Məhkəmə qərarları › İş №2(029)-698/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-698/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-698/2020 20.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi4 iştirakı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlışəxslər Maraqlı şəxs1 və DaşınmazƏmlakınDövlətReyestriXidmətinin 5 saylı X14rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14rşı hüquqiəhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X5”nun, “Ərizəçi1, “Ərizəçi2 Nuruddin qızı”nın, “X9”nın, “X11”nın və “Ərizəçi4 İbrahim oğlu”nun adlarına verilmiş JN:00xx xxx 30124038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara-yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon X8 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, ölmüş şəxs X2 və Maraqlı şəxs1 Qusar rayonu Kuf-oba kəndi ərazisindən 4,50 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:00xx xxx 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. Həmin dövlət aktında ölmüş şəxs Seyfəddin Hacıyevin ata adı “Həzibəy oğlu”, Ərizəçi2 ata adı “Nuruddin qızı”, Ərizəçi3 ata adı “İbrahim qızı”, Ərizəçi4 ata adı isə “İbrahim oğlu” kimi qeyd edilmişdir. Şəxsiyyəti təsdiq edən bütün sənədlərdə isə ölmüş şəxs Seyfəddin Hacıyevin ata adı “Yazibəy oğlu”, Ərizəçi2 ata adı “Nürəddin qızı”, Ərizəçi3 ata adı “İbrahim oğlu”, Ərizəçi4 ata adı isə “İbrahimoviç” kimi qeyd edilmişdir. Əslində JN:00xx xxx 30124038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında da həmin şəxslərin soyadları, adları və ata adları şəxsiyyəti təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin dövlət aktında olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 müraciət etmişlər, lakin JN:0xx xxx 30124038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yuxarıda göstərilən şəxslərin ata adları səhv qeyd edildiyi üçün həmin idarə onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin dövlət aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi4 ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi4 izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30124038 JN:0040 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon X8 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 nömrəli qərarı ilə Qusar rayonu Kuf-oba kəndində yerləşən 4.50 ha torpaq sahəsi X1, Ərizəçi1, Ərizəçi2 Nuruddin qızının, X4, X7, Ərizəçi4 İbrahim oğlunun xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 266 saylı arayışdan görünür ki, Qusar rayon X8 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 nömrəli qərarı ilə verilmiş JN:00xx xxx 30124038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçilərin adları səh olaraq aşağıdakı kimi yazılmışdır: X5, Ərizəçi1 Seygfəddin oğlu, Ərizəçi2 Nuruddin qızı, X9, X11, Ərizəçi4 İbrahim oğlu. Həqiqətdə onların adları aşağıdakı kimi yazılmalıdır: X6, Ərizəçi1, Ərizəçi2, X9, Ərizəçi3, Ərizəçi4. İşdə olan AZ 097261 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X10 ilə X9 arasındakı nikah Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış xx.xx.2006-cı il tarixli 03 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Nərgiz Hacıyeva “Qurbanova” soyadını qəbul etmişdir. İşdə olan Seriya AZE ********, Seriya AZE ********, Seriya AZE ********, Seriya AZE 0*******, Seriya AZE ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçilərin və Maraqlı şəxs1 soyadları, adları və ata adları müvafiq olaraq aşağıdakı kimidir: Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Maraqlı şəxs1, Ərizəçi3. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16xx.xx.2020-ci il tarixli **********67 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-0xx xxx 30124038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi1 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilərtərəfindən təqdim edilmiş Qusar rayonu Kuf-oba kəndində yerləşən 4.50 ha torpaq sahəsinə dair verilmiş KOD 30124038 JN:0040 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktıonlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlarqanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Kuf-oba kəndində yerləşən 4.50 ha torpaq sahəsinə dair verilmiş dövlət aktında hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, həmçinin xx xxxxxx 2001-ci il tarixdə ölmüş X3r.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Kuf-oba kəndində yerləşən 4.50 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30124038 JN:0040 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, həmçinin xx xxxxxx 2001-ci il tarixdə ölmüş X2 və Maraqlı şəxs1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar