Məhkəmə qərarları › İş №2(029)-667/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-667/2023

26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-667/2023 26.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər X8 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər X8 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi İmamuddin oğlu”nun, “X10”nun və “X11”nın adlarına verilmiş JN:0065 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi, X8 və X9 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona, Ərizəçi, iş üzrə üçüncü şəxs olan oğlu X8 və qızı X13ma 6,39 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0065 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X19 ata adı səhvən “İmamuddin”, digər mülkiyyətçi, X3nın adı səhvən “Ziea”qeyd edilmişdir. X20 X1, adı, ata adı düzgün qeyd edilmişdir. X3 14 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Şəxsiyyəti təsdiq edən bütün sənədlərdə onun ata adı “İmaməddin”, digər mülkiyyətçi, X3nın adı “Zina”qeyd edilmişdir. Əslində JN:0065 KOD ********* saylı Dövlət Aktında da soyadları, adları və ata adları şəxsiyyəti təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, X22kı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:0065 KOD ********* saylı Dövlət Aktında onun ata adı səhvən “İmamuddin”, digər mülkiyyətçi, X3nın adı səhvən “Ziea” qeyd edildiyi üçün DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi ona çıxarış verməmiş, onun müraciətinə də cavab verməmişdir. Ona görə həmin Dövlət Aktının ona, üçüncü şəxs X8 və X3na məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər X8 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Murad Atakişiyev və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:0065 KOD 30120028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998ci il tarixli 11/8 saylı qərarı ilə Qusar rayonu Quturğan kəndində yerləşən 6.39 ha torpaq sahəsi Ərizəçi İmamuddin oğlunun, X6 və X7 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İİ 259208 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14 fevral 2022-ci il tarixdə Quba şəhərində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Sudur İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2028 noyabr 2022-ci il tarixli 146 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/8 saylı qərarı ilə 3 (üç) nəfərin mülkiyyətinə verilmiş 6.39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-0065 kod 30120028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçi kimi göstərilmiş "Ərizəçi İmamuddin oğlu"nun faktiki adı"Ərizəçi" ( ş/v AZE N ********; xx.xx.2014-cü il tarixdə Qusar RPŞ QvŞV bölməsi tərəfindən verilmiş olduğu halda səhvən "Ərizəçi İmamuddin oğlu"kimi yazılmışdır. Mülkiyyətçi kimi yazılmış "X11"nın faktiki adı "X12"(Doğum haqqında şəhadətnamə XİX-ЖГ №296961; xx.xx.1995-ci il tarixdə Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş olduğu halda səhvən X2 yazılmışdır. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Qusar rayonu Sudur kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:0065 KOD 30120028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X22 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi İmamuddin oğlu”nun, “X10”nun və “X11”nın adlarına JN:0065 KOD 30120028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi, X8 və X9 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi İmamuddin oğlu”nun, “X10”nun və “X11”nın adlarına verilmiş JN:0065 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi, X8 və X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar