Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-700/2023 14.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh, X9 və Quba Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X9 və Quba Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (X8 əvəzinə) ilə X14 arasında bağlanmış 28 aprel 2023-cü il tarixli reyestrdə 4Ə-979 Nilə qeyd edilib,informasiya sisteminə daxil edilmiş və 28 aprel 2023-cü il tarixli reyestrdə 4Ə-980N ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Bədişqala kəndində yaşayır. X1 adında məxsus Qusar rayonu Qənərçay kəndində kənd təsərrüfat təyinatlı torpaq sahələri var. Hər bir torpaq sahəsinə ayrı olaraq çıxarışlar verilmişir (Çıxarışların surətləri iddia ərizəsinə əlavə olunub). X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi Kəskin transmural infarktı. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 05 ayının 05 günündə 218 N ilə qeyd edilmişdir. Qeyd edilən yer Qusar rayon Qeydiyyat şöbəsi. Ölüm haqqında şəhadətnamə verilb xx.xx.2023-cü il tarixdə. X8 vəfat etdiyi günə kimi Qusar rayonu Bədişqala kəndində yaşamışdır və onun ölümündən sonra X6-həyat yoldaşı, X16 (övladı), İddiaçı (övladı) və Şixqayıbova (Məmmədova) Gülşən Nemət qızı (övladı) vərəsələri qalmışdır. Bu barədə Qusar RİHB-nin Gədəzeyxur kənd İƏD üzrə nümayəndəsi tərəfindən 418 saylı xx.xx.2023-cü il tarixli arayış təqdim olunmuşdur (arayış iddia ərizəsinə əlavə olunub). Cavabdeh ona verilmiş etibarnamədən sui-istifadə edərək atasının ölümündən sonra atasını əvəzinə Qusar rayon Notariat ofisində xx.xx.2021 -ci il tarixdə verilmiş 897 reyestr nömrəli etibarnamə əsasında öz oğlu X14 ilə alqı-satqı müqavilələri bağlanmşdır. Bununla bağlı onun tərəfindən öz iradlarını və atasına məxsus olmuş torpaq sahələrinin geri qaytarılması tələb olunsada müxtəlif bəhanələrlə bunu etməkdən yayınmışdır. Bu hərəkəti ilə cavabdeh atasının ölümündən sonra, yəni etibarnamə qüvvədən düşməsinə baxmayaraq qanunsuz olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla da cavabdeh bilə-bilə qanunsuz hərəkət etmişdir və onun əməli dələduzluq kimi qiymətləndirmək olar, onun bu əməlinə hüquqi qiymət verilməlidir. Belə olan halda sual yaranır ki, Niyə məhz alqı satqı müqavilələri atası rəhmətə gedən 4 gündən- sonra bağlanmışdır, özüdə öz oğlu ilə? Halbuki o müqavilələri atasının sağlığında bağlaya bilərdi.(çünki atası buna razılıq verməmişdi). Atası rəhmətə gedib xx.xx.2023-cü il tarixdə, amma cavabdeh alqı-satqı müqavilələri bağlayıb 28 aprel 2023-cü il tarixdə. Sözügedən alqı-satqı müqavilələrdən onun xəbəri olmamışdır, onun razılığı olmamışdır. Ümümiyyətlə, sözügedən alqı-satqı müqavilələr qanunda nəzərdə tutulduğu qaydada bağlanmadığından hesab edir ki, etibarsızdır. Etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır, çünki alqı-satqı müqavilə bağlayanda həmin etibarnamə qüvvədən düşmüşdür, həmin müqavilələr etibarnamə vermiş şəxsin ölümündən sonra bağlanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsini 2006-cı ildə atası almışdır, torpaq sahəsinə 2011-ci ildə çıxarış alınmışdır. Sonradan atası vəfat etmiş, qeyri iş günləri, bayram günləri ilə əlaqədar olaraq ölüm haqqında məlumat sistemdə yerləşdirilməmiş, cavabdeh mübahisəli torpaq sahəsini öz oğlunun adına keçirib və çıxarış çıxarıb. Atası torpaq sahəsini cavabdehə satmayıb, öz işlərini görməsi üçün cavabdehə etibarnamə verib, atasının ölümündən iki gün sonra cavabdeh torpaq sahəsini öz adına keçirib. Atası 24 aprel 2023-cü il tarixdə vəfat edib, müqavilə 28 aprel 2023-cü il tarixdə bağlanıb. İki alqı-satqı müqaviləsi olub. Cavabdeh ilə onun atasının öz işləri olub. Habil atasının yasında da iştirak edib, atasının ölməsindən xəbəri olub. Emil cavabdeh Habilin oğludur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsi ona və ailə üzvlərinə yəni ona, atasına və arvadına məxsus olub. O, həmin torpaq sahəsindən on ildir ki, istifadə edir. Sonradan o, subsidiyalar almaq üçün müraciət etmiş, həmin vaxt ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə iddiaçının atasının adına şəhadətnamə verilib. Onların heç birinin xəbəri və imzası olmadan torpaq sahəsi iddiaçının atasının adına rəsmiləşdirilib. O da, iddiaçının atasından bu barədə soruşanda torpaq sahəsinin ona məxsus olduğundan xəbəri olmadığını demişdir. O da, iddiaçının ona məxsus torpağını qaytarmasını demişdir. Bundan sonra iddiaçının atası çıxarışları ona qaytarmış və öz şəxsiyyət vəsiqəsinin surətini ona verib torpaq sahələrin öz adına keçirtməsini demişdir. Maddi imkanı olmadığına görə həmin vaxt torpaq sahələri öz adına rəsmiləşdirə bilməmişdir. İddiaçının atası ona etibarnamə vermişdir ki, torpaq sahələrini öz adına keçirtsin. Maddi imkanı olmadığına görə torpaq sahələrini öz adına keçirə bilməmişdir. İddiaçının atası Nemət Məmmədovun nə vaxt vəfat etdiyini bilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh Quba Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin notariusun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, həmin notariat ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Quba Regional "Asan Xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən xx.xx.2023-cü il tarixə saat 14:00-a əyin olunmuş məhkəmə iclasında iştirakı mümkün olmayacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qənərçay kəndində yerləşən 1.392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qənərçay kəndində yerləşən 5.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli 4Ə-980 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu Qənərçay kəndində yerləşən 1.392 ha torpaq sahəsini X9 2500 manata satmışdır. Həmin alqı-satqı müqaviləsinə Cavabdeh X8 əvəzinə Qusar rayon Notariat ofsində xx.xx.2011-ci il tarixdə verilmiş 897 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh imza etmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli 4Ə-979 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu Qənərçay kəndində yerləşən 5.78 ha torpaq sahəsini X9 5000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsinə Cavabdeh X8 əvəzinə Qusar rayon Notariat ofsində xx.xx.2011-ci il tarixdə verilmiş 897 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh imza etmişdir. İş materiallarında olan AZ-İİ 351516 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Qusar şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın)hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: Etibarnamənin müddətinin bitməsi; Etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; Etibarnamə verilmiş şəxsin imtinası; Adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; Adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; Etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasənəgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir Əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “OfertaPlus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Göründüyü kimi, 28 aprel 2023-cü il tarixli 4Ə-980 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 rayonu Qənərçay kəndində yerləşən 1.392 ha torpaq sahəsini, 28 aprel 2023-cü il tarixli 4Ə-979 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən isə X3 rayonu Qənərçay kəndində yerləşən 5.78 ha torpaq sahəsini X2. 28 aprel 2023-cü il tarixli 4Ə-980 və 28 aprel 2023-cü il tarixli 4Ə-979 reyestr nömrəli alqı-satqı müqavilələrində satılan torpaq sahəsi X7 məxsus olmuşdur. 28 aprel 2023-cü il tarixli 4Ə-980 və 28 aprel 2023-cü il tarixli 4Ə-979 reyestr nömrəli alqı-satqı müqavilələrinə satıcı X5 əvəzinə Cavabdeh etibarnamə əsasında imza etmişdir. İş materiallarında olan AZ-İİ 351516 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Qusar şəhərində ölmüşdür. X8 xx.xx.2023-cü il tarixdə öldüyünə görə Mülki Məcəllənin 365.1-ci maddəsinə əsasən X5 Cavabdeh vermiş olduğu etibarnamənin qüvvəsinə xitam verilmiş hesab olunur. 28 aprel 2023-cü il tarixli 4Ə-980 və 28 aprel 2023-cü il tarixli 4Ə-979 reyestr nömrəli alqı-satqı müqavilələrinə satıcı X5 əvəzinə Cavabdeh etibarnamə əsasında imza etdiyindən, lakin X8 xx.xx.2023-cü il tarixdə öldüyündən, X5 əvəzinə Cavabdeh etibarnamənin qüvvəsinə xitam verilmiş hesab olunduğundan 28 aprel 2023-cü il tarixli 4Ə-980 və 28 aprel 2023-cü il tarixli 4Ə-979 reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh X5 ona verdiyi etibarnamə əsasında Qusar rayonu Qənərçay kəndində yerləşən 5.78 ha və 1.392 ha torpaq sahələrini oğlu, iş üzrə digər cavabdeh X2. İş materiallarından da göründüyü kimi, həmin alğı-satqı müqaviləsi bağlanarkən X8 artıq vəfat etmiş, Mülki Məcəllənin 365.1-ci maddəsinə əsasən onun tərəfindən Cavabdeh verilmiş etibarnaməyə xitam verilmiş və etibarnamə etibarsız hesab edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh ilə X14 arasında olan alğı-satqı müqaviləsi qanuna zidd olmuş və ona görə də həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia təmin edilməli, Cavabdeh ilə X14 arasında bağlanmış 28 aprel 2023-cü il tarixli reyestrdə 4Ə-979 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş və 28 aprel 2023-cü il tarixli reyestrdə 4Ə-980 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş alğı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə X14 arasında bağlanmış 28 aprel 2023-cü il tarixli reyestrdə 4Ə-979 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş və 28 aprel 2023-cü il tarixli reyestrdə 4Ə-980 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş alğı-satqı müqavilələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-700/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-700/2023
14.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver