Məhkəmə qərarları › İş №2(029)-665/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-665/2021

09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-665/2021 09.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs4 iştirakları ilə, Ərizəçi Vələdova (Qədimova) Rəyanə Elxan qızının maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Elxan qızına, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Vələdova (Qədimova) Rəyanə Elxan qızı maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Elxan qızına, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs2”nun, “Maraqlı şəxs1”nın, “Maraqlı şəxs3 Elxan qızı”nın, “X7”nun, “Maraqlı şəxs4”nun adlarına verilmiş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “Maraqlı şəxs4”na, “Vələdova (Qədimova) Rəyanə Elxan qızı”na, “Maraqlı şəxs1”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 11/4 saylı qərarına əsasən onlara Maraqlı şəxs4, Maraqlı şəxs3 Elxan qızına, Maraqlı şəxs2, Vələdova (Qədimova) Rəyanə Elxan qızına və Maraqlı şəxs1 Qusar rayonunun Əniğ kəndi ərazisində 2.21 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X12 ərizəçi Vələdova (Qədimova) Rəyanə Elxan qızının soyadı, adı və atasının adı səhvən “X7” kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə ərizəçi Vələdova (Qədimova) Rəyanə Elxan qızının adı, soyadı və atasının adı “Ərizəçi” qızı kimi qeyd edilmişdir. X10 və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçinin soyadı, adı və ata adı şəsiyyətini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X12 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, X14 və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçi Vələdova (Qədimova) Rəyanə Elxan qızının soyadı, adı və atasının adı səhvən “X7” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 11/4 saylı qərarına əsasən Qusar rayonu Əniğ kəndi ərazisində 2.21 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin X4 (Qədimova) Rəyanə Elxan qızının adı, soyadı və atasının adı səhvən “X7” kimi qeyd edilmişdir. Həmin səhv icra nümayəndəliyinin, yaxud kompyuterin səhvi olmasını bilmir, onun Reşad adlı uşağı yoxdur. Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 11/4 saylı qərarı onlarda yoxdur, həmin qərar mübahisələndirilməmişdir. Həmin torpaq sahəsi onlara 1999-cu ildə verilmişdir. Həmin vaxtdan 20 il keçməsinə baxmayaraq Dövlət Aktında olan səhvlərin düzəldilməsi barədə heç bir yerə müraciət etməmişlər. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında göstərmişdir ki, onun Rəşad adlı oğlu yoxdur. Ailələrinə verilmiş pay torpaq sahəsinə dair tərtib edilmiş X4 (Qədimova) Rəyanə Elxan qızının adı səhvən “X7” kimi yazılmışdır. Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 11/4 saylı qərarı onlarda yoxdur, həmin qərarı mübahisələndirilməmişdir. Həmin torpaq sahəsi onlara 1999-cu ildə verilmişdir. Həmin vaxtdan 20 il keçməsinə baxmayaraq Dövlət Aktında səhvlərin düzəldilməsi barədə heç bir yerə müraciət etməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs4 izahatında göstərmişdir ki, Vələdova (Qədimova) Rəyanə Elxan qızı onun bacısıdır, Reşad adlı qardaşı yoxdur. Dövlət Aktında səhvən bacısının adı soyadı X6 əvəzinə “X7” kimi yazılmışdır. Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 11/4 saylı qərarı onlarda yoxdur, həmin qərarı mübahisələndirilməmişdir. Həmin torpaq sahəsi onlara 1999-cu ildə verilmişdir. Həmin səhvin düzəldilməsi barədə indiyə kimi heç bir yerə müraciət etməmişlər. Ərizəçi Vələdova (Qədimova) Rəyanə Elxan qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, xəstəliyi ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs3 Elxan qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, himayəsində körpə uşağ olduğu üçün o, məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılarq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, maraqlı şəxslərin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Aqrar İslahatlar Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/4 nömrəli qərarı ilə Qusar rayonu Əniq kəndində yerləşən 2.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, X5 və Maraqlı şəxs4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli 22 saylı arayışdan görünür ki, Qusar rayonu Əniq kəndində yerləşən pay torpaq sahəsinin JN:186 KOD 30105018 saylı dövlət aktında adı X2 qeyd olunmuş vətəndaşın adının yazılışında bəzi hərf səhvləri mövcuddur. Həmin vətəndaşın adı, soyadı və atasının adı AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi, ər soyadına keçdiyi nəzərə alınmaqla Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1992-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1957-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, halhazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxx 1962-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, halhazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 Elxan qızı xx xxxxx 1987-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1989-cu il tarixdə Qusar rayonu Əniğ kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Maraqlı şəxs4 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli **********51 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/4 saylı qərarı ilə Qusar rayonu Əniğ kəndində yerləşən 2.21 ha torpaq sahəsi Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 Elxan qızının, X5 və Maraqlı şəxs4 xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin qərarda ərizəçinin adının və soyadının səhv göstərilməsi isə ərizəçi tərəfindən indiyədək mübahisələndirilməmiş, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/4 saylı qərarı dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmin qərar əsasında verilmiş JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da mübahisələndirilməmiş, hazırda qüvvədədir. Ərizəçinin istinad etdiyi Qusar rayon İHB-nın Əniğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli 22 saylı arayışı isə məhkəmə qəbul etmir. Belə ki, həmin arayışda Qusar rayonu Əniğ kənd sakini Ərizəçi soyadının JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən X7 yazılması göstərilsə də, həmin arayış ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübut deyildir. Məlum torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçinin ad və soyadının səhv yazılması, həmin şəxsin əslində Vələdova (Qədimova) Rəyanə Elxan qızı olması qeyd edilən arayışla aradan qaldırılan hal deyildir. JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin X15 rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/4 saylı qərarına əsasən verilmişdir. Başqa sözlə, Dövlət Aktının verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarında hər hansı dəyişiklik olunmadan, Dövlət X1 adının, soyadının və ata adının səhv yazılmasını, həmin şəxsin əslində ərizəçi Vələdova (Qədimova) Rəyanə Elxan qızının olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, JN:186 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair X9 (Qədimova) Rəyanə Elxan qızına məxsus olması faktına dair ərizəçi tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçiin maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələbinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Vələdova (Qədimova) Rəyanə Elxan qızının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Elxan qızına, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar