Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-668/2025 30.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən “X6”nın adına verilmiş KOD30107018 JN-195F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, KOD 30107018 JN-195F saylı 17 avqust 2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə anası X4 məxsusdur. X13 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. O, mərhum anasının mirasına aid olan torpaq sahəsinə dair vərəsəlik hüququnu həyata keçirmək istəyərkən məlum olmuşdur ki, şəxsiyyətini və ölümünü təsdiq edən sənədlərdə mərhum anasının ata adı “Bedyalmülk qızı” olduğu halda “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də səhvən “Burhaməddin qızı” göstərilmişdir. Həmin səhvə görə isə o, mərhum anasının mirasına dair vərəsəlik hüququnu həyata keçirə bilmir. KOD30107018 JN-195F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahibi olan anasının ata adının səhv yazılması yaşadıqları və torpaq sahəsinin yerləşdiyi kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. KOD30107018 JN-195F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin torpaq sahəsinə dair onun vərəsəlik hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edir ki, həmin sənədin mərhum X4 məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:195F 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gədəzeyxur kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 5-63-22/2-P-109- 8-106/2025 saylı arayışdan görünür ki, JN-195F Kod 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 qeyd olunmuşdur. Həqiqətən onun adının doğru yazılışı X5r. İşdə olan AZ-İ 691444 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Notariat ofisinin 12 fevral 2025-ci il tarixli X-317 saylı məktubundan görünür ki, Ərizəçi mərhum X3 vərəsələri sırasına daxildir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Kod 30107018 JN-195F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair vərəsəlik hüququnu həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Kod 30107018 JN-195F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxs ərizəçinin vərəsəsi olduğu mərhum X5r. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin Şəhadətnamənin mərhum Fatimə Piriyevaya məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən “X6”nın adına verilmiş KOD30107018 JN-195F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-668/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-668/2025
30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver