Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-678/2024 14.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və X14 qarşı miras payın ayrılaraq mülkiyyətə verilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və X14 qarşı miras payın ayrılaraq mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən fərdi yaşayış evinə və mərhum anası Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair miras payı ayrılaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Köhnə kəndində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında anası X8, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə atası X5 məxsusdur. Həmin şəxslərin qeyd etdiyi əmlaklar üzərindəki mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X13 anası Səfiyə Hacıbəyovanın ümumi birgə nikahlarında üç övladları anadan olmuşdur. Həmin şəxslər aşağıdakılardır: O, yəni İddiaçı, qardaşı X10 və X1. X19 xx.xx.1989-cu il tarixdə, anası Səfiyə Hacıbəyova 26 fevral 2001-ci il tarixdə vəfat etmişlər. X1 2007-ci ildə ona və X21a qarşı Qusar rayon məhkəməsində mirasın bölünməsi tələbinə dair iddia qaldırmış və Qusar rayon məhkəməsinin 25 aprel 2007-ci il tarixli qətnaməsi ilə həmin şəxsin yuxarıda qeyd etdiyi miras əmlaklara dair miras payı 1/3 hissə müəyyən edilmişdir. Miras əmlakların 2/3 hissəsi isə açıq saxlanmışdır. Məhkəmə tərəfindən işə baxılarkən miras qoyanların vərəsələrinin dairəsi müəyyən olunmuş, mirasa dair 3 nəfər vərəsənin subyektiv hüququ müəyyən edilmiş, bu səbəbdən də, Sənubər Hacıbəyovanın miras payı məhz 1/3 hissə müəyyən olunmuşdur. X21 xx.xx.2012-ci il tarixdə, bacısı Sənubər Hacıbəyova isə 30 aprel 2013-cü il tarixdə vəfat etmişlər. O, əvvəllər Bakı şəhərində yaşasada da, uzun müddətdir ki, ünvan 1indəki ata yurduna, yəni mərhum atasının yuxarıda göstərdiyi evinə köçmüşdür, hazırda da həmin evdə yaşayır. Göründüyü kimi, onun miras qoyan mərhum Bəyazəddin Hacıbəyovun və Səfiyə Hacıbəyovanın mirasını qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır, həmçinin həmin mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir və ona görə də, həmin miras əmlaklara dair miras payı ayrılaraq mülkiyyətinə verilməlidir. Cavabdeh X1nın qızı olmaqla onun vərəsəsidir və həmin şəxs onun vərəsəlik hüququnu həyata keçirməyinə mane olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs X14 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.33 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 və həmin torpaq sahəsinin üzərində yerləşən 102.7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. İşdə ola AZ-İ 669629 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 avqust 1989-cu ildə ölmüşdür. İşdə ola AZ 067001 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 fevral 2001-ci ildə ölmüşdür. İşdə ola AZ-İ 516669 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 iyun 2006-cı ildə ölmüşdür. İşdə ola AZ-İ 571194 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 aprel 2013-cü ildə ölmüşdür İşdə olan 2-127/2006-cı il saylı Qusar rayon Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, Qusar rayon Köhnə Xudat kəndində, Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evindən və 0.25 ha torpaq sahəsindən iddiaçı X2 payı, evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən edilməsi qət edilmişdir. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin X2 adına rəsmiləşdirilməsi DƏDRX-nın Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1i ünvanında yerləşən 0.33 ha torpaq sahəsi xüsusi müliyyə hüququ üzrə X7 və həmin torpaq sahəsinin üzərində yerləşən 102.7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bəyazəddin Hacıbəyov xx.xx.1989-cu il tarixdə, Səfiyə Hacıbəyova 26 fevral 2001-ci il tarixdə vəfat etmişlər. Həmin şəxslərin aşağıdakı vərəsələri qalmışdır; İddiaçı, X10 və X6. İsmət Hacıbəyov xx.xx.2012-ci il tarixdə, bacısı Sənubər Hacıbəyova isə 30 aprel 2013-cü il tarixdə vəfat etmişlər. 2-127/2006-cı il saylı Qusar rayon Məhkəməsinin Qətnaməsini ilə Qusar rayon Köhnə Xudat kəndində, Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evindən və 0.25 ha torpaq sahəsindən iddiaçı X2 payı, evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtləki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X3 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən fərdi yaşayış evinə və Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hissədə miras payı ayrılaraq idiaçı İddiaçı mülkiyyətinə verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2-127/2006-cı il saylı Qusar rayon Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, Qusar rayon Köhnə Xudat kəndində, Bəyazəddin və Səfiyyə Hacıbəyovlardan miras qalmış yaşayış evindən və 0.25 ha torpaq sahəsindən iddiaçı X2 payı, evin və torpaq sahəsinin 1/3 hissəsi həcmində müəyyən edilməsi qət edilmişdir. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin X2 adına rəsmiləşdirilməsi DƏDRX-nın Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qeyd edilmişdir. Hazırkı halda da 2-127/2006-cı il saylı Qusar rayon Məhkəməsinin Qətnaməsinə istinad edərək hesab edir ki,iddiaçının sözü gedən əmlaka vərəsəlik hüququ tanınmalı və onun payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X3 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən fərdi yaşayış evinə və Səfiyə Hacıbəyovanın miras kütləsinə daxil olan, həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinə dair 1/3 hissədə miras payı ayrılaraq İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-678/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-678/2024
14.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver