Məhkəmə qərarları › İş №2(029)-666/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-666/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-666/2021 06.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Balaxayeva (Musayeva) Taliə Musa qızının maraqlı şəxslər Orucova (Musayeva) Saliə Musa qızına və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Balaxayeva (Musayeva) Taliə Musa qızı maraqlı şəxslər Orucova (Musayeva) Saliə Musa qızına və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nın, “X28”nun, “X29”nın və “X30”nın adlarına verilmiş JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni “X9”na, “X25”na, “Orucova (Musayeva) Saliə Musa qızı”na və “Balaxayeva (Musayeva) Taliə Musa qızı”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarına əsasən Orucova (Musayeva) Saliə Musa qızına, Balaxayeva (Musayeva) Taliə Musa qızına, X17, X5 Qusar rayonu Çiləgir kəndi ərazisindən 0.11 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. X9 09 sentyabr 2002-ci ildə, X25 isə 04 avqust 2000-ci ildə vəfat etmişdir. Həmin X1 soyadı səhvən “Musayev” kimi qeyd edilmişdir. Ölümünü təsdiq edən bütün sənəddə X2, adı və atasının adı “X25” kimi qeyd edilmişdir. X34 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Şəhadətnamədə qeyd olunan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 soyadı səhvən “Musayev” qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə həmin Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi Balaxayeva (Musayeva) Taliə Musa qızı və maraqlı şəxs Orucova (Musayeva) Saliə Musa qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsi X3, X18, X19 və X20 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ № 037987 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 04 avqust 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 avqust 2000-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ № 116236 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 sentyabr 2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 sentyabr 2002-ci il tarixdə 469 nömrə ilə qeyd edilmişdir. İşdə olan Vİ- ЖГ № 341018 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 24.01.1979-cu ildə anadan olmuşdur. X4, anası X6r. İşdə olan Xİİİ-ЖГ №349950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 15.08.1983-cü ildə anadan olmuşdur. X11, anası X7r. İşdə olan AZ-İ № 621408 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X29 arasındakı nikah 03 dekabr 2010-cu il tarixdə Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi üzrə nümayəndəliyində 48 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Taliə Musayeva “Balaxayeva” soyadını götürmüşdür. İşdə olan AZ-İİ № 020983 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X30 arasındakı nikah 07 fevral 2015-ci il tarixdə 4 saylı Bakı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsində 298 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Saliə Musayeva “Orucova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli 1086 saylı arayışdan görünür ki, JN- 215A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən X28 yazılmışdır. Əslində isə X25 olmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli **********33 saylı məktubdan görünür ki, Ərizəçi həmin idarəyə müraciətinə cavab olaraq bildirilmişdir ki, DT və XK-sı tərəfindən verilmiş JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.09.2021-ci il tarixli arayışdan görünür ki, X15 ilə X10 28.03.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların aralarındakı nikah 20 nömrə ilə qeydə alınmışdır. Rəmziyyə Əhmədova “Məmmədova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi Balaxayeva (Musayeva) Taliə Musa qızı tərəfindən təqdim edilmiş Qusar rayonu Çiləgir kəndində yerləşən 0.11 ha torpaq sahəsinə dair JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada sərəncam və vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, mərhum X8 rayonu Çiləgir kəndində yerləşən 0.11 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş şəxslərin siyahısına daxildir, lakin həmin Şəhadətnamədə həmin şəxsə münasibətdə yuxarıda qeyd olunan səhvə yol verilmiş, onun soyadı səhvən “Musayev” qeyd edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Şəhadətnaməin həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nın, “X28”nun, “X29”nın və “X30”nın adlarına verilmiş JN-215A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 09 sentyabr 2002-ci ildə ölmüş X5, 04 avqust 2000ci ildə ölmüş X17, Orucova (Musayeva) Saliə Musa qızına və Balaxayeva (Musayeva) Taliə Musa qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar