Məhkəmə qərarları › İş №2(029)-688/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-688/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-688/2021 30.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum X5na və mərhum anası X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Gilah kəndində yerləşən 0.13 ha həyatyanı torpaq sahəsi KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ üzrə X5na və anası X6 məxsusdur. X5 27 avqust 2010-cu il tarixdə, anası X12 isə 28 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. O, bu yaxınlarda həmin torpaq sahəsinə dair vərəsəlik hüququnu həyata keçirmək istəyərkən məlum olmuşdur ki, KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atasının soyadı səhvən “İmanov”, ata adı isə “Adam oğlu” göstərilmişdir. Həmçinin mərhum anasının soyadı “İmanov”, ata adı isə “Rəhmət oğlu” qeyd edilmişdir. Həmin səhvlərə görə isə o vərəsə kimi həmin əmlaklara dair hüquqlarını həyata keçirə bilmir. Lakin, həqiqətən də həmin torpaq sahəsinin mərhum valideynlərinə məxsus olmasını və həmin torpaq sahəsinə dair verilmiş şəhadətnamənin məhz mərhum atasının və anasının adına verilməsini yaşadığı kənddə hamı təsdiq edə bilər və bu barədə yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən müvafiq arayışlar da verilmişdir. KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin torpaq sahəsinə dair vərəsəlik hüququnu həyata keçirtmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edir ki, həmin sənədin mərhum X5na və mərhum anası X6 məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə Ərizəçi və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, işdə olan KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/5 nömrəli qərarı ilə Qusar rayonu Gilah kəndində yerləşən 0.13 ha torpaq sahəsi X7 və X8 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ 027607 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçih oğlu xx xxx 1961-ci ildə Qusar rayonu Gilah kəndində anadan olmuşdur. X3, anası X9r. İşdə olan AZ-İ 368854 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 27 avqust 2010-cu il tarixdə ölmüşdür. İşdə olan AZ 145380 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 28 sentyabr 2004-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Gilah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli 154 saylı arayışdan görünür ki, 08.10.2003cü il tarixli JN-021A KOD 30108018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş X1, adı və atasının adı X15 və X14 əvəzinə X4 oxunmalı və yazılmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 aprel 2021-ci il tarixli **********21 saylı məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-021A KOD 30108018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış qanunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Gilah kəndində yerləşən 0.13 ha torpaq sahəsinə dair verilmiş KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin 27 avqust 2010-cu il tarixdə ölmüş X5 və 28 sentyabr 2004-cü il tarixdə vəfat etmiş anası X2 rayonu Gilah kəndində yerləşən 0.13 ha torpaq sahəsinə dair verilmiş Şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslərdir, lakin həmin Şəhadətnamədə həmin şəxslərə münasibətdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Şəhadətnamənin həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: Ərizə təmin edilsin. KOD 30108018 JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçinin mərhum X5na və mərhum anası X6 məxsus olması faktı müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar