Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-715/2023 07.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X4, X11, X5, X8, X9, X10 və X2 qarşı “mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə” dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X4, X11, X5, X8, X9, X10 və X2 qarşı “mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras kütləsinə daxil olan, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və həmin əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,o, xx.xx.1953-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur və indiyədək həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Həmin kənddə onun anası X6 məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.24 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. X29 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl, yəni 05 iyul 2013-cü il tarixdə anası özünə məxsus bütün əmlakını, o cümlədən həyətyanı və pay torpaq sahəsini ona vəsiyyət etmiş, bu barədə vəsiyyətnamə tərtib etmiş, vəsiyyətnamə Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə Nümayəndəliyində 42 reyestr nömrəsi ilə qeyd edilməklə təsdiq olunmuşdur.O, həmin vəsiyyətnamə əsasında mərhum anasına məxsus miras əmlakları vəsiyyətnamə üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir, lakin mirasın qəbulu müddətini buraxdığı bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.O, mərhum anasının mirasını qəbul etmək üçün müddəti ötürsə də, həmin mirası faktiki olaraq qəbul etmiş, evi, həyətyanı və pay torpaq sahələrini o, idarə edir.O, mərhum X29nın mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Belə ki, miras açıldığı vaxtdan həmin mirası o idarə edir, ondan istifadə edir, orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərir, torpaq vergilərini də ödəyir. Ona görə də hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Cavabdeh2 etiraz ərizəsi təqdim edərək iddiaçının iddiasının əsassız olduğunu, İddiaçı ona qarşı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Xədicə Qazıyeva 09 fevral 2017-ci il tarixdə vəfat etmişdir, İddiaçı həmin evdə yaşayır. Zeyvəddinin anası da həmin evdə yaşayıb, cavabdeh Rusiya vətəndaşıdır, həmişə Rusiyada olub, anasına da Zeyvəddin baxıb, dəfn xərclərini də Zeyvəddin görüb. Anası öləndən sonra Zeyvəddin evə sahiblik etməyə başlayıb, mirası faktiki qəbul edib, bu hal akt ilə də sübut olunur, iddiaçı mirası faktiki qəbul etdiyinə görə notariusa müraciət etməyib. İddiaçı vəsiyyətnamə üzrə düşən payı və vərəsəlik yolu ilə düşən payı tələb edir. Vəsiyyətnamə anası tərəfindən edilib, başqa vəsiyyətnamə mövcud deyildir. Cavabdehin yazdığı etirazını qəbul etmir, etirazda vergiləri iddiaçının anasının adından cavabdehin arvadı vergilər ödədiyini yazıb, o, bununla razı deyildir, iddiaçının anası sağ ola-ola onun adından vergilər ödənilməsi absurddur, anası xəstə olsa da vergilər anasının adından ödənilməlidir. Cavabdehin etirazda vergilərin onun arvadı tərəfindən ödədiyi qeyd olunduğu vaxt, iddiaçının anası sağ olub, qəbzlərdən həmin vergilərin hara ödənildiyini, mahiyyəti nə olduğunu bilinmir, bəlkə öz adında olan əmlaklara dair ödənilmiş vergi qəbzləridir. İddiaçının iddia etdiyi ev valideynlərdən qalan 1946-cı ildə tikilmiş evdir, iddiaçı həmin evdə yaşayıb, hazırda da orada yaşayır. İddiaçının iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və bildirmişdir ki,vəsiyyətnamədə ev qeyd olunmayıb, yalnız torpaq sahəsi yazılıb. Anası sağ olanda həmin vəsiyyətnamədən xəbəri olmayıb, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra xəbər tutmuşdur. İddiaçı anasını aldadıb kart almaq məqsədi ilə aparıb vəsiyyatnaməyə qol çəkdirib. Onun bütün sənədləri var, bələdiyyədən arayış da var. Vəsiyyət olunan torpaq sahəsindən o, istifadə etmişdir. O, özü sovet vaxtından Rusiya vətəndaşıdır. O, pensiya alır, arvadı ilə yaşadığı evdə qeydiyyata düşmüşdür. O, ailə qurduqdan sonra arvadı ilə başqa ev tikib yaşamışlar, hazırda da həmin evdə yaşayır. Anası da onunla qalıb, anasına o baxmışdır. O, 1984-cü ildə ailə qurmuşdur, ailə qurduqdan sonra ayrı evdə yaşamışdır, Zeyvəddin isə atasından qalan evdə yaşayıb. Toydan sonra o,hərbi xidmətə getmiş, qayıtdıqdan sonra Bakı şəhərində oxumağa getmişdir. Ata və anasının evini Zeyvəddinə saxlamış, o isə ayrı evdə yaşamışdır. Anası vəfat etdikdən sonra o, Zeyvəddinin yaşadığı evə getməmişdir, orada hər hansı təsərrüfat aparmamışdır, həmin evdə ancaq Zeyvəddin ailəsi ilə yaşayıb. Zeyvəddin, anası rəhmətə getdikdən sonra da həmin evdə yaşayır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxslər X4, X11, X5, X8, X9, X10 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 819214 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 fevral 2017-ci il tarixdə Qusar rayon Gedəzeyxur kəndində ölmüşdür. İşdə ola xx.xx.2022-ci il tarixli 33 saylı Qusar rayonu Gədəzeyxur Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, həqiqətən İddiaçı mərhum anasına X6 məxsus 0.24 ha həyətyanı torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. İşdə olan xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Qusar rayonu Gədəzeyxur kəndində yaşayan X12 ona məxsus olan bütün əmlakı, o cümlədən JN-450F şəhadətnamə ilə mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsini və JN- 0173 KOD 30107018 dövlət aktı ilə təhkim olunmuş 0.378 ha əkin sahəsini oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan 06 avqust 2022-ci il tarixli X-1119 saylı Qusar rayon Notariat ofisindən verilmiş məlumatdan görünür ki, İddiaçı, X1 və X13 vərəsələri sırasına daxildir. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli 1333 saylı arayışdan görünür ki, Qazıyev NəsrədMizan oğluvəfat etdiyi günə kimi ünvan 1 ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X14, X19, İddiaçı, X15, Cavabdeh2, X16, X17, X18 və X7. Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. İşdə olan 12 dekabr 2019-cu il tarixli A.Babayev, M.Vəlixanova, İddiaçı, K.Yaqubov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həqiqətən İddiaçı hal-hazırda ünvan 1ində mərhum anası X3 evində yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlə Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarının tələblərinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni zamanda Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, miras qoyan Xədicə Qazıyeva xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl, yəni 05 iyul 2013-cü il tarixdə həmin şəxs özünə məxsus bütün əmlakını, o cümlədən həyətyanı və pay torpaq sahəsini İddiaçı vəsiyyət etmiş, bu barədə vəsiyyətnamə tərtib etmiş, vəsiyyətnamə Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə Nümayəndəliyində 42 reyestr nömrəsi ilə qeyd edilməklə təsdiq olunmuşdur. Həmin vəsiyyətnamə qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, miras qoyan Xədicə Qazıyevanın mirasına dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. Cavabdeh həmin miras əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair müraciət etməmiş, həmin miras əmlaka vərəsə kimi sahib olmaq istəyini bildirməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Eyni zamanda məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras qoyan Xədicə Qazıyevanın ölümündən sonra həmin şəxsin miras kütləsinə daxil olan miras əmlaklara yiyələməklə onları idarə etmiş, 1946-cı ildə inşa olunmuş fərdi yaşayış evində yaşamış, eyni zamanda torpaq sahələrindən istifadə etmişdir. Bununla da, İddiaçı miras qoyan Xədicə Qazıyevanın miras əmlaklarını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. İddiaçının 1946-cı ildə inşa olunmuş fərdi yaşayış evində yaşaması məhkəmə iclasında cavabdehin izahatı ilə də təsdiq olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı,X1 miras kütləsinə daxil olmuş Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyə edilməli və həmin əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X1 miras kütləsinə daxil olmuş Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-715/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-715/2023
07.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver