Məhkəmə qərarları › İş №2(029)-712/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-712/2024

07.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-712/2024 07.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İstehsalat Biriliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Biriliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X1 İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 yanvar 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ona əsassız hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamış saxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlışəxsümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyəhaqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumatlı olmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə vermədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamışsaxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlışəxsümumi qaydada ərizə ilə məhkəməyəyenidən müraciət etməyəhaqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrini üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin114.1.5, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh İstehsalat Biriliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar