Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-725/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon X14 xx xxxx 1998-ci il tarixli 10/7 saylı qərarı və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə X4 mülkiyyətinə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 0.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsi barədə Torpağa mülkiyyət hüququna dair JN-07xx xxx 30100018 saylı Dövlət Aktının mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon X14 xx xxxx 1998-ci il tarixli, 10/7 saylı qərarı və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə onun mərhum anası X8 mülkiyyətinə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 0.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə JN-07xx xxx 30100018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin Dövlət Aktında əmlak mülkiyyətçisi kimi X8 adı səhvən Nasxanım və soyadı Kiçibəyova əvəzinə Bədirxanova kimi yazılmışdır. Dövlət Aktında qeyd olunmuş uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi üçün onun tərəfindən maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət olunmuş, həmin müraciətə verilmiş xx xxxx 2020-ci il tarixli, **********55 saylı cavab məktubunda yuxarıda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsininin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı və bununla əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. X13 onun doğma anasıdır. X19 xx xxx 2007-ci il tarixdə ölmüşdür. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-0730 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X14 xx xxxxxx 1998-ci il tarixli 10\7 saylı qərarı və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 2-29 2006 il saylı qətnaməsi ilə X5 mülkiyyətinə Qusar rayonu, Aşağı Ləyər kəndi ərazisindən 0.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********55 saylı cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0730 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 292 nömrəli Arayışdan görünür ki, Ərizəçi Qusar rayonu Aşağı Ləgər kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Ərizəçi xx xxxx 1936-cı il tarixdə anadan olmuşdur. Atası X6, anası X10r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X13 xx xxx 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxx 2007-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 387 nömrəli Arayışdan görünür ki, Qusar rayon Aşağı Ləgər kəndində Qusar rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 10/7 nömrəli qərarı ilə Ərizəçi anası mərhum X8 adına verilmiş JN-0730 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən soyadı Bədirxanova, adı Nasxanım kimi yazılmışdır. Əslində isə X3 yazılmalıdır. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 426 nömrəli Arayışdan görünür ki, JN-0730 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı X8 ad, soyadı səhv yazılmışdır, əslində isə X3 oxunmalıdır. Sorğu əsasında alınıb işə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli A-931 nömrəli Arxiv Arayışından görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-29/2006 saylı mülki iş ərizəçilər X7 və X2 maraqlı tərəf Qusar rayonu Notariat Kontoruna qarşı olan mübahisə ilə əlaqədardır. X11 2- 29/2006 saylı mülki iş üzrə tərəf olmamışdır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2-29/-06 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçilər X12 və X2 maraqlı tərəf Qusar rayon Dövlət Notariat Kontoruna qarşı torpaq sahəsi və yardımçı tikili üzərində xüsusi mülkiyyət hüququnun müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş,ünvan 2 Qələbə küçəsi) 35 saylı ünvanda yerləşməklə mərhum X1 miras qalmış 600 kv.metr torpaq sahəsi və yardımçı tikili üzərində yarıbayarı ərizəçilər X12 və X2 xüsusi mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Qusar rayon X14 xx xxxx 1998-ci il tarixli 10/7 saylı qərarı və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə X4 mülkiyyətinə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 0.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsi barədə Torpağa mülkiyyət hüququna dair JN-07xx xxx 30100018 saylı Dövlət Aktının mərhum X9 məxsus olması faktına dair ərizəçi tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından Ərizəçi maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, JN-0730 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum X8 adının səhv göstərilməsi mübahisələndirilməmiş və Qusar rayon X14 xx xxxxxx 1998-ci il tarixli 10\7 saylı qərarı dəyişdirilməmişdir Həmçinin, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, JN-0730 KOD ******* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı X14 xx xxxxxx 1998-ci il tarixli 10\7 saylı qərarı və Qusar Rayon Məhkəməsinin 2-29/2006 nömrəli qətnaməsinə əsasən verilmişdir. Lakin həmin mülki iş ərizəçilər X7 və X2 maraqlı tərəf Qusar rayonu Notariat Kontoruna qarşı olan mübahisə ilə əlaqədardır və X11 həmin mülki iş üzrə tərəf olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-725/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-725/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver