Məhkəmə qərarları › İş №2(029)-681/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-681/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-681/2020 12.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçilər Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızının, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızının, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızı, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18rşı hüquqiəhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X7”nın, “X8”nun, “X5”nın və “X9”nın adlarına verilmiş JN:1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara-yəni “Ərizəçi2”na, “Ərizəçi3”na, “Ərizəçi4”na və “Qaçabəyova (Savziyeva) Nişanə Maviddin qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon X11 xx xxx 1998-ci il tarixli 7/3 saylı qərarına əsasən onlara, yəni Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızına, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Qusar rayonu Bədişqala kəndi ərazisindən 2,39 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onların soyadları “Savziyev(a)” kimi qeyd edilmişdir. Torpaq sahəsinə dair dövlət aktında da onların soyadları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin dövlət aktında olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 müraciət etmişlər, lakin JN:1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında soyadları səhvən “Sovziyev(a)” kimi qeyd edildiyi üçün həmin idarə onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçilər Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızı, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizədə göstərilən halları təsdiq etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bundan başqa, Ərizəçi1 bildirmişdir ki, onun qızlıq soyadı uşaq vaxtlardan anasının soyadına uyğun olaraq “Əzizova” olmuş, sonradan Bəhlul Qaçabəyovla ailə həyatı qurmuş və sonuncunun soyadına uyğun “Qaçabəyova” soyadını qəbul etmişdir. Lakin, ailə üzvlərinin adlarına verilmiş dövlət aktında onun soyadı səhvən “Sovziyeva” qeyd edilmişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçilərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30107028 JN:191 saylı torpağ mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon X11 xx xxx 1998-ci il tarixli 7/3 nömrəli qərarı ilə Qusar rayonu Bədişqala kəndində yerləşən 2.39 ha torpaq sahəsi X2, X3, X1 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 162 saylı arayışdan görünür ki, JN:1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X8 əvəzinə Ərizəçi3, X7 əvəzinə Ərizəçi2, X9 əvəzinə Ərizəçi1 və X5 əvəzinə Ərizəçi4 oxunmalıdır. İşdə olan Seriya AZE ********, Seriya AZE ********, Seriya AZE ******** və Seriya AZE******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Nişanə adlı ərizəçinin soyadı “Qaçabəyova”, digərlərinin soyadları isə “Sazviyev (a)”dir. İşdə olan Xİİ-JQ 470408 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1987-ci ildə anadan olmuş, atası Ərizəçi3, anası X10r. İşdə olan AZ-İ 273212 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 nikahları Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış xx xxxxxx 2006-cı il tarixli 43 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Nişanə Əzizova “Qaçabəyova” soyadını qəbul etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19xx.xx.2019-cu il tarixli **********03 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-1xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi3 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilərtərəfindən təqdim edilmiş Qusar rayonu Bədişqala kəndində yerləşən 2.39 ha torpaq sahəsinə dair verilmiş KOD 30107028 JN:191 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktıonlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlarqanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Bədişqala kəndində yerləşən 2.39 ha torpaq sahəsinə dair verilmiş dövlət aktında hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızıdır.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Bədişqala kəndində yerləşən 2.39 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30107028 JN:191 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi3, Qaçabəyova (Əzizova) Nişanə Maviddin qızına və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar