Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-669/2022 31.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək KOD 30118028 JN:0079 saylı 17 oktyabr 2002ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə birlikdə ona-yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, KOD 30118028 JN:0079 saylı 17 oktyabr 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Uqur kəndində yerləşən 4.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvləri Maraqlı şəxs1, X6, X3 və X7 məxsusdur. Maraqlı şəxs1 atası, Zinyət Atakişiyeva anası, Balaxanım bacısı, Fərid isə qardaşıdır. Bacısı Balaxanım sonradan adını dəyişdirərək “Aynur” adını qəbul etmiş, qardaşı Fərid isə soyadını dəyişdirərək “Şalbuzov” soyadını qəbul etmişdir. Onun soyadı isə doğulduğu vaxtdan “Şalbuzov” olmuşdur. Buna baxmayaraq, yuxarıda qeyd etdiyi Dövlət Aktında onun soyadı səhvən atasının soyadına uyğun olaraq “Atakişiyev” göstərilmişdir. Halbuki, onun şəxsiyyətini təsdiq edən bütün sənədlərdə soyadı “Şalbuzov” olmuşdur. Həmin səhvə görə isə o, mülkiyyətçi kimi həmin torpaq sahəsinə dair hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də o, ərizə ilə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını həyata keçirən və mülkiyyət hüququ barədə sənədləri vermək səlahiyyəti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin səhvin aradan qaldırılmasını xahiş etsə də, bundan imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun KOD 30118028 JN:0079 saylı 17 oktyabr 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən hüquq sahiblərinin siyahısında olmağını ailə üzvləri də təsdiq edə bilər və bu barədə yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən müvafiq arayış da verilmişdir. KOD 30118028 JN:0079 saylı 17 oktyabr 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edir ki, həmin sənədin maraqlı şəxslər Maraqlı şəxs1, X10, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə birlikdə ona məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizəni müdafiə edir, təmin olunmasını xahiş edir. Bundan başqa, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, X10, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, maraqlı şəxs və digər Maraqlı şəxs3 nümayəndəsi Maraqlı şəxs1 və Maraqlı şəxs4 məhkəməyə ərizə göndərərək ərizəni qəbul etdiklərini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiklərini göstərmişlər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs2 isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:0079 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli 4/1 saylı qərarı ilə Qusar rayonu Uqur kəndində yerləşən 4.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs1, X4, X2, X8 və X5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 46 saylı arayışdan görünür ki, JN-0079 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əks olunmuş vətəndaşın soyadının, adının və ata adının yazılışı X12 olmasına baxmayaraq onun soyadının, adının və ata adının düzgün yazılışı onun adına olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçidur. İşdə olan Xİ-JQ 274462 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 09 avqust 1985-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Maraqlı şəxs4dır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan AZ-İİİ 815994 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxx 1984-cü ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Maraqlı şəxs4dır. İşdə olan AZ-İ 033398 saylı 03 dekabr 2021-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, Atakişiyeva (Xaspulatova) Balaxanım Balabəy qızı adını “Balaxanım”dan “Aynur”a dəyişdirmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan AZ-İİ 651537 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxxxx 1987-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Maraqlı şəxs4dır. İşdə olan AZ-İ 014085 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, X1 “Şalbuzov”a dəyişdirmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışından görünür ki, “X12” adlı şəxs mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********66 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, DT və XK tərəfindən verilmiş JN-0079 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi həmin şəxsə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Uqur kəndində yerləşən 4.25 ha torpaq sahəsinə dair verilmiş KOD 30118028 JN:0079 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada sərəncam hüququnu həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi həqiqətən də, Qusar rayonu Uqur kəndində yerləşən 4.25 ha torpaq sahəsinə dair verilmiş Dövlət Aktında hüquq sahibləri kimi göstərilmiş şəxslərin siyahısındadır və orada hüququ sahiblərindən biri kimi göstərilmiş X12 məhz Ərizəçidur. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının ərizəçiyə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30118028 JN:0079 saylı 17 oktyabr 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə birlikdə ərizəçiyə-yəni Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-669/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-669/2022
31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver