Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-667/2020 14.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüuqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Qusar rayon şöbsi tərəfindən “X4”nun, “X2”nun və “X5”nın adlarına verilmiş JN: 1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi, X1 və X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmənin hazırlıq iclası ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan keçirilmiş və işin məhkəmə baxışı xx xxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmışdır. Bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-667/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-667/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver