiş ziyanın hesablanması təbii X11 haqqında yuxarıda qeyd edilmiş qərarın tələblərinə zidd olmuş və şişirdilmişdir. Belə ki, Qaz idarəsi tərəfindən qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi qeyd edilməmişdir. Cavabdeh tərəfindən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası ilə bağlı sənəd, arayış, sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyan düzgün hesablanmamışdır. Belə ki, sözü gedən fərdi yaşayış evi iddiaçının mərhum əri X6 aid olmuş, onun ölümündən sonra İddiaçı tərəfindən idarə edilir. İşə əlavə olunmuş Abonent saldosundan görünür ki, İddiaçı Nəsrəddin qızı qaz idarəsi tərəfindən təbii X11nın pozulması haqqında 22 may 2023-cü il tarixli ******* saylı akt tətbiq olunan gündən 1 (bir) il əvvələ yəni- 04/2023-cü il tarixdə 130 kub.metr qaz sərfiyyatına görə 15.60 manat, 03/2023-cü il tarixdə 86 kub.metr qaz sərfiyyatına görə 10.32 manat, 02/2023-cü il tarixdə 185 kub.metr qaz sərfiyyatına görə 22.20 manat, 01/2023-cü il tarixdə 228 kub.metr qaz sərfiyyatına görə 27.36 manat, 12/2022-ci il tarixdə 167 kub.metr qaz sərfiyyatına görə 33.40 manat, 11/2022-ci il tarixdə 349 kub.metr qaz sərfiyyatına görə 41.88 manat, 10/2022-ci il tarixdə 105 kub.metr qaz sərfiyyatına görə 12.60 manat, 09/2022-ci il tarixdə 60 kub.metr qaz sərfiyyatına görə 7.20 manat, 08/2022-ci il tarixdə 42 kub.metr qaz sərfiyyatına görə 5.04 manat, 07/2022-ci il tarixdə 47 kub.metr qaz sərfiyyatına görə 5.64 manat, 06/2022-ci il tarixdə 56 kub.metr qaz sərfiyyatına görə 6.72 manat, 05/2022-ci il tarixdə 95 kub.metr qaz sərfiyyatına görə 11.40 manat olmaqla, ümumilikdə 199.36 (15.60+10.32+22.20+27.36+33.40+41.88+12.60+7.20+5.04+5.64+6.72+11.40=199.36) manat məbləğində qaz sərf etmişdir. Cavabdeh İstehsalat tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, yuxarıda qeyd olunmuş hal, dəymiş zərər hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X11”6.5-3-cü bəndində qeyd edildiyi kimi qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanması bəndini tələbini, həmçininyuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 22 may 2023-cü il tarixli ******* saylı akt tətbiq olunan gündən 1 (bir) il əvvələ yəni- 04/2023-cü il tarixdən 05/2022-ci il tarixə kimi olan ümumi məbləğ, yəni 199.36 manat məbləğində zərər saxlanılmalı, iddiaçının iddia ərizəsində silinməsini tələb etdiyi 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat məbləğdən 199.36 (yüz doxsan doqquz manat otuz altı qəpik) manat çıxılmalı (3525.12-199.36=3325.76) və əsassız hesablanmış 3325.76 (üç min üç yüz iyirmi beş manat yetmiş altı qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X14 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli ******* №-li “Təbii X11nın pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3325.76 (üç min üç yüz iyirmi beş manat yetmiş altı qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar