Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-69/2021 17.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh, həmçinin X2 hüquqi varisi və Cavabdeh2 nümayəndəsi Cavabdeh3, Cavabdeh4 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cəbrayılova (Əhmədxanova) Asiyat Zaliddin qızının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı X4 və qeyrilərinə qarşı çıxarışın 1.0 hektar hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası, Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrisinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 mülkiyyətinə verilməsi barədə Çıxarışın 1.0 hektar hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başa, Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızı İddiaçı və Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Qusar rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 14 iyul tarixli 08/04 saylı qərarı ilə 5.51 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN-0057 KOD 30112028 nömrəli Dövlət Aktına əsasən mülkiyyətlərinə pay torpaq sahəsi ayrılmışdır. Cavabdehlərlə yaxın münasibətləri olmuşdur. Belə ki, Zaliddin onun həyat yoldaşına tikdiyi evin damının bağlanılması üçün maddi imkanının olmamasını, damı bağlamaq üçün pay torpaq sahəsini satmağa alıcı tapılması barədə bir neçə dəfə müraciət etmişdir. Cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq o, həyat yoldaşı ilə məsləhətləşib cavabdehlərə kömək məqsədi ilə onlara məxsus 1.0 hektar torpaq sahəsini almaq qərarına gəlmişlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün onlar Qusar rayon Dövlət Notariat Kontoruna müraciət etmişlər. 19 aprel 2008-ci il tarixli müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat məbləğində pulu ödəyərək 1.0 hektar torpaq sahəsini satın almışlar. 2008-ci ildən həmin torpaq sahəsindən, orada buğda, arpa əkməklə istifadə edir. Həmçinin, Quxuroba bələdiyyəsində Qanunla müəyyən edilən vergi və sosial sığorta haqlarını ödəyir. Bundan əlavə dövlət tərəfindən ayrılan subsidiyanı almaq üçün adına bankomat kartı da rəsmiləşdirilmişdir. Bu məqsədlə cavabdehlər bələdiyyəyə ərizə verərək 1.0 hektar torpaq sahəsinin adlarına rəsmiləşdirilməsini də xahiş etmişlər. Lakin, maddi vəziyyətləri ilə əlaqədar alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə dair uzun müddət Çıxarış almamışlar. Bir müddət bundan qabaq 1.0 hektar torpaq sahəsinə Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən vəkil sorğusuna əsasən sənədləri aldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər qanunsuz olaraq 5.51 hektar torpaq sahəsindən 1.0 hektarını ona notariat qaydasında bağlanmış 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 reyestr nömrəli müqaviləyə əsasən satdıqları halda, Qusar rayon Polis şöbəsinə ərizə yazaraq guya alqı-satqı predmeti olan və müqaqviləni rəsmiləşdirmək üçün Notariat Kontoruna təqdim etdikləri Dövlət Aktının əslinin naməlum şəraitdə itməsi barədə ərizə ilə müraciət edərək 13 mart 2013-cü il tarixli Dövlət Aktının verilmə tarixini ərizələrində saxtalaşdırmaqla 14 dekabr 2000-ci il əvəzinə 24 oktyabr 2000-ci ildə verilməsini yazaraq arayış almışlar. Həmin arayışı DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə ona satdıqları 1.0 hektar torpaq sahəsinə də aldatma-dələduzluq yolu ilə Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Göstərilən səbəbdən cavabdehlərə ona satılan hissədə Çıxarışın dəyişdirilməsi üçün ərizə ilə Xaçmaz Ərazi İdarəsinə müraciət etmələrini xahiş etsə də, cavabdehlər onun müraciətlərinə məhəl qoymamışlar. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızı qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarına əsasən ona və ailə üzvlərinə Qusar rayonunun Gican kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 5.51 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sdahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0057 KOD 30112028 saylı Dövlət aktı ilə təsdiq edilmişdir. Həmin Dövlət aktı üzrə onlara məxsus 5.51 ha torpaq sahəsinin hər hansı bir hissəsini heç kimə satmamış, 2015ci ildə JN:0057 KOD 30112028 saylı Dövlət aktındakı cəmi 5.51 ha torpaq sahəsinin ayrıayrı mülklərinə ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar almışlar, o cümlədən JN:0057 KOD 30112028 saylı Dövlət aktındakı 1.65 ha sahəyə malik 57V saylı torpaq mülkünə ailə üzvlərinin adlarına ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdeh İddiaçı iddia ilə məhkəməyə müraciət edərək JN:0057 KOD 30112028 saylı Dövlət aktı üzrə onlara məxsus 1.65 ha sahəyə malik 57B saylı torpaq mülkündən 1.0 ha torpaq sahəsini guya onların tərəfindən ona satılması barədə Qusar rayon Dövlət Notariat kontorunun təsdiq etdiyi 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 saylı alqısatqı müqaviləsini məhkəməyə təqdim edərək JN:0057 KOD 30112028 saylı Dövlət aktındakı 1.65 ha sahəyə malik 57V saylı torpaq mülkünə ailə üzvlərinin adlarına verilmiş ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın 1.0 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı iddiasına etiraz edərək təkrarən bildirir ki, JN:0057 KOD 30112028 saylı Dövlət aktı üzrə ailə üzvlərinə məxsus 5.51 ha torpaq sahəsinin hər hansı bir hissəsini onlar heç kəsə satmamışlar. Cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qusar rayon Dövlət Notariat kontorunun təsdiq etdiyi 19 aprel 2008-ci il tarixli 4ə-İ- 110 saylı alqı-satqı müqaviləsi saxtadır, həmin müqavilədə onların adlarından edilən imzalar saxtalaşdırılmışdır. Onlar həmin müqaviləyə imza etməmiş və həmin müqavilənin ümumiyyətlə mövcud olmasından indiyədək xəbərsizdirlər. Həmin müqavilənin mövcud olmasını Cavabdeh İddiaçı onlara qarşı irəli sürdüyü bu iddiasından sonra bilmişlər. Cavabdeh İddiaçı tərəfindən mhkəməyə təqdim edilmiş Qusar rayon Dövlət notariat kontorunun təsdiq etdiyi 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 saylı alqı-satqı müqaviləsi saxtadır, həmin müqavilədə onların adından edilən imzalar saxtalaşdırılmışdır. Ona görə də, həmin alqı satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Əvvəlki məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş və özünün iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək həmin iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızının ona qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası ilə əlaqədar göstərmişdir ki, həmin iddia tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, onlar torpaq sahəsi ilə bağlı razılığa gəldikdən sonra notariat kontoruna müraciət etmişlər, lakin notarius nitq qabiliyyəti qüsurlu olan şəxs iştirak etmədiyi üçün müqaviləni bağlamaqdan imtina etmiş, bundan sonra mülkiyyətçilər göy rəngli UAZ markalı avtomobillə Notariat Kontoruna gələrək müqaviləni bağlamışlar. İmzalar da cavabdehlərin özləri tərəfindən icra olunmuşdur. 2008-ci ildən o, aldığı mübahisəli torpaq sahəsindən istifadə edir və bu günə kimi torpaq sahəsi onun istifadəsindədir. Cavabdehlərin xəbəri olmasaydı, keçən 12 il ərzində onun istifadə etdiyi torpaq sahəsi ilə bağlı etirazlarını bildirərdilər. Bu xüsusatlar onu göstərir ki, cavabdehlər Notariat Kontorunda onunla alqı-satqı müqaviləsini bağlamışlar və əvəzində torpağın dəyəri kimi 2500 (iki min beş yüz) manat məbləğində pulu notariusun yanında ondan almışlar. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızı guya müqavilədən xəbəri olmadığını bildirir. Halbuki 2008-ci ildən onun torpaq sahəsindən istifadə etdiyindən xəbərinin olmaması, həmçinin keçən müddət ərzində fermer kartı ilə subsidiyanın ona ayrılmasını da bilməməsi və bütün bunlara etirazını bildirməməsi ağlabatan deyildir. Cavabdehlər Notariat Kontoruna Dövlət Aktının əslini təqdim edərək alqı-satqı müqaviləsi bağlanılmışdır. X23 əsli müqavilə ilə birlikdə ona təqdim olunmuş və hal-hazıra kimi də ondadır. Müqaviləni alqı-satqı aparmaq üçün Notariat Kontoruna təqdim etdikləri barədə məlumatlarının olmaması ağılasığmazdır. Cavabdehlər müqavilə ilə Dövlət Aktının onda olduğunu bilərək yalandan qəzetdə elan vermişlər, sonra yalandan Polis Şöbəsinə ərizə ilə müraciət edərək Dövlət Aktının naməlum şəraitdə itməsi barədə yalan məlumat verməklə DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən aldıqları Dövlət Aktının surəti ilə dələduzluq etməklə qanunsuz olaraq ona alqı-satqı müqaviləsi ilə satdıqları 1.0 hektar torpaq sahəsinə qanunsuz Çıxarış əldə etmişlər. Odur ki, qeyd edilənləri nəzərə alıb qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatına uyğun izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, həmçinin X2 hüquqi varisi və Cavabdeh2 nümayəndəsi Cavabdeh3 ilkin iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onlara qarşı Çıxarışın 1.0 hektar hissəsində etibarsız hesab edilməsinə dair tələbi tamamilə əsassızdır. Belə ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 nömrəli qərarı ilə onun- Cavabdeh3 və ailə üzvlərinin, yəni X1nun, anası Cavabdeh2, qardaşı Cavabdeh4 və bacısı X5 mülkiyyətlərinə Qusar rayonu Gican kəndi ərazisindən 5.51 hektar kənd təsərrüfatı təyinalı torpaq sahəsi verilmişdir. X1 21 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 0057 KOD 30112028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. O və ailənin digər üzvləri, yəni sözügedən torpaq sahəsinin mülkiyyətçiləri onlara məxsus olan həmin torpaq sahəsinin hər hansı bir hissəsini heç kimə satmamışlar. 19 aprel 2008ci il tarixdə bağlanmış müqaviləni təsdiq etmək üçün Notariat Kontoruna getməmişlər. 2008-ci ildə özü hərbi xidmətdə olmuş, bacısı Asiyatın isə həmin vaxt 13 yaşı olmuşdur. Qardaşı Raiddin isə ümumiyyətlə nitq qabiliyyətinə malik deyildir. 2015-ci ildə onlar JN- 0057 KOD 30112028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı cəmi 5.51 hektar torpaq sahəsinin ayrı-ayrı mülklərinə ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar almışlar, o cümlədən də, JN-0057 KOD 30112028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı 1.65 hektar sahəyə malik 57V saylı torpaq mülkünə ailə üzvlərinin adlarına ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə təqdim etdiyi Qusar rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 saylı alqı-satqı müqaviləsi saxtadır, həmin müqavilədə onların adından edilən imzalar saxtalaşdırılmışdır, onlar həmin müqaviləyə imza etməmişlər və həmin müqavilənin ümumiyyətlə mövcud olmasından indiyə kimi xəbərsizdirlər. Ümumiyyətlə, həmin müqavilənin mövcud olmasını ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onlara qarşı irəli sürdüyü hazırkı iddiasından sonra bilmişlər. Ona görə də, sözügedən müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 Cavabdeh3 izahatına uyğun eyni məzmunlu izahat verərək ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək Cavabdeh3 göstərdiyi halları təsdiq etmiş, həmçinin izahatında göstərmişdir ki, məlum alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 17 yaşı, Asiyat Cəbrayılovanın isə 13 yaşı olmuşdur. Ona görə də, həmin şəxslər alqı-satqı müqaviləsini imzalamamışlar və onların əvəzinə müqaviləni valideynləri imzalamışlar. İlkin iddia üzrə cavabdehlər torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı dövlət aktı əsasında əldə etmişlər. Bu səbəbdən də, İddiaçı iddiasına məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalıdır. Qarşılıqlı iddia isə əsaslıdır, Asiyat Cəbrayılovanın alqı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmamışdır. Odur ki, iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qarşılıqlı iddia üzrə cavabdeh Qusar rayonu Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi və notariat ofisinin notariusu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İlkin iddia üzrə Cavabdeh2 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Qusar rayon məhkəməsinin hazırkı iş üzrə 17 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı X4 və qeyrilərinə qarşı Seriya RX ******* nömrəli çıxarışın 1.0 hektar hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə icraata xitam verilmiş, İddiaçı, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 adlarına verilmiş daşınmaz əmlakın dövlət reytestrindən Çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0057 KOD 30112028 saylı Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 5.51 ha torpaq sahəsi X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 19 aprel 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-110 olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Gican kəndində yaşayan X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 JN-0057 KOD 30112028 saylı 24 oktyabr 2000-ci il tarixli Dövlət Aktına əsasən onlara məxsus Qusar rayonu Gican kəndində yerləşən 1.0 ha torpaq sahəsini Qusar rayonu Quxur oba kəndində yaşayan İddiaçı 2500 manata satmışlar. İşdə olan seriya nömrəsi RX olan, ******* saylı 28.11.2015-ci il tarixli daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********58 olan, Qusar rayonu Gican kəndi ərazisində olan 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, payları ümumi birgə olmaqla hüquq sahibləri X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9r. İşdə olan AZ-İİ 012453 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 dekabr 2019-cu il tarixdə ölmüşdür. İşdə olan 19 aprel 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-110 olan alqı-satqı müqaviləsi üzrə notariat işinin materiallarında olan X2 və Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş 19.04.2008-ci il tarixli ərizələrindən görünür ki, onlar yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh3 həmin alqı-satqı müqaviləsini imzalamasına razı olduqlarını bildirmişlər, həmçinin X6 yerinə həmin müqaviləni onların imzalamalarını xahiş edərək həmin şəxsin əmlakının satışından əldə olunan gəliri onun naminə xərcləyəcəklərini bildirmişlər. İşdə olan XVİ-JQ 371912 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 1991-ci ildə anadan olmuş, atası Cavabdeh1 Sabrulla oğlu, anası Cavabdeh2dır. İşdə olan XİX-JQ 296895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 aprel 1995-ci ildə anadan olmuş, atası Cavabdeh1 Sabrullah oğlu, anası Cavabdeh2dır. İşdə olan AA2038932 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 26.04.1995-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qusar RPŞ-nin Həzrə PB-dən verilmiş 13.03.13-cü il tarixli 69 saylı arayışdan görünür ki, Cavabdeh1 Sabrullah oğlu 12.02.2013-cü il tarixdə Qusar RPŞ-nin Həzrə PB-nə müraciət edərək 2000-ci ildə Qusar rayon Aqrar İslahat Komissiyasının 14.12.2000-ci il tarixli 08/04 nömrəli qərarına əsasən 24.10.2000-ci ildə verilmiş JN-0057 (kod: ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının naməlum şəraitdə itməsini bildirmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində naməlum şəraitdə itmiş JN-0057 (kod: ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının tapılması mümkün olmamışdır. İşdə olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəsatəti əsasında təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 4/1220 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “1” rəqəminin qarşısındakı imza və “Əhmədxanov Z” yazısı – X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “2” rəqəminin qarşısındakı imza və “Ахмəдханва С” yazısı – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “3” rəqəminin qarşısındakı imza və “Əhmədxanov Ə” yazısı – Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “4” rəqəminin qarşısındakı imza və “Əhmədxanov” yazısı - Cavabdeh4 tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli 4/1220 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 4/1220 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 5.51 ha torpaq sahəsi X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızının xüsusi mülkiyyətlərinə verilmişdir. 19 aprel 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-110 olan alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 1.0 ha hissəsi İddiaçı satılmışdır. Həmin müqavilə bağlanarkən Mülki Məcəllənin hər hansı tələbləri pozulmamış, hər bir tərəf özünün sərbəst iradə ifadəsinə əsaslanaraq müqaviləni imzalamışlar və notariat orqanı tərəfindən həmin müqavilənin qanuniliyi yoxlanılaraq müvafiq qaydada təsdiq olunmuşdur. Bununla da, həmin müqavilənin istər məzmunu, istərsə də forması qanunun tələblərinə uyğun olmuşdur. Müqavilənin tərəfi olmuş Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin müqavilənin onların tərəflərindən imzalanmadığını bildirsələr də, məhkəmə-xətşünaslıq ekspertizasının yuxarıda göstərilən məlum rəyi ilə həmin müqavilənin məhz X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən imzalandığı məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, 19 aprel 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-110 olan alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin heç bir tələbləri pozulmamış, əksinə həmin Məcəllənin tələblərinə tam uyğun bağlanmışdır. Odur ki, məhkəmə Asiyat Cəbrayılovanın dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin müqavilə etibarsız hesab edilə bilməz və qarşılıqlı iddia əsassızdır, rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Asiyat Cəbrayılova öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizası Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 112 (yüz on iki) manat məbləğində məhkəmə xərcləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X14, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cəbrayılova (Əhmətxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə 112 (yüz on iki) manat məbləğində məhkəmə xərcləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X14, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-69/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-69/2021
17.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver