Məhkəmə qərarları › İş №2(029)-716/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-716/2022

07.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-716/2022 07.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə ölmüş X2nun miras əmlakına Qusar rayon Notariat ofisi tərəfindən Cavabdeh verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli X37 X19 etibarsız hesab edilməsinə, X2nun mirasının onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasına, Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən edilərək onun vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə Azərbaycan Respublikası Qusar rayonu Kuzun-Qışlaq kəndində anadan olmuş və anadan olduğu gündən 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X2na məxsus Qusar rayon Kuzun-Qışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X2 ilə nənəsi X22 birgə nikahından Ələkbər Əlismanov (vəfat etmişdir), Cavabdeh, Ələsgər Balayev (vəfat etmişdir), Mütəllim Balayev və Səlimə Balayeva adlarında 5 övladı olmuşdur. X7 xx.xx.2002-ci ildə vəfat etmişdir. O, 2009-cu ilə ailə həyatı qurmuş və ailə qurduqdan sonra da ailəsi ilə birlikdə babasına məxsus həmin evdə yaşayır. X3 02 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 yanvar 2013-cü il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. X3 Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən özünə məxsus evini, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini ona-yəni İddiaçı vəsiyyət etmişdir. Bununla razılaşmayan bibisi Cavabdeh Məmmətbağır qızı və onun nümayəndəsi X6 rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-ə üzrə nümayəndəliyinə və ona qarşı Qusar rayon Məhkəməsində iddia qaldıraraq həmin nümayəndəliyin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli xx.xx.2012-ci il tarixli qeydin ləğv edilməsinə, həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə Qusar rayon Məhkəməsində baxılaraq iddianın təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnamə qəbul edilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-41/2020 saylı qətnaməsindən verdiyi şikayətə Apellyasiya Məhkəməsində baxılaraq Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixli, 2(105)-1627/2020 saylı qətnamə qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh Məmmətbağır qızı kassasiya şikayəti vermiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1193/21 nömrəli qərarı ilə Cavabdeh Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 2(105)-1627/2020 nömrəli 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da 02 yanvar 2013-cü il tarixdə ölmüş mərhum babası X10, özünə məxsus olan Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən evinin, evin inventar avadınlıqlarının, pay torpaq sahələrinin ona vəsiyyət edilməsinə dair Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-üzrə nümayəndəliyinin qeydlər kitabında xx.xx.2012-ci il tarixdə 8 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnaməsi təsdiqini tapmışdır. Bundan əlavə o, anadan olduğu xx.xx.1985-ci il tarixdən bu günə qədər babası X12 məxsus olan Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən evində yaşayır və babası Məmmədbağır Balayev xx.xx.2013-cü ildə vəfat etdikdən sonra da onun əmlakına o, sahiblik edərək idarə etmişdir. Buna baxmayaraq, Qusar rayon Notariat Ofisinin xüsusi X5, babası X10 vərəsəsi kimi Cavabdeh Məmmətbağır qızını miras əmlakdan 1/1 hissədə pay almaqla qanun üzrə vərəsə kimi təsdiq etmiş və ona xx.xx.2020-ci il tarixli reyestrdə 2V-281 nömrə ilə qeyd edilən X37 X28 təqdim etmişdir. X1 miras qalmış ünvan 1i ünvanında yerləşən əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanıyaraq vərəsəlik şəhadətnaməsinin verilməsi barəsində müraciətinə Qusar Rayon Notariat Ofisi 16 iyul 2020-ci il tarixli X-741 saylı və 16 iyul 2021-ci il tarixli X-742 saylı məktublarla cavab verərək miras əmlaklarına tam hissədə Cavabdeh Məmmədbağır qızının adına vərəsəlik X28 verildiyi üçün vəsiyyətnamə üzrə vərəsəlik X19 verilməsinin mümkün olmadığını bildirmiş və bununla bağlı mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Mərhum babası X10 əmlakı vəsiyyət üzrə ona keçməlidir. İddiaçı və məcburi payı olan digər vərəsələr qanunla müəyyən edilmiş həcmdə mirasdan pay ala bilər. Lakin, onların bu paydan imtina etməsi istisna edilmir. Belə olan halda həmin pay vəsiyyət üzrə vərəsələrə keçir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, babası Məmmədbağır Balayev 02 yanvar 2013-cü il tarixdə vəfat etdikdən sonra həmin şəxsə məxsus olan, ünvan 1ində yerləşən evdə o və ailəsi yaşamışlar. Babası özünə məxsus bütün əmlakları, torpaq sahələrini və fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Onun atası babasından əvvəl, xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Babası vəfat etdikdən sonra bibisi Cavabdeh orada yaşamamış, bir gün belə orada qalmamış, yalnız arada polis və vəkillə gəlib torpaq sahələrinə görə mübahisələr etmişdir. Babasına məxsus olmuş evdə bibisi Cavabdeh məxsus heç bir əşya yoxdur. Evin kommunal xərclərini, torpaq sahəsinin torpaq vergisini o, özü ödəyir. Bununla da, o, mərhum babasının mirasını faktiki olaraq qəbul etmişdir. X38 şəhərində yaşayır, onun özünün evinin olub-olmamasını bilmir, aralarında münasibət yoxdur, bir-birilərinin evlərinə gedib-gəlmirlər. Babası vəfat etdikdən sonra nənəsi Gül Balayevanı bibiləri və əmisi Qubaya aparıb orada baxmışlar, nənəsi Gül Balayeva babasından sonra, 26 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı 1985-ci ildə ünvan 1ində yerləşən, babası Məmmədbağır Balayevə məxsus evdə anadan olmuş və həmin evdə yaşamışdır. İddiaçının babası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat etdikdən sonra da, iddiaçı həmin evdə yaşamaqda davam etmiş, hazırda da həmin evdə yaşayır və bununla da, iddiaçı babasının bütün mirasını faktiki qəbul etmişdir. İddiaçının babası Məmmədbağır Balayev xx.xx.2012ci il tarixli vəsiyyətnamə əsasında özünün bütün əmlaklarını, o cümlədən fərdi yaşayış evini iddiaçıya vəsiyyət etmişdir. Cavabdeh həmin vəsiyyətnamə üzrə qeydin ləğv edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı Qusar rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən iddia təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Qusar rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həmin kassasiya şikayəti təmin edilməmişdir. Bununla da, xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin qanuni olması təsdiq olunmuşdur. Lakin, Qusar rayon Notariat ofisi İddiaçılə Cavabdeh arasında olan məhkəmə mübahisəsinin nəticəsini gözləmədən Məmmədbağır Balayevin mirasına aid olan torpaq sahəsinin bütövlükdə Cavabdeh verilməsi barədə 16 may 2020-ci il tarixli 2V-281 reyestr nömrəli X37 şəhadətnaməsi vermişdir. Halbuki, Məmmədbağır Balayevin mirasına dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalı idi. Bundan başqa, mirasın qəbulu müddəti də müzakirə olunmalı idi. Çünki, iddiaçının babası Məmmədbağır Balayev xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, bir neçə dəfə Cavabdeh barışıq təklif etmiş, sonuncu barışmaq istəməmişdir. Cavabdeh torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etdikdən dərhal sonra satmışdır. Onlar iddiaçı tərəf olaraq Məmmədbağır Balayevin mirasının qanuni şəkildə bölüşdürülməsinə razıdırlar, Cavabdeh öz payı ilə əlaqədar məhkəmədə iddia qaldıra bilər. Hesab edir ki, Cavabdeh adına verilmiş X37 X28 etibarsız hesab edilməli, İddiaçı babasının mirasını qəbul etməsi müddət uzadılmalı və onun vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Odur ki, iddianın təmin edilməsi, xx.xx.2013-cü il tarixdə ölmüş X9 miras əmlakına Qusar rayon Notariat ofisi tərəfindən Cavabdeh verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli X37 X19 etibarsız hesab edilməsinə, X9 mirasının iddiaçının tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasına, Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən edilərək iddiaçının vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı dedikləri yalandır. Məmmədbağır Balayev onun atasıdır. Atasının 5 övladı olmuş, onlardan iki nəfəri vəfat etmiş, hazırda iki bacı, bir qardaş qalmışlar. İddiaçı onun qardaşı oğludur. Elbrus onun atası Məmmədbağır Balayevə məxsus evdə anadan olmuş, lakin sonradan özünün atasının inşa etdirdiyi evdə yaşamışdır. Ailə həyatı qurduqdan sonra isə arvadını da götürüb Bakı şəhərinə getmişdir. Onun atası Məmmədbağır Balayev vəfat etdikdən sonra o, mütəmadi olaraq mübahisəli evə gəlibgetmiş, hətta 2016-cı ilə qədər evin vergilərini də ödəmişdir. Son 6 il olar ki, o, mübahisəli evdə yaşamır, çünki iddiaçı onu orada yaşamağa qoymur. Onun yaşamağa evi yoxdur, gah qardaşının, gah da bacısının evində yaşayır. O, əvvəllər ailə həyatı qurmuş, 35 il olar ki, ayrılmışdır. Onun anası atasından sonra vəfat etmişdir. O, əvvəllər həm atasına, həm də anasına baxmış, mütəmadi olaraq atasının evinə gəlib orada yaşamışdır. Atası ona heç vaxt deməmişdir ki, Elbrusun adına vəsiyyətnamə yazmışdır. Atası və anası öldükdən sonra o, vaxtında onların mirasını qəbul etmək barədə notariat orqanına müraciət etməmiş, bu barədə müraciət etməli olduğunu bilməmişdir. Elbrusun adına verilən vəsiyyətnamənin ləğv edilməsi barədə Qusar rayon məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. xx.xx.2020-ci il tarixdə Qusar rayon Notariat Ofisi onun adına X37 şəhadətnaməsi vermişdir. Elbrusun adına verilən vəsiyyətnamə qanunsuzdur, hazırda Elbrus onun atasının evində yaşamır, özü üçün ev tikib ailəsi ilə birlikdə orada yaşayır. Onun isə yaşamağa evi yoxdur, onunbunun evində utana-utana yaşayır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisələndirilən X37 şəhadətnaməsinin verildiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh, onun atası Məmmədbağır Balayev və anası olmuşdur. Həmin torpaq sahəsinin 1/3 hissəsi Cavabdehdır. Qusar rayon Notariat Ofisi Məmmədbağır Balayevin bütün vərəsələrini çağırmış və daha sonra məlum vərəsəlik şəhadətnaməsini vermişdir. Hesab edir ki, həmin şəhadətnamə qanunidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Qusar rayon Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan reyestr kitabında xx.xx.1989-cu il tarixdə 6 nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1ində 2500 kv.metr torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli, reyestrdə 8 nömrə ilə qeyd edilməklə Qusar rayon İHB-nın Kuzun qışlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə ona məxsus olan bütün əmlaklarını, o cümlədən ünvan 1indəki evini, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini, həyət tikililərini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə iki şahid tərəfindən də imzalanmışdır. Həmçinin, həmin vəsiyyətnaməyə edilmiş xx.xx.2017-ci il tarixli qeyddən görünür ki, vəsiyyətnamə qeyd aparılan xx.xx.2017-ci il tarixdə qüvvədə olmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında arayışdan görünür ki, X15 xx.xx.1961-ci ildə anadan olmuş, atası X13, anası X26r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 may 2016-cı il tarixli ölüm haqqında arayışdan görünür ki, X17 25 dekabr 2002-ci il tarixdə ölmüşdür. İşdə olan Xİ-JQ 274517 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuş, X7, anası X20r. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Qusar rayon İHB-nın Kuzun Qışlaq İƏD üzrə nümayəndəliyinə və İddiaçı qarşı qeydin ləğv edilməsi, əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, X13 tərəfindən İddiaçı vəsiyyətnamənin verilməsi barədə Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, 23 may 2012-ci il tarixli qeyd ləğv edilmiş, həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli, 23 may 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1627/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)- 41/2020 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh Qusar rayon İHB-nın Kuzun Qışlaq İƏD üzrə nümayəndəliyinə və İddiaçı qarşı qeydin ləğv edilməsi, əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnaməni qeydə alarkən notariat hərəkətlərini həyata keçirən şəxsin yol verdiyi nöqsan və çatışmazlıq vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz. Qeyd edildiyi kimi iddiaçı mübahisələndirilən vəsiyyətnamənin atasının iradə ifadəsi olmadığını, onun tərəfindən imzalanmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim, mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, daha öncə qeyd olunduğu kimi vəsiyyətnamə iki şahidin iştirakı ilə tərtib olunub və notarial qaydada təsdiq edilib. Cavabdehin də qeyd etdiyi kimi vəsiyyətnamə sadə yazılı formada da tərtib edilə bilərdi. Bu halda hər hansı notarial təsdiqə ehtiyac da olmazdı.” İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1193/21 saylı qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1627/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1.3052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X9 və X22 ümumi birgə mülkiyyətindədir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 16 may 2020-ci il tarixli 2V-281 reyestr nömrəli X37 X19 surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X9 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.3052 ha olan torpaq sahəsindən X11 məxsus hissəsindən 1/1 miras payı verilmişdir. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli X-741 saylı məktubdan görünür ki, İddiaçı 02 yanvar 2013-cü ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair vərəsəlik X19 verilməsi barəsində müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin şəxsə vərəsəlik hüququ haqqında şəhadədnamənin verilməsi, miras əmlakına tam hissədə Cavabdeh Məmmədbağır qızının adına vərəsəlik X19 verildiyi üçün mümkün deyildir. Həmçinin, notariat ofisinə təqdim edilmiş vəsiyyətnamənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun olaraq tərtib edilmədiyi müəyyən edilmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə görə vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa vəsiyyətnamədə vəsiyyət edəndən başqa iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. Bundan başqa, X13 vəfat etdikdən sonra Qusar rayon Notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Bu səbəbdən vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması, verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvi, qanunla müəyyən olunmuş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən X37 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X37 zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar X37 zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X37 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik miras əmlakın vərəsələrə qanun və vəsiyyət üzrə olmaqla iki əsasla keçməsini müəyyən etmişdir. X37 o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur və ya vəsiyyətnamə tam və ya hansısa hissədə etibarsız hesab olunur. Hazırkı halda, miras qoyan X13 öldüyü günə özünə məxsus olan bütün əmlakları, o cümlədən fərdi yaşayış evini, onun inventar avadanlıqlarını və bütün torpaq sahələrini nəvəsi, iş üzrə İddiaçı vəsiyyət etmiş, bu barədə xx.xx.2012-ci il tarixli vəsiyyətnamə tərtib etmiş və həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Kuzun qışlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən həmin tarixdə reyestrdə 8 nömrə ilə qeyd edilməklə iki şahidin iştirakı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədədir. Həmin vəsiyyətnamə Cavabdeh iddiasına əsasən Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1627/2020 saylı qətnaməsi ilə Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1193/21 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1627/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, həmin vəsiyyətnamənin qanuni və əsaslı olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Buna baxmayaraq, Qusar rayon Notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə deyil, X37 müəyyən olunmaqla Cavabdeh adına 16 may 2020-ci il tarixli 2V-281 reyestr nömrəli X37 X28 verilmişdir. Bununla da, Qusar rayon Notariat ofisi tərəfindən mülki qanunvericiliyin vərəsəlik hüququ münasibətlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, miras qoyan Məmmədbağır Balayev özünün bütün mirasına dair vəsiyyətnamə qoyduğu üçün onun mirasına dair X37 müəyyən oluna bilməzdi. Yalnız müraciət olunduğu halda vəsiyyət edənin (Məmmədbağır Balayevin) uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay tələb etmək hüquqları vardır. Hansı ki, belə bir tələb də irəli sürülməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar rayon Notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş 16 may 2020-ci il tarixli 2V-281 reyestr nömrəli X37 X28 Mülki Məcəllənin tələbləri, o cümlədən iddiaçının vərəsəlik hüququ pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir. Bundan başqa, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras qoyan Məmmədbağır Balayev tərəfindən ona vəsiyyət olunmuş fərdi yaşayış evində anadan olmuş, orada böyümüş və miras qoyanın ölümündən sonra da orada yaşamaqda davam etmiş, həmin fərdi yaşayış evinə sahiblənməklə onu vəsiyyət üzrə vəsərəlik qaydasında qəbul etməsi barədə niyyətini öz davranışları və hərəkətləri ilə nümayiş etdirmişdir. Həm də bunu o, məhz mirasın qəbulu üçün müəyyən edilmiş müddət daxilində etmişdir. Bununla da, İddiaçı mirasın qəbul edilmişi ilə bağlı qanunla müəyyən edilmiş müddət daxilindı müvafiq notariat orqanına ərizə ilə müraciət etməsə də, o, mirası faktiki üsulla qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mirasın formal üsulu ilə qəbul edilməsi müddəti uzadılmaqla onun miras qoyan Məmmədbağır Balayevin mirasına dair vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Bundan başqa, Qusar rayon Notariat ofisinin 16 iyul 2021-ci il tarixli X-741 saylı məktubu ilə İddiaçı vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin vəsiyyətnamənin Notariat hərəkətlərinin aparılması qaydalarının tələblərinə uyğun tərtib edilməməsi müəyyən edildiyi üçün mümkün olmadığı barədə mövqeyi ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamənin təlimatın hər hansı tələbinə uyğun tərtib edilməməsi onun məhz miras qoyan Məmmədbağır Balayevin iradə ifadəsini əks etdirməsini, onun öz mirasına dair sərəncam verməsini şübhə altına alan hal kimi qəbul edilə bilməz. Bundan başqa, həmin vəsiyyətnamənin miras qoyanın iradə ifadəsini əks etdirməsi, onun əqd kimi Mülki Məcəllənin tələblərinə uyğun olması Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdur. Odur ki, məhkəmə Qusar rayon Notariat ofisinin bu barədə mövqeyini qanuni və əsaslı hesab etmir. Bundan başqa, cavabdeh də qanunla müəyyən edilmiş müddət daxilində mirası nə faktiki, nə də ərizə verməklə qəbul etməmiş, notariat orqanına müraciət etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 02 yanvar 2013-cü il tarixdə ölmüş X9 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli X37 X28 etibarsız hesab edilməli, miras qoyan X10 miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbi üzürlü sayılaraq uzadılmalı, Qusar rayon İHB-nın Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında qeyd edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik müəyyən edilərək (miras qoyan X9 miras əmlakına) İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 02 yanvar 2013-cü il tarixdə ölmüş X9 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli X37 X28 etibarsız hesab edilsin. Miras qoyan X10 miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbi üzürlü sayılaraq uzadılsın. Qusar rayon İHB-nın Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında qeyd edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik müəyyən edilərək (miras qoyan X9 miras əmlakına) İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar