Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-706/2023 30.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi müəyyən edilməsi və onun həmin mirasa dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1ində onun X1na məxsus 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1nın adına rəsmiləşdirlilməklə KOD 30118028 JN-0047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X1 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Mərhum xalası vəfat etdikdən sonra o, xalasına məxsus olan 0.79 ha torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamışdır, hazırda da torpaq sahəsindən o, istifadə edir, torpaq vergilərini də o ödəyir. Mərhum xalasının ondan başqa digər hər hansı vərəsələri yoxdur, vərəsəlik hüququ barədə hər hansı mübahisə yoxdur. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə xx.xx.2023-cü il tarixli 894 saylı məktub verilmişdir. O, mərhum xalası Güləbatın Atluxanovanın mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Belə ki, miras açıldığı vaxtdan həmin mirası o, idarə edir, ondan istifadə edir, orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərir, torpaq vergilərini də ödəyir. Ona görə də hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0047 kod 30118028 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli 4/1 saylı qərarı ilə ünvan 1ində yerləşən 0.79 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon Mucuq Bələdiyyəsindən verilmiş 04 avqust 2023-cü il tarixli 118 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən mərhum X4 məxsus 1.02 ha və ya 10200 kv metr və mərhum X5 məxsus 0.79 ha və ya 7900 kv metr torpaqlarından istifadə edir. İddiaçı Mucuq bələdiyyəsinin vergi ödəyicilərinin siyahısına daxildir və hal-hazırda onun ödənilməmiş vergi borcu yoxdur. İşdə olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 195 saylı arayışdan görünür ki, mərhum X6 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamış və onun ölümündən sonar aşağıdakı vərəsələri qalmışdır. Bacısı oğlu- İddiaçı. İşdə olan xx.xx.2023-cü il tarixli 2(029)-239/2023 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, 03 fevral 2003-cü il tarixdə vəfat etmiş X6 ilə ərizəçi İddiaçı arasındakı qohumluq münasibətləri-yəni mərhum X2 ərizəçi İddiaçı doğma xalası olması faktı müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-0047 kod 30118028 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktı xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mərhum X1na aiddir. İddiaçının X1 03 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Mərhum qalası vəfat etdikdən sonra İddiaçı xalasına məxsus olan 0.79 ha torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamışdır, hazırda da torpaq sahəsindən o, istifadə edir, torpaq vergilərini də o, ödəyir. Bununla da, ərizəçi İddiaçı həmin mirası qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş, mirasa sahiblənməklə və onu idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Miras qoyan Umhani Süleymanovanın ərizəçidən başqa digər hər hansı vərəsələri, o cümlədən vərəsəlik hüququ barədə hər hansı mübahisə yoxdur. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, X2 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və onun həmin mirasa dair vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-706/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-706/2023
30.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver