Məhkəmə qərarları › İş №2(029)-697/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-697/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-697/2025 07.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD30107018 JN:362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, KOD 30107018 JN:362 saylı 17 avqust 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvləri Maraqlı şəxs3, Maraqlı şəxs2 və Həsənbəyova (Əzizova) Elnarə Valeh qızına məxsusdur. Bu yaxınlarda o və digər ailə üzvləri torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təkrar qeydiyyatı ilə bağlı müvafiq qeydiyyat orqanı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Ravşan”, ata adı “Muldaşevna” olduğu halda “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı səhvən “Rauman”, ata adı isə səhvən “Moldatevna” göstərilmişdir. Həmin səhvlərə görə isə o, torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirə bilmir. KOD30107018 JN:362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adının və ata adının səhv yazılması yaşadıqları və torpaq sahəsinin yerləşdiyi kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. KOD30107018 JN:362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edir ki, həmin sənədin digər mülkiyyətçilərlə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, öz tələbini müdafiə edir, məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Həsənbəyova (Əzizova) Elnarə Valeh qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:362 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Gədəzeyxur kəndi ərazisində yerləşən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs3, Maraqlı şəxs2, X2 və X1 mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli 03 saylı arayışdan görünür ki, JN-362 Kod 30107018 saylı torpağa mülkiyyət hüququna dair X5 Rauman Moldatevna qeyd olunmuşdur. Həqiqətən onun adının doğru yazılışı Ərizəçidır. İşdə olan AZ-İ 116660 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 rəsmi nikaha daxil olmuşlar və Elnarə Əzizova “Həsənbəyova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Kod 30107018 JN-362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Kod 30107018 JN-362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslərdən biri məhz Ərizəçidır. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD30107018 JN:362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar