Məhkəmə qərarları › İş №2(029)-716/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-716/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-716/2020 24.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Vəkilov Rövşən Ənvər oğluna, Vəkilova Elvira Ənvər qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Vəkilov Rövşən Ənvər oğluna, Vəkilova Elvira Ənvər qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilova Elvira Ənvər qızına, Vəkilov Rövşən Ənvər oğluna və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon X1 xx xxxxxxx 1998-ci il tarixli 17/3 saylı qərarı ilə onlara Qusar rayonu, Hil kəndi ərazisindən 3.90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsini onlar təyinatı üzrə istifadə edirlər. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Hazırda həmin torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirmək istəyirlər. Lakin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından yanlışlıqlara yol verilmişdir. Belə ki, onun adı səhvən "Güləhməd”, Maraqlı şəxs1 atasının adı səhvən “Güləhməd” yazılmışdır. Əslində isə şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq “Gülməhəmməd” yazılmalıdır. Bu yaxınlarda onlar həmin Dövlət Aktındakı səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs1 Ərizəçi izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 qız, Maraqlı şəxs3, Maraqlı şəxs4, Vəkilova Elvira Ənvər qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilov Rövşən Ənvər oğlu, Vəkilova Elvira Ənvər qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Vəkilova Elvira Ənvər qızının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon X1 xx xxxxxxx 1998-ci il tarixli 17/3 nömrəli qərarı ilə Maraqlı şəxs1 Güləhməd oğlunun, Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilova Elvira Ənvər qızının, Vəkilov Rövşən Ənvər oğlunun və Vəkilov Güləhməd Ənvər oğlunun mülkiyyətinə Qusar rayonu Hil kəndi ərazisindən 3.90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 tərəfindən Vəkilov Rövşən Ənvər oğluna ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli **********25 nömrəli cavab məktubundan görünür ki, JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1141W hissəsinə dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 tərəfindən Maraqlı şəxs1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********60 nömrəli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-1182F KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətna JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 149-19346V-1219 nömrəli Arayışdan görünür ki, Maraqlı şəxs1 xx xxxxxx 2019-cu il tarixdə Qusar RPŞ-nə ərizə ilə müraciət edərək onun və ailə üzvlərinin adına verilmiş torpağın mülkiyyət hüququna dair JN 1141, kod 30111018 nömrəli Dövlət Aktını naməlum şəraitdə itirdiyini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin sənədin tapılmasını təmin etmək mümkün olmamışdır. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1423 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, ünvan 3ində yerləşən pay torpaq sahəsinə verilmiş JN-1141 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yazılmış hüquqi şəxslərin atasının adı Güləhməd oğlu və adı Güləhməd səhvən yazılmışdır. Əslində şəxsiyyət vəsiqələrində olduğu kimi Maraqlı şəxs1 və Ərizəçi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1956-cı il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Hil kəndi ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1992-ci il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Hil kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1963-cü il tarixdə ünvan 3ində anadan olmuş, hazırda Qusar rayonu, Hil kəndi ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 məxsusdur. Məhkəmə Ərizəçi və Maraqlı şəxs1 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilova Elvira Ənvər qızına, Vəkilov Rövşən Ənvər oğluna və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-11xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Vəkilova Elvira Ənvər qızına, Vəkilov Rövşən Ənvər oğluna və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar